usd-1.7000 eur-1.7708 rub-1.7061
Bakı 8°C 8.53 m/s
Son xəbərlər
22-01-2025
20-01-2025
16-01-2025
15-01-2025
14-01-2025

ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir.  1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

“İmam” və ”axund”un fərqi nədir?

details

CƏMİYYƏT

22.01.2025, 17:33 Oxunub: 75

“İmam” və ”axund”un fərqi nədir? – Nəriman Qasımoğlu

“Axund” sözünün etimolojisi barədə xeyli fərqli fikirlər var.

1001info.az  xəbər verir ki, bu sözləri şərqşünas alim, Quranın dilimizə ilk tərcüməçilərindən biri – Nəriman Qasımoğlu “imam” və “axund” məfhumlarının fərqindən danışarkən deyib.

Nəriman bəy sözün kökünün bəzi dilçilərə görə farsca “xuandan” feilinə gedib çıxdığını bildirib:

“Bir qism dilçilər hesab edir ki, sözün kökü farsca “oxumaq” bildirən “xuandan” feilinə gedib çıxır, “oxuyub öyrədən” mənasında “müəllim” deməkdir. Bu söz zamanla “din öyrədicisi” mənasını kəsb edərək İran, Əfqanıstan, Pakistan və Azərbaycan müsəlmanları arasında yüksək din rütbəsini, eləcə də din alimini bildirib, ötən əsrdən bəri isə qeyd etdiyim ərazilərdə əsasən sadəcə müsəlman icmalarının, məscidlərin, mədrəsələrin idarəçisinə aid edilib. Çin müsəlmanları - uyğurların dilində də bu sözün “axun” kimi işlənməsini əsas götürənlər isə sözün türk mənşəli olduğunu bildirirlər”.

Şərqşünas alim “imam” sözünə də aydınlıq gətirib:

“İmam” kəlməsi kök etibarilə ərəb mənşəlidir, hərfən “lider”, “rəhbər” deməkdir, daha çox dini anlamda işlədildiyindən din titulu kimi hazırda faktiki olaraq “axund”un funksiyasını yerinə yetirir və müsəlmanların üstünlük verdiyi sözdür.

Yəni “axund”un “imam”la əvəzlənməsini bu sözlərin eyni funksionallığı baxımından normal qarşılamaq lazımdır. Həm də nəzərə alınsa ki, bizdə “axund”lar şiə icmalarına, “imam”lar isə sünni icmalarına rəhbərlik edirlər, bu qərarın alt məzmununda birləşdirici amili də görməmək mümkün deyil”.

 

Digər xəbərlər