usd-1.7000 eur-1.9241 rub-2.1054
Bakı 23°C 2.54 m/s
Son xəbərlər
08-05-2025
07-05-2025
06-05-2025
04-05-2025
02-05-2025

ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir.  1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Naxçıvan duzdağ mağaralarında azərbaycanlı alim tərəfindən ilk dəfə aparılan elmi tədqiqat işləri dünyaya uğurla təqdim olunub

details

CƏMİYYƏT

17.07.2023, 11:14 Oxunub: 1546


Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu milli səhiyyə, eləcə də sosial-iqtisadi inkişaf strategiyasının tərkib hissəsi kimi təbii sərvətlərimizdən xalqımızın rifahı, sağlamlığı və ölkəmizin inkişafı naminə səmərəli istifadə daim ümdə məsələlərdən olub.

Ümummilli Liderin ölkəmizə birinci rəhbərliyi dövründə Naxçıvanda dağ-mədən sənayesinin inkişafına və duz istehsalının artırılmasına nail olunub, duz mədəninin maddi-texniki bazası gücləndirilib, bu qədim diyarın rəmzinə çevrilən Duzdağ şəfaverici xüsusiyyətinə görə tanınıb.

Xüsusilə Naxçıvan Dövlət Universiteti duz terapiya ilə müalicəyə dair alimlərimizin elmi nəticələrinin təbliği, bu sahədə tədrisin yüksəldilməsi, dünya tibb elminin yeniliklərinin mənimsənilməsi və tətbiqi baxımından öz töhfəsini verməkdədir.

Bundan irəli gələrək, Naxçıvan Dövlət Universitetində tibb üzrə alimlərin, allerqoloq və immunoloqların allerqik xəstəliklərə qarşı mübarizədə speleoterpiyanın təsirləri və bu müalicədə müasir yanaşmalar mövzularında təqdimatları olub.

Speleoterapiya bronxopulmonar sistemin bir sıra allergik və qeyri-allergik xəstəliklərinin profilaktikası, müalicəsi və reabilitasiyasında duz mədənlərinin mikroiqliminin istifadə olunmasına əsaslanan yüksək effektiv, təbii, qeyri-medikamentoz müalicə üsuludur.

Azərbaycanda speleoterapiyanın yenidən  formalaşması ATU-nun Allerqologiya və immunologiya kafedrasının müdiri, Əməkdar elm xadimi, Əməkdar həkim, Azərbaycan Pediatrlar Assosiasiyasının Fəxri vitse-prezidenti, t.e.d., professor Lalə Allahverdiyevanın adı ilə sıx bağlıdır.

Professor Lalə Allahverdiyeva qeyd olunan müalicə üsulunu elmi cəhətdən əsaslandıraraq, bu üsulun yüksək klinik, laborator və immunoloji effektivliyini sübuta yetirib. Onun rəhbərliyi ilə aparılan elmi tədqiqatlar təkcə Azərbaycanda deyil, bütün dünyada speleoterapiyanı keyfiyyətcə yeni mərhələyə yüksəldib.

10 ilə yaxındır ki, aparılmış tədqiqatların nəticələri professor L.Allahverdiyevanın elmi məktəbinin xidmətləri sayəsində dünya miqyasında geniş şəkildə çatdırılıb. Alimin rəhbərliyi ilə bu problemə həsr olunmuş çoxlu sayda elmi məqalələr nüfuzlu nəşrlərdə, o cümlədən “Scopus” məlumat bazasına daxil olan tibbi jurnallarda dərc olunub.

Mötəbər beynəlxalq  tibbi  konqreslərdə, forumlarda elmi tədqiqatın nəticələri təqdim edilib və beynəlxalq tibb ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilib, o cümlədən Sinqapurda (2015), ABŞ-da (2017), Türkiyədə (2022) keçirilmiş konqreslərdə  mükafat və diplomlara layiq görülüb.

Professor L.Allahverdiyeva patologiyanın növündən və xəstənin yaşından asılı olaraq müxtəlif müalicə rejimlərini özündə əks etdirən speleoterapiyanın unikal müalicə sxemini hazırlayıb. Belə ki, speleoterapiya alan  bütün xəstələrə müalicə mütləq şəkildə adaptasion, əsas və readaptasion rejimlə aparılıb. Bu innovativ yanaşmadır və dünyada ilk dəfə olaraq “Duzdağ” fizioterapiya mərkəzində tətbiq edilib.

Alim tərəfindən təklif edilmiş bu metodika ilə günümüzə qədər respublikanın müxtəlif regionlarından və xarici ölkələrdən olan yüzlərlə xəstə reabilitasiya keçib və belə yanaşmanın yüksəkeffektivliyini sübut edən əsaslı nəticələr əldə olunub.

Yeni müalicə üsulu bronxial astma, allergik rinit, polliniz və atopik dermatit kimi xəstəliyi olan uşaqlar və böyüklər üzərində tətbiq edilib. Bu müalicə əsasında postCOVID sindromlu xəstələrin isə reabilitasiyasının yeni istiqamətləri tətbiq olunur. Dünyada ilk dəfə olaraq duz mağaralarında müalicə alan xəstələrdə professor L.Allahverdiyevanın rəhbərliyi ilə mütəxxəssislər qrupu tərəfindən müalicənin effektivliyinin informativ göstəricisi olaraq, verilən nəfəsdə azot oksidin səviyyəsi müəyyən edilib.

Professor COVID-19 pandemiyasından sonra postCOVID sindromunun müşahidə edildiyi xəstələrin reabilitasiyasının müsbət nəticələr doğurduğunu bildirib, müalicə kurslarının sonunda xəstələrin əksəriyyətinin əhvalında pozitiv dəyişikliklər, laborator müayinələrin nəticələrində müsbət gözləntilər qeydə alınıb.

Tədqiqatlar Avropa Resprator Cəmiyyəti, Amerika Torakal Cəmiyyəti və ABŞ Qida və Dərman Administrasiyası tərəfindən tövsiyə edilən NIOX MINO (İsveç, Aerocrine) portativ cihazı vasitəsilə aparılıb.

Qeyd edək ki, müxtəlif bronxopulmonar patologiyaları olan xəstələrin müalicəsində zəngin təcrübə Naxçıvan duz mədənlərinin mikroiqlimində speleoterapiyanın yüksək effektivliyini sübut edib. Davamlı müalicə bronxial astmalı xəstələrin 70-80%-də 6 aydan 1,5 ilədək remissiya əldə etməyə imkan verir.

Digər xəbərlər