ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır
İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir. 1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...
DÜNYA ƏDƏBİYYATDAN

16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
“Nə edərlərsə etsinlər, planımız, tutduğumuz yol üzərində işləməyə davam edirik”...- Ərdoğan
jpg-1677942547.jpg)
GÜNDƏM
04.03.2023, 19:06 Oxunub: 2202Ərdoğandan “altılı masa” şərhi
“Nə edərlərsə etsinlər, planımız, tutduğumuz yol üzərində işləməyə davam edirik”.
1001info.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, İYİ partiya sədri Meral Akşenerin “altılı masa” ilə bağlı dünənki açıqlamasını dəyərləndirən zaman deyib.
“AK Partiya olaraq onlar nə deyərlər, nə edərlər, bizim belə bir narahatlığımız yoxdur. Xalq Alyansı olaraq hədəfimizi müəyyən etmişik”, - Türkiyə Prezidenti əlavə edib.
Xatırladaq ki, “altılı masa”da prezident seçkilərinə vahid namizədin müəyyən edilməsi ilə bağlı müzakirələr keçirilib. 5 partiya namizəd olaraq Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunu təklif edib. Bu partiyalar Kılıçdaroğlunun namizədliyini dəstəkləsə də, İYİ partiya Ankara Böyük şəhər Bələdiyyəsinin sədri Mansur Yavaş və İstanbul Böyük şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun namizədliyini irəli sürüb. Digər partiyalar həmin şəxslərin namizədliyini qəbul etməyib. Danışıqlardan narazı qalan M.Akşener partiyasının “altılı masa”nı tərk etdiyini açıqlayıb.

Digər xəbərlər


