ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır
İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir. 1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...
DÜNYA ƏDƏBİYYATDAN

16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
Ödənişli yolda ödəmə məntəqələri və qiymət cədvəli açıqlandı

CƏMİYYƏT
31.10.2023, 13:59 Oxunub: 1549“Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən H.Z.Tağıyev qəsəbəsindən başlayaraq tikilən yeni 150 kilometrlik avtomobil yolunun 129 kilometr hissəsi ödənişli yol kimi müəyyən edilib.
1001info.az Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir ki, qeyd olunan avtomobil yolunun ödənişli hissəsinin başlanğıc və son nöqtələri bunlardır:
- Başlanğıc nöqtəsi – Yeni Yaşma ödəmə məntəqəsi, 0-cı km, (mövcud magistral yolun 52-ci km-i);
- Son nöqtəsi – Yeni Sudur ödəmə məntəqəsi, 129-cu km, (Qusar-Xudat yolunun 22-ci km-i).
Ödənişli avtomobil yolunun başqa avtomobil yolları ilə kəsişmələri və birləşmələri:
- Giləzi ödəmə məntəqəsi, 23-cü km, (mövcud magistral yolun 75-ci km-i);
- Siyəzən ödəmə məntəqəsi, 53-cü km, (mövcud magistral yolun 105-ci km-i);
- Gəndob ödəmə məntəqəsi, 85-ci km, (R1 Gəndob-Xaçmaz-Yalama yolunun 1-ci km-i) ;
- Xaçmaz ödəmə məntəqəsi, 107-ci km, (R4 Quba-Xaçmaz yolunun 19-cu km-i).
Qeyd edək ki, ödənişli yoldan istifadə edən sürücülər daxil olduğu ödəniş məntəqələrindən başlayaraq yalnız qət edəcəyi məsafəyə (km) uyğun ödəniş etməlidirlər.

Digər xəbərlər
