usd-1.7000 eur-1.8152 rub-0.0180
Bakı 17°C 3.16 m/s
Son xəbərlər
16-04-2024
09-04-2024
07-04-2024
05-04-2024

ŞƏHİDLƏR -Qazilər

Burdan bir atlı keçdi...

Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Ölkəmiz Hindistanda yüksək səviyyəli beynəlxalq tədbirdə təmsil olunub

details

CƏMİYYƏT

02.03.2023, 08:23 Oxunub: 1355

Beynəlxalq Pediatriya Assosiasiyasının “IPA 2023” konqresində Azərbaycan Pediatrlar Assosiasiyasının (APA) prezidenti, ATU-nun dosenti Təranə Tağı-zadə və APA-nın Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri, ATU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Qoşqar İsmayılov məruzə ilə çıxış ediblər.

Ötən həftə Hindistanın Qandinaqar şəhərində Beynəlxalq Pediatriya Assosiasiyasının (IPA) 30-cu konqrensi və Hindistan Pediatriya Akademiyasının (PEDICON) 60-cı konfransı keçirilib.

Tədbirdə 500-ə yaxın beynəlxalq nümayəndə, dünyanın aparıcı tibb jurnallarının redaktorları, həmçinin Ümumdünya Səhiyyə Təşkilatının xüsusi nümayəndələri iştirak ediblər.  

Azərbaycanlı nümayəndələrin məruzələrində əsas mövzu genetik testlərin aparılmasında etik problemlərlər, eləcə də tədqiqat aparan şəxslərin xəstələrə etik yanaşmasına həsr olunub.

Həmçinin məruzələrdə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın  Azərbaycanda səhiyyə və uşaq sağlamlığına göstərdiyi böyük diqqətdən, ölkəmizdə səhiyyə sisteminin müasirləşdirilməsi, vətəndaşların sağlamlığının təmin edilməsi istiqamətində atılan addımlardan, əhalinin müasir səhiyyə xidmətləri ilə təmin olunması yönündə son illər icra olunan layihələrdən danışılıb.

“IPA 2023” konqresində tanınmış yerli və xarici pediatrlar bir araya gələrək, qlobal səhiyyə mövzuları, o cümlədən yeni tədqiqatlar, innovasiyalar, qabaqcıl texnologiyalar və tibbi avadanlıqlar, pediatriyanın üzləşdiyi problemlər, onların həlli yollarını müzakirə ediblər.

Bundan əlavə, IPA və PEDICON-nun təqdimatında dünyanın bir çox ölkələrindən ən son innovasiyalar – yeni texnologiyalar, qabaqcıl tibbi alətlər və avadanlıqlar nümayiş etdirilib.

Qeyd edək ki, Azərbaycan Pediatrlar Assosiasiyası (APA) 100 ilə yaxındır səhiyyə sahəsində fəaliyyət göstərir. Assosiasiya Azərbaycan Səhiyyə Nazirliyinin, eləcə də dünyanın nüfuzlu səhiyyə təşkilatlarının innovativ layihələrində, beynəlxalq tədbirlərində yaxından iştirak edir və səmərəli təkliflər irəli sürür.

Digər xəbərlər