usd-1.7000 eur-1.9241 rub-2.1054
Bakı 21°C 5.27 m/s
Son xəbərlər
08-05-2025
07-05-2025
06-05-2025
04-05-2025
02-05-2025

ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir.  1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Ölkəmiz Şərqi Avropa və Mərkəzi Asiya Pediatrlarının II Konqresində təmsil olunub

details

GÜNDƏM

14.03.2023, 11:19 Oxunub: 1448

 

Rusiya pediatriyasının banilərindən biri G.N.Speranskinin 150 illik yubileyinə həsr olunan “Pediatriyanın aktual problemləri” mövzusunda Rusiya Pediatrlarının XXIV Konqresi keçirilib.

Azərbaycan Pediatrlar Assosiasiyasından AZƏRTAC-a verilən məlumata görə, dünyanın müxtəlif ölkələrindən 7 mindən çox nümayəndənin iştirak etdiyi konqres çərçivəsində çoxlu sayda elmi simpoziumlar, forumlar və seminarlar təşkil edilib. Hibrid formatda olan konqresdə ölkəmiz də təmsil olunub.

Konqresdə aparıcı yerli və xarici ekspertlər tərəfindən pediatriyanın aktual problemləri, uşaqların effektiv profilaktikası, diaqnostikası, müalicə və reabilitasiyasında müasir yanaşma və digər bu kimi istiqamətlərdə uşaqların sağlamlığının qorunması və möhkəmləndirilməsi strategiyalarına dair məsələlər müzakirə edilib, məruzələr təqdim olunub.

Ənənəvi olaraq tədbirdə uşaq həkimləri, uşaq tibb bacıları, pediatriya sahəsində tibb və təhsil təşkilatları, habelə uşaqların sağlamlığının qorunmasında mühüm xidmətləri olan elm xadimləri, dövlət və ictimai xadimlər Rusiya Pediatrlar İttifaqının fəxri mükafatlarına layiq görülüblər.

Digər xəbərlər