usd-1.7000 eur-1.7426 rub-1.6534
Bakı 6°C 10.68 m/s
Son xəbərlər
12-01-2025
11-01-2025
10-01-2025
09-01-2025

ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir.  1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Onda da, indi də  Allahımdan bircə xahişim var...- Bəxtiyar QARACA

details

MƏDƏNİYYƏT, ƏDƏBİYYAT

26.03.2024, 16:46 Oxunub: 4893

27 mart  Bəxtiyar Qaracanın doğum günüdür. Onu daha çox efirlərdən tanısaq da, o,   "Meteor yağışları", "Yerlə göy arasında", "İstiqlal düşüncələri", “Hüseyn Ərəblinski”  kitablarının, fin, rus, ispan ədəbiyyatından tərcümələrin,  çoxsaylı məqalələrin, bədii və sənədli filmlərin müəllifidir.  Azərbaycan Respublikası Prezidentinin təqaüdünə və "Ali Media"  mükafatına layiq görülüb, "Tərəqqi" medalı və “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi yubiley medalı” ilə təltif olunub. 

1001info.az yazıçı-publisist, jurnalist  Bəxtiyar Qaraca ilə müsahibəni təqdim edir. 

- Bəxtiyar  müəllim, 27 mart  Sizin özəl gününüzdür.  Yaşınızı soruşmuruq, ömrün hansı çağındasınız deyirik… 

Bəxtiyar Qaraca: -Ürəklə və səmimi - qəlbdən deyirəm: Ömrün ən gözəl çağında… Otuz yaşım olanda da özümü 37 yaşındakı kimi hiss edirdim, indi də elə həmin o yaşdayam. Sadəcə olaraq geriyə baxanda həyatımda olan bəzi boşluqları görüb də bu günü, anı, saatı olduqca dəyərli bilirəm, daha əziz tuturam.