ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır
İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir. 1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...
DÜNYA ƏDƏBİYYATDAN

16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
“Park” nəşriyyatının təqdimatı olacaq

ƏDƏBİYYAT
08.04.2025, 16:25 Oxunub: 148Aprelin 12-i saat 16:00-da Nizami Kino Mərkəzində “Park” Müasir Nəşriyyat Evinin təqdimatı olacaq.
1001info.az xəbər verir ki, tədbirdə “Park”ın ilk nəşrləri – Salam Sarvanın “Fikir oyunları”, Seymur Baycanın “Həyata yekun vurarkən” adlı ikicildliyi, Mirmehdi Ağaoğlunun “Həcc gündəliyi” və Seymur Baycanla Vüqar Vanın həmmüəllif olduğu “Pişiyə qalib gələn qəhqəhələr” kitabları oxuculara təqdim ediləcək.
Təqdimat mərasimində müəlliflər oxucular üçün kitab imzalayacaqlar.
Qeyd edək ki, Salam Sarvanın müəllifi olduğu kitab şairin ilk nəsr əsəridir. Seymur Baycanın ikicildliyində isə yazıçının öz seçdiyi publisistik yazıları cəmləşib. Mirmehdi Ağaoğlunun “Həcc gündəliyi” kitabı müqəddəs ziyarətin yazıçı müşahidələri ilə bədii inikasıdır. Bu, Azərbaycanda bədii-publisistik baxımdan həcclə bağlı ilk əsərdir.
Seymur Baycanla Vüqar Vanın həmmüəllif olduğu “Pişiyə qalib gələn qəhqəhələr” isə iki fərqli yaş qrupuna aid olan yazıçının birgə yazdığı hekayələr toplusudur.
Xatırladaq ki, “Park” nəşriyyatının təsisçisi şair Şəhriyar Del Gerani, direktoru yazıçı Vüqar Van, baş redaktoru isə yazıçı Nadir Yalçındır.
