ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır
İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir. 1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...
DÜNYA ƏDƏBİYYATDAN

16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
Yüz yaşa, Şəfiqə xanım... - Fuad Biləsuvarlı yazır

MƏDƏNİYYƏT
15.04.2025, 08:59 Oxunub: 521 Şəfiqə Məmmədova - 80
Onuncu, yoxsa əllinci dəfədir, bilmirəm, böyük rejissorumuz Həsən Seyidbəylinin çəkdiyi "Bizim Cəbiş müəllim" filminə baxıram. Hər dəfə də eyni həvəs və sonsuz maraqla. Müharibə dövrünün ağır fəsadlarını göstərən bu filmdə hər şey yerindədir. Bir-birini tamamlayan epizodlar, düzgün seçilmiş məkan, möhtəşəm rejissor işi, son dərəcə uğurlu aktyor heyəti. Adi epizodik rolların ifaçılarından tutmuş Cəbiş müəllimə ( Xalq artisti Süleyman Ələsgərov) , Cəbişin arvadı ( Şəfiqə Məmmədova) , lap Makedon rolunun ifaçısına qədər hamı öz rolunun öhdəsindən yüksək məharətlə gəlir. Mənə elə gəlir ki, bu filmi bizə sevdirən də elə budur...
Məqsədim böyük ustalıqla lentə alınmış bu filmi bacardığım qədər təhlil etmək, təəssüratlarımı bölüşmək deyil.
Mən bu filmdə yer almış, sevimli aktrisamız, Azərbaycanın xalq artisti Şəfiqə Məmmədovanın möhtəşəm sənət yolundan söz açmaq istəyirəm.
Adamın inanmağı gəlmir. O vaxt Şəfiqə xanım elə də tanınmış aktrisa deyildi. Heç əməkdar artist də deyildi.
İnstitut skamyası arxasından yenicə durmuşdu. Ondakı yüksək istedadı duyan rejissor Həsən Seyidbəyli əslində filmin bütün məğzini açıb ortaya qoyan Cəbiş müəllimin arvadı kimi mühüm bir rolu tərəddüd etmədən Şəfiqə Məmmədovaya etibar etmişdi.
Şübhəsiz, bu filmin baş qəhrəmanı Cəbiş müəllimdir. Və xalq artisti Süleyman Ələsgərov da bu rolu əvəzsiz ifası ilə tamaşaçılara sevdirə bilib. Amma Şəfiqə xanımın yaratdığı Cəbiş müəllimin rolu da, aktrisanın peşəkarlığı, ustalığı, ən başlıcası təbiiliyi ilə flimin qəhrəmanı səviyyəsinə qədər yüksəlir və yaddaşlarda qalır. Bu səhnədə və kinoda ilk addımlarını atan Şəfiqə Məmmmədovanın çox böyük uğuru idi.
Şəfiqə Həşim qızı Məmmədova Böyük Vətən Müharibəsinin qurtarmasına bir aydan bir az çox qalmış qədim Dərbənd şəhərində dünyaya göz açıb. Sonra taleyini Bakı şəhəri ilə bağlayıb. Onun Azərbaycan Dövlət Teatr İnstitunun ( indiki Mədəniyyət və İncəsənət Universiteti o vaxt belə adlanırdı. ) Musiqili komediya aktyorluğu fakültəsini bitirməsi 1968 - ci ilə təsadüf edir. Hələ tələbəlik illərindən bu gənc qızda teatra, sənətə olan yanğını görən müəllimləri onun gələcəyin tanınmış aktrisalarından olacağına şübhə etmirdilər. Elə həmin il Şəfiqə Məmmədova Azərbaycan Milli Dram Teatrının truppasına qəbul olunur. Sənətin zirvələrinə aparan yol elə buradan başlanır.
İstedad və sənət yanğısını gizlətmək, üzə çıxartmamaq mümkün deyil. O keyfiyyətlər səndə varsa, mütləq yerini tapacaq. Şəfiqə xanımın da bu istedadının parlaması, ona sonsuz tamaşaçı sevinci qazandırması uzun çəkmir. Adı tezliklə afişaları bəzəyir, rol aldığı tamaşalarda həmişə anşlaq olur, sürəkli alqışlardan ona da pay düşür.
Səhnə ilə nəfəs alan Şəfiqə xanım bütün həyatını bu sənət məbədi ilə bağlayır. Bir-birinin ardınca səhnədə Şeksprin obrazı yəqin ki, yadınızdadır. Zabitəli, təkəbbürlü, sərt və özündən razı. Şəfiqə xanım bu obrazı elə gözəl canlandırır ki... Hələ "İstintaq" filmindəki Gülya. Çox təbii. Bəs məşhur "Ad günü" filmindəki Fəridə obrazı necə?! Bu, bir daha göstərir ki, Şəfiqə xanımın yaratdığı hər bir obraz ona sonsuz tamaşaçı məhəbbəti qazandırır.
Çünki bu rolların hər birinin arxasında əvəsiz aktrisamızın ölçüyəgəlməz zəhməti, yuxusuz gecələri, gərgin məşqləri dayanır.
Çəkilən zəhmət isə heç vaxt səmərəsiz olmur.
Azərbaycan kinosunun xəzinələrindən biri də "Dədə Qorqud" filmidir. Dəyərlimiz Şəfiqə Məmmədovanın "Dədə Qorqud" flimində yaratdığı Burla Xatun obrazı da onun onun ən möhtəşəm obrazlarındandır.
Azərbaycan televiziyasında Anarın "Şəhərin yay günləri" tamaşaçı hər il göstərilir. Bu tamaşada Dilarə rolunun uğurlu ifasına görə Şəfiqə Məmmədova Azərbaycan Dövlət Mükafatına layiq görülmüşdür. Cəmi bir il sonra Rasim Ocaqovun " İstintaq"filmində müstəntiqin arvadı rolunu oynayan aktrisadır. Daha yüksək SSR Dövlət mükafatının sahibi olmuşdur. Etiraf edək ki, ardıcıl belə yüksək zirvələri fəth etmək hər sənətkarın qismətinə düşmür.
Sevimli aktrisamız Şəfiqə Məmmədova 1974 - cü ildə "Əməkdar artist", səkkiz il sonra isə "Xalq artisti" kimi yüksək fəxri adlara layiq görülmüşdür. Teatr və kino sənətinin inkişafındakı xidmətlərinə görə " Şərəf", " 1 - ci dərəcəli Əmək ordenləri ilə təltif olunmuşdur. Təltifləri arasında "Heydər Əliyevin 100 illiyi" yubiley medalı, Cəfər Cabbarlı mükafatı da vardır.
Şəfiqə Məmmədova 2002 - ci ildən Prezidentin fəxri təqaüdçüsüdür. 1995 - 2000 - ci illərdə Azərbaycanın I çağırış Milli Məclisinin deputatı olmuşdur.
Teatr və kino sənətimizin fədakar xanımı Şəfiqə Məmmədova hazırda Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətlə məşğuldur. Böyük sənətin sirlərini gənclərə öyrədir.
Həmişə səhnəmizin yaraşığı olan Şəfiqə xanım bu gün səhnədə yoxdur. Amma qədirbilən tamaşaçılarımız, teatrsevərlər onu həmişə xatırlayırlar. Elə bu gün də mədəniyyət və İncəsənət sahəsində pedaqoji fəaliyyətlə məşğul olan Şəfiqə Məmmədova da yəqin ki, səhnə üçün, sevimli tamaşaçıları üçün darıxır. Nə yaxşı ki, görkəmli aktrisanın iştirak etdiyi və lentə alınmış tamaşalar, kino filmlər var...
Şəfiqə xanımın mənalı ömrünün səkkizinci onilliyi tamam olur.
Yüz yaşayın, Şəfiqə xanım. Bu, təkcə mənim deyil, sizi sevən, həmişə sizi axtaran minlərlə qədirbilən tamaşaçılarımızın arzusudur.
Sözardı: Bu günlərdə çox gözəl şad xəbər eşitdik. Prezident İlham Əliyev Şəfiqə Haşım qızı Məmmədovanın "İstiqlal" ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, Şəfiqə Məmmədova Azərbaycan mədəniyyətinin incəsənətinin, milli kinomuzun inkişafı naminə böyük, xidmətlər, nailiyyətlər göstərdiyinə görə təltif edilib.
Sevimli sənətkarımızı sidqi ürəkdən təbrik edirik, daha böyük nailiyyətlər qazanmasını arzu edirik.
Fuad BİLƏSUVARLI, AYB üzvü, AJB üzvü, Prezident mükafatçısı.

Digər xəbərlər

