usd-1.7000 eur-1.9272 rub-2.0463
Bakı 21°C 1.43 m/s
Son xəbərlər
25-04-2025
24-04-2025
23-04-2025
22-04-2025

ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir.  1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Yad olan qollarda üşüyəcəyik 

details

ƏDƏBİYYAT

15.04.2025, 15:55 Oxunub: 2292

1001info.az "Günün şeiri" rubrikasında Reşat Kəsəmənlinin şeirini təqdim edir.

Yad olan qollarda üşüyəcəyik 

Ayıracaq bizi hər keçən zaman,
Ayrı yuvalarda dərd çəkəcəyik.
Üzümüzü göz yaşı isitdiyi an,
Yad olan qollarda üşüyəcəyik.

Gülən gözlərimiz yaş gətirəcək,
Titrək əlimizlə gizləyəcəyik.
Gələn hər bir sevgi qış gətirəcək,
Yad olan qollarda üşüyəcəyik.

Küsülü də olduq, hicran dadmadıq,
Neçə payız gördük, yenə solmadıq.
Soyuq gecələrdə qaldıq, donmadıq,
Yad olan qollarda üşüyəcəyik.

İkimiz bir şamıq, sapı sevgimiz,
Möhkəm də sarılsaq, əriyəcəyik.
Nə qədər isti də olsa evimiz,
Yad olan qollarda üşüyəcəyik.

Oyuncağı alınmış bir uşaq kimi,
Özgəylə görərsək, kövrələcəyik.
Ünvanı səhv düşmüş çiçəklər kimi,
Yad olan qollarda üşüyəcəyik.

Digər xəbərlər