ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır
İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir. 1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...
DÜNYA ƏDƏBİYYATDAN

16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
Bayağı musiqilər və Milli Musiqimizin Gələcəyi

MƏDƏNİYYƏT
18.04.2025, 14:35 Oxunub: 1137Məryəm Əlibəyli: "Musiqimizin kökləri Üzeyir bəy Hacıbəyliyə, Fikrət Əmirova və Qara Qarayevə bağlıdır, buna görə də o, heç vaxt məhv olmaz."
Azərbaycan musiqisi çoxəsrlik inkişaf yolu keçərək, XX əsrin əvvəllərində ictimai-siyasi və mədəni yüksəliş şəraitində Üzeyir bəy Hacıbəyli tərəfindən müasir peşəkar musiqi mədəniyyətinin əsası qoyulmuşdur. Üzeyir bəy, şifahi ənənəli milli sənəti bəstəkar yaradıcılığı ilə birləşdirərək unikal sintez yaratmışdır. Lakin Sovet hakimiyyəti dövründə bu ənənə davamçılarını tapsa da, müasir dövrdə bu musiqi irsi tam şəkildə yaşadılmadı.
Təəssüf ki, əvvəllər "möhtəşəm" dediyimiz musiqi ənənəsinin bir çox nümayəndələri vəfat etdi, bəziləri haqsızlığa dözmədi, digərləri isə yaradıcılıqla məşğul olmadı. Eyni zamanda, televiziyalar keyfiyyətsiz musiqilərə daha çox yer ayırdı və bu milli musiqinin inkişafına mənfi təsir göstərdi. Bəs, bu prosesin səbəbi nədir? Bunun bir çıxış yolu varmı?
Bu və buna bənzər suallar haqqında, musiqişünas və bəstəkar Məryəm Əlibəylidən fikir aldıq.
Müsahibə: Bayağı musiqilər və Milli Musiqimizin Gələcəyi
Fuad Biləsuvarlı: Məryəm xanım, bu gün televiziyalarımızda bayağı musiqilər geniş yer tutub. Peşəkar bəstəkarlar isə, sanki, susur. Bu bayağı musiqilərin efirlərdən yığışdırılmaması Azərbaycan musiqisinin tənəzzülünə səbəb ola bilərmi? Siz bu vəziyyətlə bağlı nə düşünürsünüz və bunun dəyişməsi üçün hansı addımları atmaq niyyətindəsiniz?
Məryəm Əlibəyli: Bu mövzu ətraflı və hərtərəfli yanaşma tələb edir. Mən bu məsələnin səbəbini həm peşəkarlarda, həm də qeyri-peşəkarlarda görürəm. Peşəkarlıq baxımından çoxluq olsa da, istedadsızlıq və bacarıqsızlıq hər iki tərəfdə mövcuddur. Qeyri-peşəkarlar arasında bəzən istedadlı şəxslər olur ki, cəmiyyətə fayda verə bilir. Misal üçün, Ələkbər Tağıyev musiqi sahəsində qeyri-peşəkar olsa da, gözəl mahnılar bəstələyərək öz izini qoymuşdur. Vaqif Gərayzadə isə fəlsəfə üzrə mütəxəssisdir, amma pop musiqi janrında uğurlu əsərləri var.
Amma, peşəkarlar arasında belə yazdıqlarının keyfiyyəti aşağı olanlar var. Bəziləri susur, bəziləri isə çalışır. Məsələn, mən Sumqayıtın 75 illiyinə, Zəngəzura və uşaqlar üçün müxtəlif mövzulara aid musiqi bəstələmişəm. Həm böyüklər, həm də uşaqlar üçün yaradıcı işlər görməyə çalışıram. Pop janrında, muğamda və uşaqlar üçün mahnılar üzərində işləyirəm.
Bu bayağı musiqilər milli musiqimizi məhv etməz, çünki bizim zəngin irsimiz var. Üzeyir bəy Hacıbəyli, Müslüm Maqomayev, Fikrət Əmirov, Qara Qarayev kimi görkəmli şəxslərin qoyduğu təməl musiqimizin gələcəyini təmin edir. Sadəcə olaraq, zövqlərin korlanması məsələsi önə çıxır. Bizim xalqımız çox istedadlıdır və bu istedad milli musiqimizin qorunmasını təmin edir.
Əlbəttə ki, heç kimə mahnı yazma deyə bilmərik, amma daha çox keyfiyyətə önəm verilməlidir. Xüsusilə uşaqlar üçün musiqi sahəsində işlərin azlığı hələ də problem olaraq qalır. Mənim bəstələdiyim uşaqlar üçün musiqilər müxtəlif mərkəzlərdə, YouTube kanallarında geniş istifadə olunur və bu sahədə işlərimi davam etdirirəm.
Əzizim, bu problemlər həmişə olub və olacaq. Lakin musiqimizin kökləri möhkəm olduğundan milli irsimiz heç vaxt itəcək vəziyyətə gəlməyəcək.
Söhbətləşdi: Fuad BİLƏSUVARLI

Digər xəbərlər

