ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır
İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir. 1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...
DÜNYA ƏDƏBİYYATDAN

16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
Mədəniyyət naziri Adil Kərimli Akademik Milli Dram Teatrının kollektivi ilə görüşüb

MƏDƏNİYYƏT
17.04.2025, 14:30 Oxunub: 1058Mədəniyyət naziri Adil Kərimli aprelin 16-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında olub.
Nazirlikdən bildirilib ki, kollektivi salamlayan nazir Akademik Milli Dram Teatrını özünəməxsus sənət ənənələri olan mədəniyyət ocağı kimi səciyyələndirib. Bildirib ki, bu teatrda zaman-zaman görkəmli səhnə xadimləri çalışıb və onların bir çoxu özünün sənət məktəbini yaratmağa müvəffəq olub.
Qeyd olunub ki, teatrın repertuarında Azərbaycan və dünya kilassiklərinin əsərləri ilə yanaşı, müasir müəlliflərin də əsərlərinə yer verilir. Vurğulanıb ki, Milli Dram Teatrı ölkəmizin müxtəlif bölgələrinə qastrol səfərlərinə gedərək maraqlı səhnə əsərləri ilə yerli sənətsevərlərin zövqünü zənginləşdirir. Kollektiv, eyni zamanda xaricdə də milli teatr sənətimizi layiqincə təmsil edir.
Adil Kərimli Prezident İlham Əliyevin ölkəmizdə mədəniyyət sahəsinin inkişafına davamlı diqqət və qayğı göstərdiyini deyib. Vurğulayıb ki, Bakı şəhərində və bölgələrdə teatrların fəaliyyəti üçün müasir şərait qurulur, maddi-texniki təchizatı möhkəmləndirilir. Teatrlar da yaradılan şəraitdən səmərəli istifadə etməli, daha effektiv fəaliyyət göstərməlidirlər. Xüsusilə də gənc əməkdaşların bilik və bacarıqlarının artırılması diqqətdə saxlanılmalı, bununla bağlı konkret addımlar atılmalıdır.
Teatrın rəhbərliyi səmimi görüşə görə nazirə təşəkkür edib. Həmçinin sənət ocağının fəaliyyəti və repertuar siyasəti, gələcək planları barədə məlumat verilib. Çıxışlar zamanı teatrın yaradıcılıq fəaliyyəti ilə bağlı təkliflər səsləndirilib, fikir mübadiləsi aparılıb, əməkdaşların sualları cavablandırılıb.
Sonda nazir Adil Kərimli kollektivə yeni yaradıcılıq uğurları arzulayıb.

Digər xəbərlər
