ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır
İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir. 1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...
DÜNYA ƏDƏBİYYATDAN

16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
Sahibə Qafarova Hulusi Akarla görüşdü - Foto
jpg-1744712879.jpg)
GÜNDƏM
15.04.2025, 14:27 Oxunub: 173Milli Məclisin sədri Sahibə Qafarova aprelin 16-da Azərbaycanda səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) Milli Müdafiə Komitəsinin sədri Hulusi Akarla görüşüb.
Milli Məclisdən Axar.az-a bildirilib ki, görüşdə qardaş ölkələrimiz arasında yüksək səviyyəli münasibətlərin ruhuna uyğun olaraq, parlamentlərimiz arasında da əlaqələrin uğurla inkişaf etdiyi vurğulanıb.
Hulusi Akar Şuşa və Xankəndiyə səfəri haqqında təəssüratını bölüşərək, həmin ərazilərdə böyük inkişaf və quruculuq işlərinin şahidi olduqlarını bildirib.
Azərbaycan torpaqlarının 30 ilə yaxın işğal altında qalmasının bölgədə çox ağır fəsadlar yaratdığını deyən Hulusi Akar ATƏT, AB kimi təşkilatların baxışlarının nə qədər zərərli olduğunu söyləyib. O, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad olunmasının regionda yeni reallıqlar yaratdığını söyləyərək, Ermənistanın sülh sazişini imzalamaq üçün lazımi iradə göstərməsini və Azərbaycanın və Türkiyənin uzatdığı sülh əlini tutmasını arzuladığını bildirib.
Komitə sədri Prezident İlham Əliyevin Şimali Kipr Türk Cümhuriyyəti ilə bağlı mövqeyini çox yüksək qiymətləndirdiklərini vurğulayaraq, bu məsələdə də Azərbaycanın dövlət başçısının qəti iradəsinin şahidi olduqlarını deyib.
TBMM-in komitə sədri müdafiə, təhlükəsizlik, müdafiə sənayesinin inkişafında Azərbaycan və Türkiyənin böyük yol qət etdiklərini və ölkələrimizin bu istiqamətdə atdığı addımların heç bir üçüncü ölkəyə qarşı yönəlmədiyini bildirib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.

Digər xəbərlər
