usd-1.7000 eur-1.9328 rub-2.0703
Bakı 13°C 4.75 m/s
Son xəbərlər
18-04-2025
17-04-2025
16-04-2025
15-04-2025

ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir.  1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

“Nəriman Nərimanov - 155” adlı geniş kitab sərgisi açılıb

details

ƏDƏBİYYAT

13.04.2025, 01:00 Oxunub: 169

 

Milli Kitabxanada görkəmli ictimai-siyasi və dövlət xadimi, maarifpərvər şəxs, yazıçı-publisist, həkim Nəriman Nərimanovun anadan olmasının 155 illiyi münasibətlə “Nəriman Nərimanov - 155” adlı geniş kitab sərgisi açılıb.

Milli Kitabxanadan  bildirilib ki, bir həftə boyunca davam edəcək sərgidə Nəriman Nərimanovun əsərləri, həyat və yaradıcılığı, ictimai-siyasi fəaliyyəti haqqında Azərbaycan və xarici dillərdə ədəbiyyatlar nümayiş olunur.

Xatırladaq ki, böyük mütəfəkkir Nəriman Nərimanov 1870-ci ildə Tiflisdə anadan olub, həmin şəhərdə altısinifli ruhani məktəbində təhsil alıb. 1890-cı ildə Qori Müəllimlər Seminariyasını bitirdikdən sonra Tiflis quberniyası Borçalı qəzasının Qızılhacılı kəndinə müəllim təyin olunub. Daha sonra Bakıya gələn N.Nərimanov 1891-ci ildə müəllimlik fəaliyyətinə başlayıb, 3 il sonra burada türk-müsəlman əhalisi üçün ilk xalq qiraətxanasını təşkil edib.

Mütəmadi olaraq publisistik məqalələrlə çıxış edən Nəriman Nərimanov Azərbaycan və rus dillərini öyrənənlər üçün dərsliklər yazıb, həmçinin “Türk-Azərbaycan dilinin müxtəsər sərf nəhvi” adlı qiymətli dərs vəsaiti tərtib edib. Onun “Nadanlıq”, “Dilin bəlası”, yaxud “Şamdan bəy”, “Bahadır və Sona”, “Nadir şah” əsərləri bütün Azərbaycanda geniş yayılıb.

Əsərlərində dövrün sosial-psixoloji problemlərini qabarıq şəkildə göstərən Nərimanovun elmi-publisistik fəaliyyəti türk-müsəlman əhalisinin milli oyanışına xidmət edib.

Digər xəbərlər

16 Aprel 2025, 15:25
13 Aprel 2025, 00:41