usd-1.7000 eur-1.9345 rub-2.0578
Bakı 9°C 3.37 m/s
Son xəbərlər
28-04-2025
27-04-2025
25-04-2025

ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir.  1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Pərviz Qasımovun özəl günü

details

MƏDƏNİYYƏT

28.04.2025, 15:41 Oxunub: 626

Bu gün sevilən xanəndə, Televiziya Muğam Müsabiqəsi və Beynəlxalq Muğam Müsabiqəsinin qalibi, Prezident təqaüdçüsü Pərviz Qasımov üçün özəl gündür. Məşhur sənətçi doğum gününü qeyd edir.

Xatırladaq ki, Pərviz Qasım oğlu Qasımov 1991-ci il 28 apreldə Bakıda doğulub. Əslən Ağdam rayonunun Abdal Gülablı kəndindəndir. 2001-ci ildə Respublika İncəsənət Gimnaziyasına daxil olub. İlk müəllimi xalq artisti Əlibaba Məmmədov və xalq artisti Elmira Rəhimova olub. 2008-2012-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə daxil olub. Universitetdə müəllimi əməkdar artist Ruzə İbişova olub. 2017-ci ildə iştirak etdiyi Televiziya Muğam Müsabiqəsində birinci yerə layiq görülüb. Eyni ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olub. 2018-ci ildə Beynəlxalq Muğam Müsabiqəsinin qalibi olub. 2019-cu ildə Özbəkistanın Səmərqənd şəhərində keçirilən “Şərq təranələri” festivalına qatılıb. 75 ölkənin qatıldığı festivalda Pərviz Qasımov birinci yerə layiq görülüb.

 Hal-hazırda Azərbaycan Milli Konservatoriyasında müəllim işləyir.

 Pərviz Qasımov idmanda da böyük uğurlara  imza atıb.  İspaniyanın Barselona şəhərində keçirilən bodibildinq yarışında 1-ci yerə çıxaraq çempion olub və bayrağımızı qaldırıb. 2024-cü ilin Bodibildinq və Fitnes üzrə Azərbaycan Kubokunda qalib olan muğam ifaçısı beləliklə bodibildinq üzrə Avropa çempionatında mütləq çempion adına sahib çıxıb.

1001info.az ad günü münasibətlə sevilən sənətçini təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür və yeni yaradıcılıq uğurları arzulayır.

Əziz Pərviz bəy, səsiniz hər zaman böyük konsert salonlarından gəlsin!

 

 

Digər xəbərlər