usd-1.7000 eur-1.8246 rub-0.0185
Bakı 18°C 7.19 m/s
Son xəbərlər
03-05-2024
01-05-2024
30-04-2024
29-04-2024

ŞƏHİDLƏR -Qazilər

Burdan bir atlı keçdi...

Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Professor Xuraman Muradovanın “Əsrə bərabər 20 il” kitabı işıq üzü görüb

details

ƏDƏBİYYAT

10.03.2024, 18:19 Oxunub: 755

 

“VİP Milan Hospital”ın təsisçi direktoru, Türk dünyası Elmlər Akademiyasının fəxri professoru Xuraman Muradovanın Zəfərimizin memarı, şərəfli ömrünün prezidentliyinə həsr olunan 20 ilini əsrə bərabər yaşamış Müzəffər Ali Baş Komandan İlham Əliyevin xalq üçün yaşanmış ömür yolundan bəhs edən “Əsrə bərabər 20 il” kitabı işıq üzü görüb.

“Elm və Təhsil” nəşriyyatında yüksək nəfis tərtibatda çap olunan kitabın redaktoru Xalq yazıçısı Çingiz Abdullayev, rəyçi Xalq yazıçısı Natiq Rəsulzadədir. Kitabda Ali Baş Komandanın Ordumuza sərkərdəliyinə, ölkəmizə rəhbərliyinə, prezidentlik fəaliyyətinə işıq salan, dəqiq faktlara söykənən bir-birindən maraqlı məqalə və müsahibələr yer alıb.
Kitabın müqəddiməsi Xuraman Muradovanın Müzəffər Ali Baş Komandana həsr etdiyi "Əsrin Qəhrəmanı olan Komandan” şeiri ilə başlayır. Nəşrin “Müzəffər Ali Baş Komandan İlham Əliyev könüllərimizin Fatehidir!” , “Uca Rəbbim müzəffər xalqımızın müzəffər oğlunu qorusun!” adlı fəsilləri Prezidentimizin, “Tarix yazan Sərkərdənin arxasında dayanan qeyrətli Türk Xatunu” fəsli isə Ali Baş Komandanla ən çətin yollarda çiyin-çiyinə addımlayan birinci xanım Mehriban Əliyevanın parlaq fəaliyyətindən bəhs edir. “Azərbaycanın birinci xanımı, əzizimiz, ölkəmizdə xeyriyyəçiliyin simvoluna çevrilən Mehriban xanım Əliyevanın xeyirxahlıq yolunu mən həmişə böyük rəğbət hissi ilə dəstəkləmiş və ürəkdən alqışlamışam...”, “Xilaskarı dəstəkləmək milləti dəstəkləmək deməkdir!” başlıqlı fəsillərdə müəllifin dövlətçiliyimizə dair parlaq fikirləri əksini tapıb.
Kitabda yer alan “Ürəklərdə ölümsüzləşən Öndər Şəxsiyyət” adlı məqaləsini müəllif Ulu Öndər Heydər Əliyevin unudulmaz xatirəsinə, “Türk dünyamıza müzəffər Oğul bəxş edən Ana” məqaləsini isə bu məmləkət üçün İlham Əliyev böyüklüyündə şəxsiyyət yetişdirən müqəddəs Ana, görkəmli həkim, akademik Zərifə xanım Əliyevanın əziz xatirəsinə həsr edib.
“Biz hamımız möhtərəm Ali Baş Komandanımız İlham Əliyevin əsgərləriyik!” məqaləsində müəllif müəllimindən həkiminə, alimindən memarına qədər bütün xalqımızın “Dəmir yumruq” ətrafında sıx birləşməsindən qürur hissi ilə söhbət açır. “Azərbaycan - Türkiyə Cümhurbaşqanlarının qardaşlığı Turanın ayaq səsləridir” adlı yazıda Xuraman Muradova Prezident İlham Əliyevlə Rəcəb Tayib Ərdoğanın sıx dostluq, qardaşlıq, əməkdaşlıq münasibətlərindən bəhs edir, Qarabağ Zəfərinin, Şuşa Bəyannaməsinin bu qardaşlığın zirvəsi olduğunu vurğulayır.
Əsər geniş oxucu kütləsi üçün nəzərdə tutulub və yüksək nəfis tərtibatda çap olunub.
Kitabın müəllifi Xuraman Muradova uzun illərdir gənclərimizin ali təhsil almaları, müxtəlif xəstəliklərdən əziyyət çəkən körpələrimizin müalicə olunmaları, xüsusilə də rəhbərlik etdiyi “Vip Milan” Hospitalda şəhid ailələrinin və qazilərimizin sağlamlığı istiqamətində böyük ürəklə çalışan, vətəndaş borcunu layiqincə yerinə yetirən ziyalı, xeyir əməllər sahibidir. İşgüzar fəaliyyətləri ilə bərabər, X. Muradova həm də ədəbi yaradıcılıqla məşğuldur. O, Azərbaycan Yazıçılar Birliyinin və Türkiyə Yazarlar Birliyinin üzvü, Türk Dünyası Beynəlxalq Elmlər Akademiyasının fəxri professoru və Vektor Beynəlxalq Elmlər Akademiyasının fəxri professorudur. II Türk Dünyası Beynəlxalq Ədəbiyyat festivalında “Türk Dünyası Onur medalı”, 2023-cü ildə Azərbaycan Yazıçılar Birliyinin “Humay Milli Mükafatı” və Türkiyə Elmlər Akademiyasının “Uluslararası Altın yıldız” medalı ilə təltif olunub. Onun 2021-ci ildə Azərbaycanda “Sənə məktub yazacam...” adlı ilk kitabı, 2023-cü ildə Türkiyənin Ankara şəhərində “Ay Laçın, can Laçın” adlı ikinci nəşri işıq üzü görüb. “Özbəkistanım mənim! Sən də Ana Vətənim!” kitabı Özbəkistanda, “ Salam olsun Qarabağdan Tanrıdağa!” kitabı qardaş Qırğızıstanda nəşrdədir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin xalq üçün yaşanmış şərəfli ömür yolundan bəhs edən “Əsrə bərabər 20 il” kitabı Xuraman Muradovanın Azərbaycan Prezidentinə böyük sevgisinin və vəfa borcunun ifadəsidir.

Digər xəbərlər