usd-1.7000 eur-1.9241 rub-2.1054
Bakı 21°C 1.61 m/s
Son xəbərlər
08-05-2025
07-05-2025
06-05-2025
04-05-2025
02-05-2025

ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir.  1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

  PROMETEYİN İZTİRABLARI...   yaxud QAF DAĞINDA ZƏNCİRLƏNMİŞ AZADLIQ ... - Məlahət İSMAYILQIZI yazır
                                                   

details

CƏMİYYƏT

20.11.2023, 11:30 Oxunub: 2632

  PROMETEYİN İZTİRABLARI...
                                                   yaxud QAF DAĞINDA ZƏNCİRLƏNMİŞ AZADLIQ ...

   İblis nədir- cümlə xəyanətlərə bais...  Ruhun şad olsun Hüseyn Cavid, şeytanmı güclüdür, yoxsa şeytan cildinə girmiş, şeytan xislətinə bürünmüş şeytan xislətli insanlar...elə şeytan xislətli insanlar dörd bir yanı sarmış. Ətrafımız necə əldə edə bilərəm düşüncəsi ilə yaşayan insanlarla əhatə olunub. Və ən pisi İnsanınmı- yoxsa İnsanlığınmı içini sarmış xainlik, paxıllıq, özündən üstünlüyünü gördüklərini didib- parçalamağa hazır olan bivec savadsız, primitiv düşüncəli  aləm...və pobot təhsilli- para düşüncəli insan, yoxsa adamlar... Və  bu aləmdə təbii ki, heç bir yerdə- cəmiyyət içərisində özünü tapa bilməmək... Və bu nadanlar kütləsindən birinə çevrilmək iqtidarına malik olmayan, lakin bu təhlükəni hiss edə bilmək... bu faciədir.
   Çünki, Sən Özünsən, bu psixologiyası- şiurları maddiyyət üzərində köklənmiş kütləyə yaxın belə getmək iqtidarında  deyilsən. Çünki bu Sənsən. Amallar, əqidə və prinsiplər üzərində yaşamaq bilirsənmi nə demək ?...Bunu bilənlər anlar, bu yolun yolçuları anlar, düşüncələrdə kök salmış, ruhlarını maddiyyət sarmış yoxsul mənəviyyatlar anlamaz !
   Nəyin axtarışındayıq, həqiqət, yoxsa ədalət...axtarma həqiqəti, çünki o sənin özünsən, sənə aid olan varlığın, sənə məxsus olan minbir zəhmətinlə başa gətirdiyin, əkib- becərdiyin, alın tərini silərək , nənə- babalarına məxsus olan Ocaqlarını qorumaq istəyi... və Qarabağ adlı həqiqət və Onun Sənə məxsusluğu, “Qarabağ Azərbaycandır”- həqiqət budur. Lakin həqiqət məfhumundan irəli gələn “Ədalət”, həqiqət məlum, lakin ədalətən sənə məxsus olana sahibmisin ?
    Nə Avropa, nə Qərb, nə Amerika, nə də ki, daxili düşmənlər- qanıqarışıqlar bu ədaləti sənə vermək iqtidarında deyillər. Çünki, Amerika daxil Qərb xristian dünyası üçün sən sadəcə müsulmansan, daha dəqiq desək Türk müsəlmansan! Yalnız xristian aləmi demokratiyadan bəhrələnməli, insancasına yaşamalı və sənin var- dövlətini talayıb aparmalıdır. Bu min illərdi belə olub, belə də olacaq, bunu tarixdən aldığımız dərslər öyrədib bizə. Çox hallarda isə bu əclaf qərbli- şimallı əclafları özümüz dəvət edir, adını isə yeni layihə və nə i. qoyursunuz. Adını sülh məramlı qoyaq, insan məramlı qoyaq, yaxud humanitar yardım- nə istəyirsən qoy, fərqi yoxdur rus üçün- fransiz üçün, fərqi yoxdur Qərb dünyası üçün. SƏN bir TÜRKsən, yaxud TÜRK müsəlmansan. 
   Özümüzə taleyrant adı qoyduq, olsun, biz axı digər millətləri özümüzdən çox sevənik, sonda dedik ki, axı ay erməni biz qardaşıq idik axı... Və nəhayət min illik türk yurdlarınna əlvida söylətdilər bizə. 1992 fevral- Xocalını törətdilər bu binəva Millətə. 44 günlük Zəfər Qalibiyyəti qazandıq, ancaq öz torpaqlarımız da yenə də nə asudə gəzə bilirik, nə də öz Qarabağına tam sahiblənməyə imkan vermək istəmir bu düşmənlər birliyi...Bu torpaqlar həqiqətdə bu millətə mənsub olsa da, ədalət prinsipi tək Qərb- Şimal tərəfdən pozulmur. Dövlətin, əhalinin necə gəldi varını- dövlətini oğurlayan, bəzən milyonların deyil, milyardların dalına keçən bir sürü dövləti içəridən yeyən  onsuz da əvvəl- axır cavablarını alırlar. Desək ki, bu harınlar dəstəsi səhvliklər edirlər, bunu da bizə Avropa etmədi ki... xeyir bu səhv deyil, cinayətdir, cinayət isə gec- tez cəzalanmalıdır.  
                                               Öz qövmümüzün başına əngəli- kələfiz biz...
 Həmin bu cəhalətlərə, bu naqislərə göz yuma bilməyən, ürək- ciyərlərindən yaralar alan Sabirlər, Mirzə Cəlillər Sizləri oyada bilmədi, Qarabağ dərdi- itginlərimiz, nisgillərimiz oyatmadısa, artıq şeytanın nə günahı, çünki düşüncələrdəki maddiyyat ehtirasını söndürə bilməyənə nicat yoxdur, belələri qanunun ən aliliyi ilə cavab verməlidir. İnsan  sifətinə bürünüb şeytanı xislətini göstərənlər üçün nə xalq anlayışı var, nə də ki, Ocaq, nə Millət, nə Torpaq. 1400 ildir ki, müsəlmanlar şeytan deyib daşlayırlar, nə şeytanlar ölür, nə də ki, müsəlmanın ağlı başına gəlir. Əgər Allahın evini ziyarət bu böyük paralar hesabına başa gəlirsə, deməli müqəddəs yerlərə ziyarət də sadə - imanlı İnsanlar üçün deyil.
 Haqq Allah dərgahında, ədalət... ədalət isə zalımların ayaqları altında tapdalanır. Bizlərin – Azərbaycanın həqiqət adlı ədaləti  xristian dünyasının kini, nifrəti ilə üz- üzə. Ah, yenə şeytan barmağı   “Lənət sənə kor şeytan “, lakin deyəsən şeytan nə kordu, nə də kar, pislik toxumlarını hörməkdədir... Yaxşısı budur ki, cahil və cəhalətə qərq olub şeytanı lənətləməkdənsə, nə edəcəyini, necə edəcəyini düşünməli bir daha, düşmənlə daha sərt bir dillə - elə güc dili ilə danışılmalıdır. Nədən ki, sülh kimi müqəddəs bir kəlməni əməli şəkildə erməni əclaflarına təqdim etmək lazım deyil, onlar buna layiq deyil. Və elə biz güc dili ilə də danışdıq. 
  Odumuzu, ocaqlarımızı, daş və çinqıllarımızı deyil, yanmış küllərimizi belə sevdik...Həmin külü ki, nəticə də yel vurar, sovrular, yerində yanmış ocaq yeri qalar... külü belə qalmaz, yalnızca ocaq yeri.  Daşını, torpağını, külünü belə sevdim bu Vətənin. Əslində bu kül Ocağından, elindən ayrı düşən bir Obanın- Mahalın yanmış və yandırılmış ruhların külüdür. Ocaq sönərsə, yerində külü qalır deyirlər, külünü də yellər apararsa, OCAQ yeri qalar. Mənfur düşmən O OCAQ yerlərini nə silə, nə də məhv edə bilərsən! O söndürülmüş Ocaqlar, O yollar, O cığırlar hər an bizdən, bizim varlığımızdan xəbər verəcək, bir gün, elə bir  sabah, bir gün  O yollara, O Obalara dönəsiyik biz !
  Qoca Dağdan əsən yellər bu külləri dünyaya səpələmədimi...yerində yenə Vətən qaldı. Ulularından- İnsanlarından uzaq  bir Vətən, gözü yollara dikili ruhlar səltənəti... Bu ruhlar bizim kökümüzdür- kötüyümüzdür. Bu yolları bizlər salmışdıq... Və bu yollarla da biz gedəcəyik o Vətənə. O torpaqlara, torpaq neyləsin axı, torpağın dili yoxdur, üstündə qanqal da bitir, xoş qızılgül də. Sonda yenə də qaramı, sarımı, yoxsa bozmu bu torpaq, yaxşı və pisliyindən asılı olmayaraq bizləri bağrına basır. Ana torpaq dedik Sənə, ANA TORPAQ, Anamız kimi sevdik Səni Vətən. Adına ANA VƏTƏN dedik. 
  Artıq günlərdir (15. 08. 23), Laçın keçid məntəqəsinə qarışqa sürüsü kimi daraşan erməni- xaç dünyası hər vasitə ilə humanitar yardım adı altında Azərbaycana soxulmaq istəyir, sözsüz buna imkan verilməyəcək, bütün dualarımız Sərkərdəmiz- Güclü diplomat İlham Əliyevin və Qalibiyyət Zəfərini yazan Ordumuz üçündür. Manevrlər edən düşmənlər minbir hiyləyə əl atsalar da, Azərbaycan İlahidən Qorunur, Od yurduna yaxın gələnlər yanacaqlar. Hələki, demokratiyadan danışan, lakin Qarabağın otuz il işğalda saxlanması, amansızcasına məhv edilməsini kor gözləri ilə görmədi deyil, xristian- xaç- hilal müharibəsi gedir. Düşüncəsiz və Allahsız Avropa anlamır ki, kütləvi silahlanma, Ukrayna- Rusiya müharibəsi əslində toqquşan imperial qüvvələrin biri o birini didməklə məşğuldu. Qeyri etik əməllər, teftonik silahların işlədilməsi- buzlaqların əriməsinə, ekoloji tarazılığın məhvinə yönəlmiş hərəkətlərdi. Lakin İnsanlıq heç bir fəlakətdən nəticə çıxarmır.. daha doğrusu insanlığını itirmiş impiriya havadarları- sizin heç biriniz- milyardlarınız belə nə Xocalıda, nə Şərqdə, nə də Ukraynada, nə də Fələstində məhv edilən bir balaca körpənin ahına dəyməzsiniz, o balaca dilsiz- ağızsıq körpələrin ahı tutsun sizi, bax buna inanıram !
      Tanrı deyilən bir xilqət mövcuddur və Onun divanından qaça bilməyəcəksiniz !..

 

                                         MƏLAHƏT İSMAYILQIZI
               AJB- nin, AYB- nin üzvü, Qızıl Qələm media mükafatı, H. B. Zərdabi ad. diplom                                     
                                                                   02. 09. 23. Bakı

 

P. S.                     Azərbaycanın müzəffər Ordusu sentyabrın 19- da bir günlük  daha bir antiterror əməliyyatı keçirib bütünlüklə torpaqlarının sahibi olduğunu bir daha dünyaya bəyan etdi. Təbii xaç dünyasının  bu qələbələri qəbul etməkdən başqa çarəsi qalmadı. Artıq Xankəndində dinc qaydada separatçı rejimin fəaliyyyətinin sonu elan edildi. Sözsüz ki, erməni caniləri, Xocalı qatilləri həm Azərbaycan xalqı qarşısında, həm də hüquqi dövlətimiz qarşısında etdikləri amansız cinayətkarlığın cavabını alacaqlar. Ən böyük Qalibiyyəti bu xalqa yaşadan Prezidentim- Xankəndi də, Xocalıya Bayrağımız ucaldıldı, bunu bu xalqa Sən Yaşatdın Əziz Prezidentim, Sənin Yenilməz İradən, Vətən Təəssübkeşliyin yaşatdı. Əbədi Var OL!
 Və Azərbaycan həmən Azərbaycan ki, erməni daşnakları- Xocalı qatilləri, Azərbaycan xalqının qatillərini qolubağlı Bakıya gətirib haqq divanına təslim etdilər, Var Ol Ordum !
   Lakin Yaxın Şərq, dünya yenidən müharibə alovu ilə qarsıyır. Fələstin- həmas- İran, bir sözlə bütün cahilliyyət dünyasının daşıyıcıları sivilizasiyanın qədim xalqlarından olan yəhudi xalqını hədəfə aldılar. Eynilə Xocalıda erməni cəlladlarının, daşnakların Qarabağda, Qərbi Azərbaycanda etdikləri amansız faciələr baş verir dinc əhaliyə qarşı. İsrail dövləti, yəhudi xalqı 35 illik amansız savaşda bizim yanımızda oldular, dəstəklərini gördük hər an. A. Aqarunov kimi Milli Qəhrəman Qarabağda erməni işğalçılarına qarşı vuruşub Şəhid oldu. Dost mənim yanımda olandır, məni dəstəkləyəndir. Din birliyi amil deyil, İnsan olmalı.  Y. Ərafat, M. Abbas kimi Fələstin liderləri dəfələrlə yalançı erməni soyqrım abidəsinə çələng qoydular, Xocalı kimi qətliamda bizə səs vermədilər... bumu din, bumu müsəlman... yerə batsın sizlərin erməni aşiqliyi, xaç sevdası !
   Sözsüz ki, İsrail- Fələstin müharibəsi heç bir vəchlə alqışlana bilməz, Fələstində məhv edilən körpələrə, İnsanlıq dramına baxmaq özü nə qədər dəhşətlisə, oradakı qətliam- qırğınlar bir elə faciə. Artıq on minlərlə insan uşaq, böyük, qoca, Analar demədən qətl edilirlər. Bunlara bir SON deyən tapılmayacaqmı, Allah xofunu- Tanrını unutmayın, Məncə çoxdan unutmusunuz...ALLAHIN ədaləti yaman olar sizlərə.
  Var Olsun Azərbaycanın ağıllı, diplomat sərkərdəsi İlham Heydər oğlu, var olsun Ordumuz, Xalqımız ! Tanrı özü qorusun Azərbaycanı. Xaçlı dünyasından, şər- şarlatan qonşulardan, paxıllıq libası geyən xain dostlardan- həsəddən qoru Azərbaycanı, qoru Bizim ləyaqətli, İgid Sərkərdəmiz, Diplomatımızı- Əbədi Prezidentimizi ! Minillik tarixə QALİBİYYƏT ZƏFƏRİNİ yazan Azərbaycan! Tanrı qorusun !
              TƏKİ, TƏKİ SƏN YAŞA, YAŞA  AZƏRBAYCAN ! Tanrı Azərbaycanı, Türkiyəni- bütün İnsanlığı qorusun !                                                                                             
           Azərbaycan o zəncirləri qırıb artıq !                                                                                       
                                                                                                           18.11. 2023. Bakı


 

Digər xəbərlər