usd-1.7000 eur-1.8198 rub-0.0182
Bakı 18°C 7 m/s
Son xəbərlər
24-04-2024
23-04-2024
22-04-2024

ŞƏHİDLƏR -Qazilər

Burdan bir atlı keçdi...

Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Qərbi azərbaycanlıların deportasiyası: assimilyasiya və izolyasiya kontekstində 
 

details

CƏMİYYƏT

21.02.2023, 18:46 Oxunub: 1724

Qərbi azərbaycanlıların deportasiyası: assimilyasiya və izolyasiya kontekstində

44 günlük Vətən Müharibəsindən sonra, Şərqi Zəngəzur iqtisadi regionun yaradılması ilə Qərbi Azərbaycan məsələsi də daha çox gündəmə gəlməyə başladı. Azərbaycanın polietnik, Ermənistanın isə monoetnik dövlət olması, multikulturalizm aspektindən də bu mövzunu daha dəyərli hala gətirir.

Müasir elmi ədəbiyyatda cəmiyyətdə müxtəliflik və birliyin izahında, o cümlədən, multikultural situasiyanın tənzimləməsində assimilyasiya və izolyasiya məfhumları aktuallıq kəsb edir. Məhz multikulturalizm də siyasət modeli kimi cəmiyyətdə mövcud olan etnik, irqi, dini və mədəni müxtəlifliklərə münasibətdə dövlətin apardığı konkret siyasəti xarakterizə edir. Bu siyasətin əsasında cəmiyyətdəki etnik, irqi, dini və mədəni müxtəlifliklərin qorunması durur. Multikulturalizm siyasətinin meydana gəlməsindən əvvəl etnik, irqi, dini və mədəni müxtəlifliklərlə üzləşən dövlətlər bu müxtəliflikləri əsasən iki siyasət modeli vasitəsilə tənzimləməyə çalışırdılar: assimilyasiya və izolyasiya. Assimilyasiya siyasəti milli azlıqların etnik-mədəni dəyərlərini titul (əsas) etnosun mədəniyyətinə qatmaqla cəmiyyətdəki etnik, irqi, dini və mədəni müxtəlifliklərin ləğv edilməsini nəzərdə tutur. İzolyasiya siyasəti isə milli azlıqların etnik-mədəni dəyərlərinin titul etnosun etnik-mədəni dəyərləri ilə hər hansı bir əlaqəsinin qarşısını almaqla milli azlıqların cəmiyyətə inteqrasiya olmalarına imkan vermir. Azərbaycan dilində assimilyasiya ərimə və əritmə, izolyasiya isə təcrid etmə anlayışları olaraq bilinir.      

Qərbi Azərbaycan indiki Ermənistan Respublikasının əhatə etdiyi, tarixən azərbaycanlılarının sıx şəkildə yaşadıqları coğrafi məkandır. XX əsrdə Azərbaycanlıların Ermənistandan deportasiyası və köçürülməsi nəticəsində hazırda Ermənistan Respublikasında azərbaycanlılara məxsus heç bir yaşayış məntəqəsi qalmayıb.

Son iki əsr ərzində Qərbi Azərbaycan adlanan Azərbaycanın tarixi torpaqlarında ermənilər soydaşlarımıza qarşı deportasiya, soyqırımı, etnik təmizləmə siyasəti aparıb. Məhz bu ərazilərdə Azərbaycanın tarixi-mədəni irsinin məhv edilməsi, azərbaycanlıların ermənilər tərəfindən assimilyasiya və izolyasiyaya məruz qalması tarixi reallıqdır.

Azərbaycan multikulturalizm və tolerantlıq strategiyasını dövlət siyasəti olaraq həyata keçirir. Belə ki, ölkə daxilində yaşayan etnik qruplar və dini icmalar bu siyasəti o cümlədən, azərbaycançılıq məfkurəsini əsas alaraq öz inkişaf dinamikalarını təmin edirlər. Dövlət bütün imkanlarından istifadə edərək milli və dini icmaların mədəniyyət və adət-ənənələrinin qorunmasını, inkişaf etdirilməsini öz öhdəliyi hesab edir. Prezident İlham Əliyevin bu fikirləri tam mənada qeyd olunan dövlət siyasətinin əsas arqumentlərini təşkil edir: "Hər bir cəmiyyətin gücü onun dini və milli müxtəlifliyindədir... Əlbəttə, bunun üçün ənənələr lazımdır, eyni zamanda, dövlət siyasəti də lazımi səviyyədə aparılmalıdır. Azərbaycanda hər iki amil mövcuddur".

Anar OSMANLI
İqtisad üzrə fəlsəfə doktoru

 

Digər xəbərlər