ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır
İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir. 1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...
DÜNYA ƏDƏBİYYATDAN

16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
Respondentlərin 51,4%-i ölkənin hazırkı Prezidenti Rəcəb Tayyib Ərdoğana səs verəcəklərini deyiblər

GÜNDƏM
02.05.2023, 12:44 Oxunub: 2187Türkiyə mayın 14-ü baş tutacaq prezident və parlament seçkilərinə hazırlaşır.
1001info.az “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, “Optimar” araşdırma mərkəzi Türkiyədə seçkiqabağı sorğu keçirib.
Aprelin 25-dən 28-nə qədər keçirilən sorğu zamanı 3005 nəfərə “Prezident seçkiləri zamanı kimə səs verəcəksiniz?” sualı ünvanlanıb. Respondentlərin 51,4%-i ölkənin hazırkı Prezidenti Rəcəb Tayyib Ərdoğana, 48,6%-i isə müxalifətin namizədi Kamal Kılıçdaroğluna səs verəcəklərini qeyd ediblər.
Bununla yanaşı, 4 namizəd arasında aparılan sorğuda isə respondentlərin 48,6%-i səslərini Ərdoğana, 44,1%-i Kılıçdaroğluna, 4,3%-i Muharrem İnceyə, 3%-i isə Sinan Oğana verəcəklərini bildiriblər.
Qəzet ilkin ehtimallara əsasən seçkinin ikinci turunun da olacağını istisna etmir.
Xatırladaq ki, seçki günü prezidentliyə namizədlər 50%-dən çox səs toplamasa, mayın 28-i seçkilərin ikinci turu keçiriləcək.

Digər xəbərlər


