usd-1.7000 eur-1.8255 rub-0.0174
Bakı 10°C 3.86 m/s
Son xəbərlər
09-11-2024
08-11-2024
05-11-2024
04-11-2024
03-11-2024
01-11-2024
24-10-2024

ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir.  1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

TÜRKÜN DİLİ TƏK NAZLI DİL OLMAZ... -  Məlahət İSMAYILQIZI yazır
                                             

details

ƏDƏBİYYAT

20.02.2024, 12:43 Oxunub: 3863


  TÜRKÜN DİLİ TƏK NAZLI DİL OLMAZ                        

AZƏRBAYCANÇILIQ -- TÜRKÇÜLÜK...

                   
   Bizim Ailəmiz Türk dünyasıdır. Bizim siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirmək,soy- kökdən bir olan xalqlardır. Bundan güclü birlik ola bilməz! 
     İlham Əliyev, Azərbaycan RespublikasınınPrezidenti 


 Ümimi ədəbi dili olmayan millət, millət sayılmır- İ. B. Qaspıralı
  “Biz Türküz, tariximizə, ən yaxın xatirəmizə dayanaraq, Türkük deyər və bundan haklı bir iftixar duyarız- Nihal Atsız”


  “Halbuki özü Türkdür, dini İslam dinidir, dili də Türk dilidir. .. düşünən yoxdur ki, müsəlman adında millət yoxdur, millətin adında dil yoxdur, müsəlman islam dinini qəbul etmiş bir adam deməkdir. Din başqa, dil başqa. Din başqa, milliyyət başqa. Dində dil yoxdur, dündə milliyyət də yoxdur” Üzeyir Hacıbəyov, “Həqiqət” 1910, “Dil “məqaləsi.


  Böyük Üzeyir Bəy o qədər gözəl izah edir ki, lakin qanan- dərk edən lazım, əlbət ki, var...lakin yenə deyənlər var- hamımız müsəlman ümmətiyiz.., ümmətiz....Bunu deyənlərə, sadəcə belə düşünənlərə yazığım gəlir, nə qədər gözəlliklərdən mərhumsunuz, axirət deyə- deyə özününzü yerə gömməyin. Qərbi çox tənqid etsəm də, onun tərəqqipərvərliyini, demokratiyasını təqdir edirəm “İnsan Azad doğulur, likin Mən Onu yerdə sürüklənən gördüm- J. J. Russo”. Qəribə məxluqdur bu insan, sonunda öz zəncirlərini belə sevir, onu itirməkdən elə qorxur ki, ...
    Götürək Şəhriyarın şirin Türk dilini, yaxud farsın dilini- məgər eyni dildir, din birdir, dil isə  Mən Türkəm, o fars...iran

Azərbaycan bizim məmləkətimiz, dilimiz Azərbaycan türkcəsidir. Burda təəccüblü heç nə yoxdur, əhalisinin sayı 93 %- dən çoxu türk millətinə mənsub olan bir ölkədə, digər 6%- dən bir qədər çox etnik qruplar- müxtəlif xalqlar yaşıyırsa, kənarda təmsil olunan zaman azərbaycanlı demək mümkün, ama əgər digər bir xalq öz milli kimliyini ucadan səsləndirirsə və sən Türkəm deyəndə ağızlar nədən əyilir... Azərbaycanda yaşayan bütün insanların hüquqları qanun və konstitutsiya ilə qorunursa, qoy türk milli kimliyi də qorunsun. Tarixin hansı qatını açsan, qaldırsan, tarix ancaq türk dili ilə danışacaq. Bu heç bir izahata- sübuta ehtiyacı olmayan aksiomadır. Əgər dil – Azərbaycan dili deyiriksə bir qədər dəqiqləşdirsək gözəl olmazmı ? Azərbaycan türkcəsi- əslində dilimiz türk dillər qrupunun ən mükəmməli, ən gözəli və ən çox da inkişaf edənidir. Yəni dövlətimizin, torpağımızın adı ilə yerləşdiyimiz məkanın adıdır Azərbaycan. Və Azərbaycan türkcəsi ilə, yaxud  Azərbaycan dili də adlanması mümkündür. Deməli, Azərbaycan dövlətimizin adı, yəni yerləşdiyi coğrafi məkan, Türk millətimiz, dinimiz – İslam. Yəni “AZƏRBAYCAN SƏCDƏGAHIMIZ, TÜRKÇÜLÜK İSƏ TACIMIZDIR”- İsmayıl Əliyev, Ulu Göyçənin Aydınlarından.


 Və Azərbaycan adlı müstəqil dövlətdə yaşayan bütün millətlər dinindən, irqindən, kimliyindən asılı olmayaraq  vəhdət halında Azərbaycanlı adlanır. Yəni bütün millətlərin məcmuu. Belə demək mümkünsə, əhalinin çoxunu təşkil edən türklər digər etnik qruplarla birgə Azərbaycanlı adlanır. Təbii Azərbaycanda bütün millətlərin kimliyi qanunla qorunur, o cümlədən biz türklərin də .
 XVIII və XIX əsr rus tarixi məxəzlərində dilimiz bir çox hallarda tatar- türk dili kimi təqdim olunsa da, hətta XIX- cu əsrdə böyük rus şairi M. Y. Lermontov öz əsərlərində Qafqazı tərənnüm edərkən qeyd edirdi ki, tatar (türk ) dili ilə nəinki Qafqazı, hətta bütün Şərqi gəzib dolaşmaq mümkündür. XIX- əsr mənbələrində Qafqazın, o cümlədən İrəvan quberniyası və ətraf mahalların əhalisinin siyahıya alınmasına əsasən  rus tədqiqatçısı Şopen bu ərazidə yaşayan əhalinin tatar – yəni türk olduqlarını qeyd edir. Sözsüz ki, dil türkün təmiz Ana türkcəsidir.


  Qeyd edəcəyim önəmli bir amil isə Ana türkcəmizin mükəmməl, kamil halında bu günə gəlməyində XIX əsr Azərbaycan maarifçi ziyalılarının  böyük rolu olmuşdur. İsmayıl Bəy Qaspıralı, Yusif Akçura, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağayev,  türk dilinin arınıb təmizlənməsində danılmaz rolu olan Ziya Göyalp və s. bu böyük Vətən fədailərini türk millətini- türk  dilini qorumaq, gələcəyə ötürmək uğunda əzablı və uzun mübarizələri olub. Ortaq türk dili ideyası Krımdan İsmayıl Bəy Qaspıralının yaratdığı “Tərcüman” qəzetinin “Dildə, fikirdə, işdə birlik”loqosu ortaq yazı, qadınlara azadlıq, tədris- təhsil üçün xeyriyyə cəmiyyəti yaratmaq – və İsmayıl Bəy həyatının 25 ilini ortaq türk dilinin intişarına, təşəkkülünə sərf etmişdir. O türk qövmlərini ruslaşdırmanın qarşısını almaq, ortaq türk dilinin yaradılması yolunda yorulmadan mübarızə apardı. Təbii İsmayıl Bəyin hədəfi ortaq Türk dilinin yaradılmsı idi : “Millətimizin əsəri olan dilimiz ədəbi dil olaraq işlənməmiş isə də , təhsilə və qaydalara uyğun gələ biləcək bir dildir”. 


   İ. B. Qaspıralı kimi millət fədailərinə ən gözəl qiyməti verənlərdən biri də Tatar xalqının qeyrətli oğlu R. Fəxrəddinə görə “Türk dilinin birinci islahatçısı Əlişir Nəvai isə , ikincisi isə heç şübhəsiz İ. B. Qaspıralı olmuşdur”. Şübhəsiz Azərbaycan türkcəsinin də mükəmməl halına gəlməsində bunlarla yanaşı, məs.  Aşıq Ələsgər yaradıcılığı, koloritli , özünəməxsus dil qanunlarına uyğunluq insanı heyran edir, türk dilinin şirinliyi Şəhriyarın “Heydəbabaya Salam”ı, bu axıcı, şirin, qəlb- könül oxşayan dil bizim doğma türk dilimizdir, bu bizim dilimizdir. Əlbət ki, dilimizin ədəbi cəhətdən formalaşmasında M. F. Axundovdan tutmuş M.Cəlil, M. Ə. Sabir,Ö. F.  Nemanzadə, H. Cavid, Ə. Cavad, C. Xəndan, R. Rza, Afat Qurbanov, F. Qasımzadə, və s dilin - Azərbaycan türkcəsinin ən mükəmməli məhz bu zamanlara düşür. Sovetlərin süqutundan sonra bu mükəmməl ədəbi dili zamanın tələbi ilə qəlibdən çıxarmaq , onu daha sərbəstləşdirmək gözəl fikir olsa da, bu qəlibdən çıxarılma bir sıra insanlara etikadan çıxma, necə gəldi cızma- qara etmək demək deyildir. 
  Tez- tez rastlaşdığımız ən mənfur hal azərbaycanlı ifadəsidir. Qeyd etmək lazım ki, əhalinin 93%- dən çoxunu təşkil edən təmiz türk köklü əhali olduğu halda, yerdə qalan 6%- dən bir qədər çoxu digər etnik xalqlar- qruplar olduğu halda, nədənsə “mən türkəm “ deyəndə çoxlarının ağzı əyilir. Nədən belə qorxulur bu Türk adından ?!. Yox, azərbaycanlıyıq deyə fiğan qoparırlar. Və yeri gəldikdə isə öz milliyyətlərini bəyan edib fəxr edirəm deyirlər. Bu da aşkar türk millətinə- kökünə daha bir düşmənçilik nümunəsi deyək, mənimlə razılaşarsınız çox yəqin. Azərbaycanlı adında millət yoxdur, bu sadəcə Azərbaycanda yaşayan millətlərin birgə adıdır, topluluğudur. Özlüyündə isə hər bir millət öz adı ilə tanınır. Bu kökdən gələn bir dərya ki, səni- məni Türk deyə danışdırır. Talış heç bir zaman türk ola bilməz, ama Azərbaycanlı ola bilər, digər etnik qruplar da elə. Kimsə qəbul etsin, ya etməsin, Azərbaycançılıq ideyası Azərbaycanda yaşayan bütün xalqların birliyi deməkdir. Nədir Azərbaycançılıq – talış, kürd, tat və s bunların qarışığı, sintezi. Yanılmıramsa, burda türk yoxdur, bumu Azərbaycançılıq ? Bəs çoxluq təşkil edən Türklər harada...Heç gördünüzmü iran dövləti- molla rejimi özünü iranlı adlandırsın, fars- parslardan ibarət millətəm deyir. Azərbaycana aid olanda daşlar tökülür sanki... Böyük Azərbaycan yazıçı- dramaturqu, publisist, MollaNəsirəddinçi Mirzə Çəlilin “Azərbaycan”məqaləsində “Hardan başlanır Vətən - Azərbaycan” məqaləsində qeyd edir, dilim nə dilidir?- Türk dili, Anam mənə hansı dildə layla çaldı- təmiz Azərbaycan türkcəsində... 
  Azərbaycanlı adında millət yoxdur, Azərbaycan türkü var və onun dilinin adı Türk dilidir, yaxud Azərbaycan türkcəsidir və Azərbaycan dili də adlanır. Bu dildə danışırsan, ancaq adını deyəndə nə  üçünsə  susursan...Çünki, Türkün şanlı tarixindən, milyon illərə işləmiş kökündən- kötüyündən, mədəniyyətindən, türkün fəlsəfi adından- Tanrıdan gələn ruhundan- göylərdən gəldiyinə olan inamdan,  şərəfindən, çoxlarına müyəssər olmayan Uca könlündən və ondan da Uca olan Vətən sevgisindən qorxursan. Və kimin sevib- sevməməsi önəmli deyil, hər bir millət öz şanlı adının şərəfli daşıyıcısıdır,  paxılın və paxıllığın yaşı dünyanın yaşı qədərdir... nə etməli ! 


 Azərbaycan dili – türk dili fikrinə Ulu Öndərimiz Heydər bəy də öz münasibətini bildirmişdir, nə üçün Türk dili deyil, Azərbaycan dili deyə Cənubi Azərbaycanın böyük söz ustadı Cavad Heyət Ondan soruşmuşdur. Təbii Heydər Əliyevin cavabı çox dərindir və bu bir Türk Ulusunun başçısının ən layiqli cavabı idi, özü də təvazökarliqdan doğan cavab- bütün millətlərin birliyi nəzərə alınmışdır. Və çox keçmədən bu gün dillər əzbəri olan “Bir Millət, İki Dövlət” şüarı yaranmışdır. Göründüyü kimi Böyük Heydər bəy də millətin türk adının olduğunu bildirmiş, lakin ümüm birliyi nəzərə almışdır. Və “Bir Millət, İki Dövlət” şüarının özü bu millətlərin eyni kökə, eyni dilə, eyni soya malik olduğu aşkardır. Və nə gözəl bu yolu bu günlər Müdrik Prezidentimiz- Əbədi Prezidentimiz İlham Heydər oğlu davam etdirir, “BİZİM AİLƏMİZ TÜRK DÜNYASIDIR “, “SOY-KÖKDƏN BİR OLAN XALQLARIQ, BUNDAN GÜCLÜ BİRLİK OLA BİLMƏZ”. 


 Təkcə türk əsil- nəcabəti deyil, həmçinin türk dilinin yüksək fəziləti də hər zaman istinad mənbəyi olmuş və bir çox dahi mütəfəkkirlərin də müraciət mənbəyi olmuşdur : “Türk dili Azərbaycanın dövlət dili elan olunub və o bu dilin hüquq və üstünlüklərindən bütünlüklə yararlanmalıdır. Heç kəs onu aradan götürə bilməz, bunu bacarmaz. Azərbaycan bildiyimiz siyasi, iqtisadi mülahizələrə uyğun olaraq özünün torpaqlarından, təbii sərvətlərindən keçə bilər, amma doğma dilindən keçə bilməz. Və o, heç kimin bu dili gözdən salmağına yol verməyəcək “- N. Nərimanov.
“Bir Millət, İki dövlət- İstanbul görüşlərindən” Heydər Əliyev.
 Böyük Türküstan qurucusu Əmir Teymur öz dövlətini səciyyələndirərək deyirdi : Bir Mülki- Turan, Əmiri Türküstan, türk oğlu, türk, millətlərin ən qədimi və ən ulusu Türkün Başbuğuyuz “
 Əlbəttə belə görkəmli şəxsiyyətlərin türk dilinə, millətinə verdikləri dəyər və qiyməti tarixdən çox misal göstərmək olar. Millətimiz Türk millətidir, dilimiz türk dili və millətimiz nə qədər ulusa, dilimiz də onun şərəfli təmsilçisidir. Dilimiz ziyalı dilidir- ədəbi dildir, şair- yazar dilidir, natiq- oratorlıq yaraşan bir dilidir, musiqi dilidir- söz- saz dilidir. Bineyi qədimdən folklorla zənginləşmiş, sazı dizdən sinəyə - Tanrıya doğu qaldırmış bir millətin dilidir dilimiz. Dədəm Qorquddan o yana başlamış, Ozan Heydər , Ozan Cəlil, Mövlanə Rumi, Qaracaoğlan, Miskin Abdal, Dədə Ələsgər, Nəsimi, Füzuli dilidir dilimiz. Nazım Hikmət də bu dildə yazdı, Rəsul Rza da. B. Vahabzadə, X. Rza, M. Araz yanğısıdır dilimiz, bu dillə öyrəndik Azadlıq nəğmələrini, bu dillə düşmənə ölüm dedik, bu dillə son nəfəs verdi Vətən ŞƏHİDLƏRİMİZ ! Bu dildə yazdı, yaratdı Məmməd Arza adlı Ustadımız- Azərbaycan adlı Od Ölkəsinin böyük yanğısı, Onun Vətən sevdasından qaynaqlandı bu Azadlıq uğruna çırpınışımız... Bu dildə yaradır bu gün Rüstəm Behrudi adlı inanc yerimiz, Böyük Türkümüz. 
 Elə bu dildə də yazdı  İsmayıl Əliyev adlı Ulu Göyçənin  fədai Oğlu “AZƏRBAYCAN SƏCDƏGAHIMIZ, TÜRKÇÜLÜK İSƏ TACIMIZDIR “ dedi.


  Bir məsələni də qeyd etməmək olmaz, bəziləri Azərbaycan türklərini  ayrı bir millət kimi qələmə verməyə fürsət axtarırlar. Bəhanə isə bu ki, Azərbaycan türkünün dili ilə Anadolu türkünün dili arasında guya çoxlu fərq var, bu əlbəttə belə deyil. Olan fərqlər şivə, dialekt fərqləridir ki, bu olmalıdır. Dilimizdə olan dialekt və şivələr nə qədər çox və rəngarəng olsa, dilimiz də bir o qədər zəngin olar:


     Türkin dili tək nazlı dil olmaz,
     Qatsan onu başqa dillərə, 
     Bu əsil dil, əsil olmaz        

                S.M. H. Şəhriyar


 Və nəzərə alaq ki, Azərbaycan türkünün dili ilə Anadolu türkünün dili Oğuz qrupunun tərkibinə daxil olduğundan bu dillərin fonetik , leksik, qrammatik normaları bir- birinə çox yaxındır və belə olan halda bu dillər arasında tərcümə sadəcə təəccüb və təəssüf doğurur. Elə bu yerdə Ulu Sabirin ruhuna hörmətlə Onu xatırlamadan keçmək mümkün deyil : 


   Osmanlıcadan tərcümə, türkə - bunu bilməm...
   Gerçək yazıyor gəncəli, yainki hənəkdir,
   Mümkün iki dil bir- birinə tərcümə...amma
  “ Osmanlıcadan tərcümə türkə”- nə deməkdir ?!.


Türk dilindən türk dilinə tərcümə deyilən bir məfhum yoxdur, olsa olsa bu saxta “ziyalı” təxribatıdır, türkün qüdrətindən, böyüklüyündən qorxan, həsəd aparanlardır. 
 Daha bir incə məsələyə toxunmaq lazım gəlir, bu dili- dilimizi qəlibdən çıxarınca, əgər belə olmasaydı , şəxsən bu günlər bir çox yeni ruhlu yazarlar  ürəklərə belə  yaxın gəlməzdi, şablon – quru cümlələrdən ibarət olardı. Ancaq yenə də bu o demək deyil ki, dilin qrammatik qanunlarına riayət edilməməli, necə gəldi eləcə də yaz, loru dildə, şivə ilə, səhv, əyri- üyrü cümlələr... Ziyalı- maarifçilərin belə yazmağa ixtiyarı yoxdur.


Tarix geri gəlsə ancaq və ansaq türkcə konuşar. Və türklər torpaq vermirlər, özlərinə məxsus olanı alırlar. Türklük bizim qədərimizdir. Orta əsr sufi Türk filosofu Ə. Yasəvinin təbirincə desək “Din seçimdir, Türklük isə qədərdir”.
                                                                                                         
P. S.  

Vətən nə Türkiyədir türklərə, nə də Türküstan.

Vətən böyük və müəbbət bir ölkədir- Turan !


   MƏLAHƏT İSMAYILQIZI,                                                
   Tədqiqatçı, publisist,  yazar

Digər xəbərlər