ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır
İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir. 1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...
DÜNYA ƏDƏBİYYATDAN

16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
Uqandada Qənirə Paşayevanın xatirəsinə su quyusu açılıb

GÜNDƏM
31.10.2023, 15:04 Oxunub: 1065
Uqandada ötən ay dünyasını dəyişən Milli Məclisin deputatı Qənirə Paşayevanın xatirəsinə yeni su quyusunun açılışı olub.
AZƏRTAC Anadolu Agentliyinə istinadla xəbər verir ki, təşəbbüs Türkiyənin Afrika Dostları Dərnəyi (TADD) tərəfindən həyata keçirilib.
Quyu Cinja şəhəri yaxınlığındakı Navatumbi kəndində fəaliyyət göstərəcək.
Təmiz içməli su mənbəyinin açılış mərasimində TADD könüllüləri və yerli sakinlər iştirak ediblər.
Afrika Dostları Dərnəyi də kənddəki imkansız ailələrə qurbanlıq ət və süd keçiləri paylayıb.
TADD-nin rəhbəri Bilgehan Güntekin Anadolu Agentliyinin müxbiri ilə söhbətində bildirib ki, dərnək Türkiyə ilə Afrika ölkələri arasında təhsil, səhiyyə və iqtisadiyyat sahələrində əməkdaşlığı genişləndirmək, humanitar yardım göstərmək məqsədi ilə təxminən 10 il əvvəl yaradılıb.
Onun sözlərinə görə, təşkilatın səyləri ilə Afrikada bu günə qədər 600-ə yaxın su quyusu açılıb ki, onların da 300-dən çoxu Uqandadır.

Digər xəbərlər


