usd-1.7000 eur-1.8246 rub-0.0185
Bakı 16°C 4.99 m/s
Son xəbərlər
03-05-2024
01-05-2024
30-04-2024
29-04-2024

ŞƏHİDLƏR -Qazilər

Burdan bir atlı keçdi...

Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

YARIM   NƏĞMƏ... İÇİNDƏ XARLANMIŞ BİR ATƏŞ VAR DÜNYA...- Məlahət İsmayılqızı 

details

ƏDƏBİYYAT

10.03.2024, 21:39 Oxunub: 986

    YARIM   NƏĞMƏ... İÇİNDƏ XARLANMIŞ BİR ATƏŞ VAR DÜNYA...
  
        
Çıxıb getməyə qurulub, Onsuz da bütün Saatlar – R. Behrudi


   ÜÇ DAĞ,  bəzənsə yeddi  dağ zirvəsinə  baxan Ucalıqlarda doğulan insan Uca olur. Qoca Dağdan Gökcə dəngizə baxılan zirvə, lakin  “Ucalıqlardan dünyaya baxan İnsan Xoşbəxt olurmu”... 
                                    İcalıqlardan dünyaya baxdım,
                                        Qoca Dağdan dünyaya baxdım...
                                  Lakin heş xoşbəxt olmadım... 
 Yarım nəğmə, bu deyəsən axı “Elə İnsanın öz yarımıdır, yarımayan, ondan oğurlanan  nəğməsi”dir, özü də həyatımız  kimi yarımçıq və kədərli, xoşbəxtliklə kədərin qarışığı... Nədən hər şeyi bol- bol verdin Tanrı, sevgini də, sevinci də, dərdi- ələmi də... gözəlliyi də,  Axı nədən...
                                        “Mən dərdi çəkə bilmirəm, Allah,
                                                    Apar çəkənə ver... 
                                          Allah,  dərdin də gözəli olurmuş...
                                                 Laçını- Tərlanı olurmuş...
                                          Göyçə dərdi nə gözəl dərd,
                                                 Bu dərd hünər istər...
                                          Bu dərd qeyrət istər, 
                                               Bu dərd dərdlərin ən gözəli,
                                         Dərdin də göy gözü varmış...
                                            Göyçəsi varmış...Gözəli varmış, 
                                             Dərdin də Ana ətri, 
                                                   Ata həsrəti varmış...
                                         Bacı, Vətən nisgili varmış,
                                            Sizlərdən gələn dərd də gözəl, 
                                                      Həsrət də gözəl...
                                         Gözəl olanın Gözəli Gözəl...
                                            Dərdi Gözəl, ələmi Gözəl...
                                         Səndən gələn dərdlər də gözəl
                                             Vətən adlı Gözəlliyin...
                                        Vətən adlı Dərdi Gözəl...
  Bu yarım nəğmələr insan  taleyinə bir məchulluq gətirmirmi... yazılır nədən, bu qədər sınaqmı olar...
      niyə bunlara bənzəmədik  axı... Semiçka çırtlayan,  harda olmasından asılı olmayaraq dondurma yeyən, saqqız çeynəyən bir sürü balaları ilə avtobusa çıxan, telefon qulaqlarında, uşaqların hərəsi bir yanda, sürü halında ad günləri keçirən, tort kəsən, qeybət qıran, üz- gözləri çəkmə qaşları, göyəbaxan çirkin burunlar, hələ ağızlar... deyə də bilmirsən nəyə oxşayırlar, mənəvi siması çoxdan ölən, nə vasitə ilə olursa olsun kəmsavad övladlarını ali təhsilə salmaq,  oxutmaq və bu bivecləri hər vasitə ilə millətə sırımaq  və s...
  Nə demək bu... yarım olmaqmı, könlü sınıqmı, ürəyi param- parçamı... bir qarışqanı belə incitməyə qadir olmayan insan... ama bu nəğmənin sonu yazılmalıdır, bu nəğmə tamamlanmalıdır, özü də ilahi tərəfindən yazılmalıdır. Xoşbəxt sonluqlarla bitən nağıllar kimi, xoşbəxt ailələr kimi. Və bu nəğmənin sözlərini İlahidən səslənəcək ürəklərdə. Və səslənməlidir. Çünki, edilən - bütün işlər İnsanlıq naminə və Vətən sevgisi naminədir, Tanrı Səni  mükafatlandırmalıdır. 
                                               Bu da payız, bu da Mən...
                                                        Soyuq hava, hüzn- qəm...
                                               Pəncərəmi döyən küləklər, 
                                                      Ruhumda Göyçə adlı həsrət...
                                                 Ruhuma damlayan Vətən adlı yağış ...
                                                       Ana adlı, Ata adlı qüssə,
                                                                           Şəfəq adlı  qəm !
 Bir gün açılacaq çiçəklər də var, bir gün ömür sürəcək kəpənəklər də, lakin bu da ömür, şərəfli yaşayan İnsan  üçün. Məntiq və fəlsəfəyə əsaslansaq indi bunlar maliyyə nöqteyi- nəzərindən öyrənilir, nə qədər pul- para qazanacağam, qardaşından nə qədər oğurlaya bilərəm, dövlətdən, cəmiyyətdən necə çırpışdırılmalı,  kimlərəsə badalaq atmalı- axı pul- para qazanırsan...
... kimin nə düşünəcəyi, necə qazanacağı heç önəmli deyil mənim üçün, çünki Mənim Vətən Göyçə adlı acım var, heç nəylə ovunmayacaq, ovuna bilməyəcək bir ağrımı- göynərtimi yoxsa...
                                                  Yağıya qismət olan Vətən...
                                                  Gülünü- çiçəyini kimlər dərdi Vətən,
                                                   Nə deyim...
                                                        Həsrətimmisən, kədərimmisən ?!.
                                                 Yoxsa, yollara dikilən yaşlı gözlərim...
                                                        Əbədi Sevdammısan Vətən!
 Bilmirəm hardan düşdü yadıma, “şair şair olmur ki, onu bəzən xalq, bəzənsə hətta kütlə şair edir “, ama maraqlı məntiqdir, və həqiqətdir. 
 Xoşbəxt Kəpənək və yarımçıq nəğmə- lap elə Ovod kimi...kəpənək nə qədər yaşayır- ömür sürür, lakin təmizlik və gözəllik ömrü sürür, gülə- çiçəyə qonur, görən Kəpənəklər nəğmə oxuyurmu, bəs bu zərif incə məxluqatın- canlının səsini eşidən olubmu...Əlbəttə Kəpənəklərin asta, zərif səsləri olur...özləri kimi də səsləri zərifdir. Bəzən İri Kəpənəklər olur, elələrini yəqin çox görmüsünüz, deyilənə görə bu gözəl Kəpənəklər sənə yaxınlarının yaxın gələn Ruhudur, bəlkə də. 
 Qarğalar sürü ilə, Qurdlar yalquzaq olur- R. Behrudi. Onunüçün də tənhasan... bu da daha bir yarım nəğmə. Niyə sualını vermədən cavablarını vermək, hünər də budur.  
     Məni ötürməyə yalnızlığım gəlsin... xırda adamların böyük kölgələri əmələ gələndə GÜNƏŞ batır...  kütləyə qoşulanlardan olma,  öz yolu ilə getmək bilirsinizmi necə ağırdır, çünki, Sən bir atəşsən, ancaq ki, yalnız özünü yandırırsan.
 Bir əfsan mühitdə, əfsanə İnsanlar arasında  əfsanə kimi də böyümək...Göyçə idi buralar. Dindən, cahilliyyətdən, avamlıqdan, fanatlardan uzaq bir Azadlıq ruhundan qida alan Türk Ulusu! Bizim qədərimizdi Türklük. 
 Lakin unutmadım ki, “Yağış dəniz və qayalıqlara yağır”...balaca yarımçıqlar yenə də içki məclisləri qurur, tostlar deyir, özlərinin dahi və düha olduqlarına onları inandırıblar axı. M. Araz deməli, bax elə bu yerlərdə sən olmadın Vətən !
  Çünki, bir zamanlar “Çamurlarda yapılmış evlərdə altun qəlbli, uca könüllü İnsanlar yaşardı. İndisi isə qızıldan yapılmış evlərdə çamur qəlbli, cılışlar yaşayır “... məncə bütün cavablar burdan doğur.
 Lakin, yenə də ümid sonda ölür axı, inanaq, inanaq...
                                             Ən gözəl dəniz hənuz keçilməmiş olanıdır !
                                            Və Sənə söyləmək istədiyim ən gözəl söz...
                                            Hənuz söyləməmiş olduqlarımdır- N. Hikmət. 
Döyülən qapılar, bir gün açılar, özü də Göyçə adı ilə. 
                                               Bu qapını döyən nə çox...
                                                 Bəxtin yatmış yoxsa, yox !
                                                Nə Atam döyəcək, nə Anam döyəcək... 
                                                 Lakin, bu qapı bir gün ... Göyçə adı ilə
                                                                       Döyüləcək !
Göyçə adı ilə döyülən qapı bir gün Göyçə adı ilə də  açılacaq. Və bu Vətən bir atəş olub bizləri yandırmaqdadır hələki. 
                                                                         
 MƏLAHƏT İSMAYILQIZI  

tədqiqatçı -publisist, yazar       
                             

 

Digər xəbərlər