ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır
İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir. 1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...
DÜNYA ƏDƏBİYYATDAN

16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
Akif Əlizadə: "İnsan bütün ömrü boyu yaratmalıdır. Çünki dünyada qalan yaradandır"

CƏMİYYƏT
24.02.2024, 10:37 Oxunub: 10910ETN Geologiya və Geofizika İnstitutunun direktoru, əməkdar elm xadimi, Azərbaycan Dövlət Mükafatı laureatı, “Şöhrət”, “Şərəf” və “İstiqlal” ordenli akademik Akif Əlizadənin fevralın 25-də 90 yaşı tamam olur. 1001info.az görkəmli elm xadimi ilə müsahibəni təqdim edir.
Kəmalə Mirzəyeva: -Akif müəllim, 25 fevral Sizin özəl gününüzdür. 90 yaşınız tamam olur. Çox şadam ki, belə bir gün ərəfəsində bizə də zaman ayırdınız… 90 yaş ömrün hansı çağıdır ?
Akif Əlizadə: -Əlbəttə, bu, az yaş deyil, demək olar ki, insanın püxtələşən dövrüdür. İnsan 9 onillik ki, yaşayırsa, yəni Allah bunu ona qismət eləyir. Bu, özü-özlüyündə, böyük xoşbəxtlikdir. Xoşbəxtəm ki, bu 9 onillikdə, belə demək mümkünsə, təhsil və elm daima məni müşayiət edib. Mən, demək olar ki, tələbəlikdən elmlə məşğulam. 3-cü kursda 1-ci elmi məruzəmi hazırladım. Onda - 1954-cü ildə mənim cəmi 20 yaşım vardı. Elə o vaxt adımı respublika üzrə gənc bir alim kimi tələbələrin konfransına yazdıra bildim. O konfransın sədri çox hörmət bəslədiyim , Milli Elmər Akademiyasını yaradanlardan, təsisçilərindən biri olan akademik Yusif Məmmədəliyev idi. Mənə 3-cü yer həvalə olundu, bürünc medal verdilər. Demək istəyirəm ki, bu 90 ilin 70-i tamamilə elmə bağlı olub. Hesab edirəm ki, həyatda seçdiyim bu yol həm mənəvi baxımdan, həm insanın öz daxili aləmini üzə çıxarmaq baxımından mənə zövq almağa , yaşamağa, həyatı sevməyə çox imkanlar yaradıb. Bax budur mənim seçdiyim yol həyatda...
Kəmalə Mirzəyeva: - Sizin üçün zaman anlayışı... Hansı yaşdan zamanın dəyərini daha çox hiss etməyə başladınız ?..
Akif Əlizadə: - Sizə açıq deyim, mən özümü öymürəm, zamanı, yaşı indi də hiss etmirəm. Mən hər səhər tezdən oyananda yoldaşım deyir ki, yorulmamısan işə getməkdən?.. Deyirəm, yox, məni gözləyirlər orda. Harda ki, Səni gözləyirlər, harda ki, sən kiməsə lazımsan, o, böyük xoşbəxtlikdir, böyük bir səadətdir. Sən kiməsə lazımsan, cəmiyyətə lazımsan, insanlara lazımsan...Mən çox şadam ki, işə gəlib kiməsə kömək edirəm, kiməsə əl tuturam, gənclərə dəstək oluram. Onlar mənə hətta telefonla 1 kəlmə “sağ olun” deyirlərsə, təşəkkür edirlərsə, bu, mənə böyük bir sevinc bəxş edir. Bunlar məni yaşadır. Sualınıza cavab olaraq bir daha deyirəm: bu mənada zamanı hiss etmirəm. Mən 20, 30 yaşında da işə gəlirdim, indi də gəlirəm. 35 yaşımdan bu institutda rəhbər vəzifədə işləməyə başlamışam. Bu, mənim üçün ağır idi, çətin idi, çünki Akademiyamızın ən nəhəng institutlarından birinə rəhbərlik edirdim. Mən onda da “uf” demədim. Bilirdim ki, işləmək lazımdır. Həmkarlarımla, yanımda olanlarla əl-ələ verib işlədim.
Kəmalə Mirzəyeva: - Akif müəllim, neçə müharibə həyatınızdan keçib, iz buraxıb ?
Akif Əlizadə: -1941-45-ci illər müharibəsi yaxşı yadımdadır... Düzdü, onda uşaq idim, 10 yaşım var idi, çox çətin dövr idi. 1941-1951-ci ilər məktəb illərimdi ki, onun da 5 ili müharibə dövrünə düşdü. Bununla belə biz yalnız və yalnız təhsil almaq haqında düşünürdük, mütaliə edirdik. Siz təsəvvür edin, indiki gənclər təsəvvür edə bilməz, tədris kitablarını tapa bilmirdik, nə məktəb verirdi, nə də kitabxanada vardı. “Kubinka”da alverçilər köhnə kitablar satırdılar, 3 rubl, 5 rubl verib alırdıq. Belə çətinliklə oxuduq. Bununla belə mən məktəbi gümüş medalla bitirdim. Bu, mənə imkan verdi ki, SSRİ-nin istənilən bir guşəsində universitetə imtahansız daxil ola bilim. İnsanın gərək bir devizi ola: oxumaq və həyatı düzgün qavramaq...
1980--ci illərin sonlarından Qarabağda müharibə başlayanda, inanın ki, bizim institutda böyük əksəriyyət Vətəni qorumaq üçün cəbhəyə, döyüşə getməyə hazır idi. Hamının ürəyində vətənpərvərlik hissləri alovlanırdı. Mən bunun şahidi oldum. Sağ olsun Cənab Prezident, Ali Baş Komandan... Strateji baxımdan hər şeyi o qədər düzgün qurdu ki, biz qalib gəldik, torpaqlarımıza qayıtdıq. Çox xoşbəxtəm ki, mənim Vətənim, mənim xalqım belə bir zirvəyə ucaldı.Bundan sonra çətin ki, kimsə bizə bata bilsin. Ulu Öndərin dediyi kimi: Azərbaycan hər zaman dünyaya günəş kimi doğacaq.