usd-1.7000 eur-1.9952 rub-2.0763
Bakı 16°C 3.37 m/s
Son xəbərlər
30-09-2025
29-09-2025
23-09-2025
22-09-2025
19-09-2025

ŞƏHİDLƏR -Qazilər

Burdan bir atlı keçdi...

Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Skuter qəzalarının sayı niyə artıb?

details

CƏMİYYƏT

29.09.2025, 13:55 Oxunub: 490

“Skuterlərlə baş verən qəzaların sayı xeyli artıb. Bunun əsas səbəbi bu vasitələri idarə edən insanların yol hərəkəti qaydalarını kifayət qədər bilməməsidir”.

1001info.az xəbər verir ki, bunu nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov 525.az-a söyləyib. O qeyd edib ki, elektrikli skuterlər üçün xüsusi zolaqlar yaradılıb. Skuter sahibləri bu xüsusi zolaqlardan istifadə etməlidirlər. Bəziləri avtobus, avtomobillər üçün nəzərdə tutulan yollardan istifadə edir. Bu da qəzaların baş verməsinə səbəb olur. Bununla yanaşı skuterin sürətinə nəzarət edilmir, bəziləri onu tam sürətlə idarə edir. Bu da qəzalrın sayını artırı. Məhz buna görə də son dövrlərdə qəzaların sayı artaraq pik həddə çatıb:

“Bununla belə, düşünürəm ki, müəyyən müddətdən sonra qəza halları azalacaq, çünki yol hərəkətinin iştirakçıları skuter və digər elektrikli nəqliyyat vasitələrinə qarşı daha ehtiyatlı davranmağı öyrənəcəklər. Skuter istifadəçiləri elementar qaydalara riayət etməlidirlər. Onlar avtomobil yolunun yalnız sağ zolağında hərəkət etməli, sol və ya orta zolağa çıxmamalıdırlar. Skuterin ön və arxa hissəsində yerləşən işıqlar qanunla müəyyən edilmiş qaydada daim işlək vəziyyətdə saxlanılmalıdır. Skuterdən yalnız bir nəfər istifadə edə bilər, çünki iki nəfərlə hərəkət etmək və ayaqların düzgün yerləşdirilməməsi ciddi təhlükə yaradır”.

Sevinc QARAYEVA

Digər xəbərlər