ŞƏHİDLƏR -Qazilər
Burdan bir atlı keçdi...
Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...
DÜNYA ƏDƏBİYYATDAN
16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
Sara Aşurbəylinin xatirəsi anıldı
MƏDƏNİYYƏT
27.01.2026, 15:24 Oxunub: 110Bu gün tarix elmləri doktoru, Dövlət mükafatı laureatı, “Şöhrət” ordenli, Əməkdar elm xadimi Sara Aşurbəylinin anadan olmasının 120 illiyi tamam olur.
Bu münasibətlə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında görkəmli alimin mənalı həyat yolu və zəngin elmi fəaliyyətindən bəhs edən “Vətən tarixinin görkəmli tədqiqatçısı” adlı biblioqrafik icmal və virtual kitab sərgisi hazırlanıb.
1001info.az Kulis.az-a istinadən xəbər verir ki, biblioqrafik icmalda görkəmli şəxslərin Sara Aşurbəyli haqqında söylədikləri dəyərli fikirlər, həyat və yaradıcılığı haqqında məlumat, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyevin “Sara Aşurbəylinin rənglər dünyası”, tarix elmləri doktoru, professor Kərim Şükürovun “Dünya qadın tarixçiliyi: şəxsiyyət və əfsanə”, Lalə Azərinin “Milli tarixi yaddaşa işıq salan alim” adlı məqalələrin tam mətni təqdim edilir.
Kitabxananın rəsmi saytında yerləşdirilən https://www.ryl.az/funds/biblioqrafik-icmal vəsaitdə Sara Aşurbəylinin müəllifi olduğu və onun haqqında qələmə alınan kitabların biblioqrafik təsviri, qısa annotasiyası və dövri mətbuat məqalələrinin siyahısı yer alır.
Virtual kitab sərgisində “Şirvanşahlar dövləti”, “Bakı şəhərinin tarixi”, “Bakı şəhərinin ensiklopediyası” kimi Azərbaycan və rus dillərində nəşr edilən kitabların və “Sara Aşurbəyli Azərbaycanın və Bakının tarixinin ümummilli səviyyədə tədqiqinə misilsiz töhfələr verib”, “Sara Aşurbəylinin rənglər dünyası”, “Zadəgan təmkini - Sara Aşurbəyli” kimi məqalələrin tam mətni təqdim edilir.
Virtual kitab sərgisi kitabxananın rəsmi saytında https://www.ryl.az/multimedia/sara-asurbeyli-120 yerləşdirilib.
Digər xəbərlər