ŞƏHİDLƏR -Qazilər
Burdan bir atlı keçdi...
Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...
DÜNYA ƏDƏBİYYATDAN
16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
İTV-nin Yayım Şurasına yeni namizədlər - Siyahı
CƏMİYYƏT
19.01.2026, 16:30 Oxunub: 19Milli Məclisin Mədəniyyət komitəsinin yaz sessiyası üzrə ilk iclası keçirilib.
1001info.az xəbər verir ki, iclasın gündəliyində İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlüyünə yeni namizədlərin irəli sürülməsi məsələsi müzakirə edilib.
Beləliklə, 2025-ci ildə keçirilmiş iclaslar nəticəsində İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasına namizədlər müəyyənləşib.
Bununla da İdman federasiyaları tərəfindən Azərbaycan Cüdo Federasiyasının İcraçı vitse-prezidenti Rəşad Rəsullu, Şahmat üzrə qadınlar yığma komandasının kapitanı İlahə Qədimova, dini konfessiyalar tərəfindən Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini Salman Musayev, Qafqaz Müsəlmanları İdarəsinin Aparat rəhbəri Simran Həsənov, yaradıcılıq təşkilatları tərəfindən Bəstəkarlar İttifaqının İdarə heyətinin üzvü Həcərxanım Babayeva və Azərbaycan Milli Konservatoriyasının dosenti Aytən Babayevanın namizədliyi irəli sürülüb.
Yeni Şura üzvləri sırasında Boks Federasiyasının İcraiyyə Komitəsinin üzvü Yusif Babanlının, Bəstəkarlar İttifaqının katibi Zemfira Qafarovanın adları yer almayıb.
Digər xəbərlər