usd-1.7000 eur-1.8246 rub-0.0185
Bakı 17°C 12.48 m/s
Son xəbərlər
01-05-2024
30-04-2024
29-04-2024

ŞƏHİDLƏR -Qazilər

Burdan bir atlı keçdi...

Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Dayanma-durma ilə bağlı cəzalar sərtləşdirilir

details

CƏMİYYƏT

11.03.2024, 10:50 Oxunub: 954

“Qayda pozuntuları, dayanma-durma ilə bağlı cəzaların sərtləşdirilməsi nəzərdə tutulur”. 


1001info.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib.  
O bildirib ki, bir çox hallarda şəhərimizdə müşahidə olunan problemlər qayda pozuntularının özündən qaynaqlanan məsələlərdir: “Burada nəinki sürücülər, eyni zamanda piyadalar tərəfindən qayda pozuntuları böyük problemlərin yaranmasına səbəb olur. Qarşıdakı dövrdə bəzi müəyyən tələblərin sərtləşdirilməsi ilə yanaşı, taksilərə, yük avtomobillərinə qarşı tələblərin müəyyənləşdirilməsi ilə bağlı sənədlər də artıq hazırdır, Nazirlər Kabinetinə təqdim olunub. Güman edirəm ki, yaxın  həftələrdə bu tələblərin tətbiqinə başlayacayıq”.
R.Hümmətov əlavə edib ki, ötən il ərzində nəqliyyat sahəsində problemlərin həlli ilə bağlı qanunvericiliyə dəyişikliklər edilib: “Bunların bir qismi tətbiq olunmaqdadır və bir qisminin də tətbiqi ilə bağlı işlər həyata keçirilir”.   
“Taksilərə dair tələblərin alt normativ aktları hazırdır və ümid edirik, yaxın günlərdə qəbul ediləcək”, - deyə nazir müavini bildirib.

Digər xəbərlər