ŞƏHİDLƏR -Qazilər
İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır
İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir. 1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...
DÜNYA ƏDƏBİYYATDAN
16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
Ən ziyanlı xalq təbabəti vasitələri
SAĞLAMLIQ
22.04.2024, 15:22 Oxunub: 1409Ən ziyanlı xalq təbabəti vasitələri – Tanınmış həkimdən XƏBƏRDARLIQ
Tanınmış rusiyalı həkim, “O samom qlavnom” verlişinin aparıcısı Aleksandr Myasnikov ən faydasız və ziyanlı xalq təbabəti vasitələri haqqında danışıb.
Həkim qeyd edib: “Əslində mən xalq təbabəti vasitələrinin əleydarı deyiləm. Xalq təbabəti əsrlərin təcrübəsidir”.
1001info.az bildirir ki, Myasnikovun sözlərinə görə həqiqətən ziyansız və effektli xalq təbabəti vasitələri ilə yanaşı təhlükəli vasitələr də mövcuddur ki, onlardan uzaq durmaq lazımdır.
Bu vasitələrdən biri soğan və sarımsaq suyundan hazırlanmış “burun damcıları”dır. Bu vasitələrdən zökəm zamanı istifadə olunur. Lakin həkim qeyd edib ki, bu damcıların təsirindən burun axması daha da artacaq, həm də onlar burunun selikli qişasını yandırır. Həkim zökəm zamanı adi duzlu sudan istifadə etməyi tövsiyə edib.
Həkimin fikrinə görə, digər ziyanlı xalq təbabəti vasitəsi kələm şirəsidir. Xalq təbabətində kələm şirəsi bəzən mədə xorası və qastritin müalicəsində istifadə olunur. Lakin həkim xəbərdarlıq edir ki, bu 2 xəstəliyin səbəbi xelikobakter pilori bakteriyasıdır ki, bu bakteriyanı yalnız antibiotiklərin köməyi ilə müalicə etmək mümkündür. Həmçinin kələm şirəsi çətin həzm olunur və köpə səbəb olur.
Xalq təbabəti bağırsaq qurdları zamanı südlü-sarımsaqlı imalələrdən (“klizma”) istifadə etməyi tövsiyə edir. Südə sarımsaq sıxılır və maye düz bağırsağa yeridilir. Həkimin sözlərinə görə, qurdlar tək yoğun bağırsaqda deyil, həzm sisteminin digər hissələrində də yaşayır ki, klizma bu hissələrə təsir etmir. Həmçinin belə klizmalar çox ciddi ishala səbəb ola bilər.
Saglamolun.Az