usd-1.7000 eur-1.9272 rub-2.0463
Bakı 20°C 4.19 m/s
Son xəbərlər
25-04-2025
24-04-2025
23-04-2025
22-04-2025

ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir.  1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Narkomaniya ilə mübarizə: psixoloqların yanaşması

details

SAĞLAMLIQ

25.04.2025, 22:05 Oxunub: 63

Narkomaniya ilə mübarizədə hər bir vətəndaş kimi biz psixoloqları narahat edən məsələlər var. Eyni zamanda, məktəblərdə və fərdi görüşlər zamanı apardığımız söhbətlərdə də bu problemləri dərindən hiss edirik. Psixologiyada belə uşaqlara "çətin tərbiyə olunan uşaqlar" deyilir. Onlarla dərhal söhbət edirik və bu söhbətlər nəticəsində müəyyən nəticələr əldə edirik. Bəzən elə uşaqlar olur ki, uçurumun kənarında dayanırlar, lakin çox vaxt nə valideynləri, nə də məktəbdə müəllimləri bundan xəbərdar olurlar. Uşağın çətin tərbiyə olunan dövründə düşdüyü gərgin mühit onun şəxsiyyətinin formalaşmasında mühüm rol oynayır.

Psixoloq Aytən Ələkbərova 1001info.az saytına verdiyi açıqlamada bildirib ki, bu vəziyyətdə biz çətin durumda olan uşaqları həmin bataqlıqdan çıxarmaq üçün əlimizdən gələni etməyə hazır oluruq. Narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə Daxili İşlər Nazirliyinin rəhbəri Vilayət Eyvazovun səyi nəticəsində müsbət nəticələr əldə olunub. Mütəmadi olaraq Polis Azərbaycan səhifəsində və Elşad Hacıyevin paylaşımında bu cür əməliyyatların nəticələrini görmək mümkündür. Hətta bəzən elə olur ki, uşaqlar özləri evdə məlumat verirlər ki, "bu gün də narkotiklə bağlı saxlanılanlar olub". Onlar soruşurlar ki, "biz bu bəlanın ağuşuna düşməmək üçün nə etməliyik?". Fərdi yanaşmada biz həmin uşaqların ağıl və emosional inkişaf səviyyələrini qiymətləndiririk və onları maarifləndirməyə çalışırıq.

Psixoloq Aytən xanım hesab edir ki, narkotiklə mübarizədə tanınmış müğənnilərin, aktyorların, jurnalistlərin və digər sənət adamlarının rolu böyükdür. Çünki elə uşaqlar var ki, sevdikləri sənət adamlarının narkotikə qurban getdiyini eşidəndə ciddi düşünməyə başlayırlar. Onlar "kaş ki, belə olmazdı" deyirlər və narkotikdən uzaq durmağa çalışırlar. Müxtəlif məktəblərə səfərlərimiz zamanı maraqlı məqamlar müşahidə edirik. Məsələn, bir məktəbdə uşaqlarla söhbət edərkən onların fərqli baxışlara sahib olduqlarını gördük. Biri meyxanaçı olmaq istəyirdi, digəri isə "vorzakon" olmaq arzusunda idi. Ancaq başqa bir uşaq narkotikdən istifadə edənləri dinlədikdə, "niyə özünüzü bədbəxt etdiniz, niyə bu dünyadan getdiniz?" sualını verirdi. Bu cür fərqli düşüncələr içərisində olsa da, biz yeniyetmələrin düzgün istiqamətə yönəlməsinə çalışırıq.

Aytən xanım qeyd edir ki, narkotiklə mübarizədə ailələrin də rolu böyükdür. Çünki uşaqlar böyüyərkən valideynlərindən gördükləri davranışları təkrarlayırlar. Kiçik yaşlardan onların üzərində nəzarət olmalıdır. Psixoloq vurğulayır ki, valideynlər fərdi psixoloqlara müraciət edə bilmədikdə, məktəb psixoloqları ilə daim ünsiyyət saxlamalıdırlar.

Bu mövzuda müxtəlif filmlər və sosial layihələrin həyata keçirilməsi də önəmlidir. Məsələn, Nail Kəmərlinin narkotiklə bağlı çəkdiyi çarx çox təsirli idi. Orada 13 yaşlı uşağın narkotikdən əziyyət çəkdiyini görmək izləyənlərə ciddi mesaj verdi. Uşaqlar bu çarxı izlədikdə mühüm suallar verirdilər və narkomaniyanın fəsadlarını daha yaxşı dərk edirdilər. Psixoloqlar qeyd edirlər ki, belə maarifləndirici filmlər uşaqlara daha güclü təsir göstərir.

Son olaraq, Aytən xanım bildirir ki, narkotiklə mübarizədə məktəblərdə psixoloji dəstəyin artırılması və müəllimlərin bu sahədə maarifləndirilməsi çox vacibdir. Yeniyetmələrin psixoloji problemləri ilə effektiv ünsiyyət qurulmursa, onların yanlış yollara yönəlməsi ehtimalı artır. Əgər uşağın emosional və sosial inkişafı düzgün yönləndirilməzsə, o, təsir altına düşə bilər. Bu səbəbdən, psixoloqlar məktəblərdə xüsusi proqramlar təşkil edərək bu problemlərin qarşısını almağa çalışırlar.

Söhbətləşdi: Fuad BİLƏSUVARLI

 

Digər xəbərlər