usd-1.7000 eur-1.8227 rub-0.0185
Bakı 17°C 2.72 m/s
Son xəbərlər
25-04-2024
24-04-2024
23-04-2024

ŞƏHİDLƏR -Qazilər

Burdan bir atlı keçdi...

Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Fazil Mustafa yerli telekanallarda çalışan jurnalistlərə iradlarını bildirib

details

CƏMİYYƏT

09.01.2023, 19:04 Oxunub: 1433

Sanki peyğəmbərin qohumları ölməyə Azərbaycana gəlib – Fazil Mustafa yazır...

 

1001info.az xəbər verir ki, deputat bu barədə “facebook”da yazıb:

"Hörmətli televiziya rəhbərləri! Xahiş edirəm, tabeliyinizdə olan jurnalistlərə tapşırıq verin ki, dini cahilliyi təbliğ edən verilişlər, süjetlər yaymasınlar. Adam bir ziyarətgahı göstərib deyir ki, burada 5-ci imamın bacısının qızı dəfn olunub, adamlar gəlib burada şəfa tapırlar.

Digər süjetdə də göstərilən məzarlarda ya peyğəmbərin xalası nəticəsi, ya da 6-cı inamın əmisi uşağı yatır. Cahil insanlar da buranı pirə çeviriblər. Adam axtarsa, heç özünün üç arxa dönənini müəyyənləşdirə bilməz. Elə inamla deyir ki, sanki peyğəmbərin və imamların qohum əqrabalarının çoxu ölməyə Azərbaycana gəlib.

Buradan-bura Rusiyada sürgündə dünyasını dəyişmiş böyük aydınımız Yusif Vəzir Çəmənzəminlinin məzarını tapa bilmirik, bunlar haçansa bura ərə gəlmiş məchul bir xanımın məzarı üstündə məqbərə tikib, imamın xalası nəvəsi kimi məzarına səcdə etməyə gedirlər. Xalqımızın əhəmiyyətli hissəsinin cahillik mazoxizmini həyat tərzinə çevirməsi bir reallıqdır. Ancaq bunu ciddi informasiya kimi televiziyalar tirajlamamalıdır. Çünki təcrübə göstərir ki, bu cür elmi və mənəvi dəyəri olmayan təbliğata inananlar həmişə çox olur".

 

Digər xəbərlər