ŞƏHİDLƏR -Qazilər
İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır
İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir. 1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...
DÜNYA ƏDƏBİYYATDAN
16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
Kimdən əfv diləyirsən?
Tanrıdanmı, məndənmi?..
ƏDƏBİYYAT
23.04.2024, 13:23 Oxunub: 17791001info.az “Günün şeiri” rubrikasında əməkdar mədəniyyət işçisi, şairə-nasir Telli Pənahqızının “Kimdən əfv diləyirsən” şeirini təqdim edir.
KİMDƏN ƏFV DİLƏYİRSƏN
Sən ki, mənə verdiyin vədələri unutdun,
Göz yaşımı hicranın əlləriylə qurutdun.
Qədrimi heç bilmədin, sevgimi ucuz tutdun,
Kimdən əfv diləyirsən?
Tanrıdanmı, məndənmi?
Mən ki, mələk kimiydim, saf, günahsız, tərtəmiz,
Baxışlarım dupduru, qəlbim, eşqim ləkəsiz.
Biz ayrıldıq...mən sənsiz, indi səfil, kimsəsiz,
Kimdən əfv diləyirsən?
Tanrıdanmı, məndənmi?
Sevgimiz röya kimi, doyulmaz, baltək şirin,
Yanağından öpərdim sən gətirən güllərin.
Yaxam qalıb əlində yetim xatirələrin,
Kimdən əfv diləyirsən?
Tanrıdanmı, məndənmi?
Nə yaxşı ki, Allahın səbri var, dözümü var,
Min müşkülün, çətinin əlacı, çözümü var.
İstəyin bir kəlmə söz! İndiyə sözmü qalar?
Kimdən əfv diləyirsən?
Tanrıdanmı, məndənmi?
Bir gün təngə gələrək amanından, ahından,
Mən səni bağışlayıb keçəcəm günahından.
Sənin xəyanətinə göz yumarmı Yaradan?
Kimdən əfv diləyirsən?
Tanrıdanmı, məndənmi?
Bu cənnət, bu cəhənnəm, bu da ki, inkir-minkir,
Yolüstü Qıl körpüsü, ordan məsumlar keçir.
Allah qadir Allahdır, vaxtı, vədəni seçir,
Kimdən əfv diləyirsən?
Tanrıdanmı, məndənmi?
Yalvarma, ona, buna! Sus daha, bəsdir, yetər,
Sənin etirafların günahından da betər.
Yalvar Uca Tanrıya, dəyməsin sənə xətər,
Allah- Rəhman-rəhimdir,
Qoy keçsin günahından,
Qoy keçsin günahından!