usd-1.7000 eur-1.8238 rub-0.0183
Bakı 17°C 3.35 m/s
Son xəbərlər
29-04-2024
28-04-2024
26-04-2024
25-04-2024
24-04-2024
23-04-2024

ŞƏHİDLƏR -Qazilər

Burdan bir atlı keçdi...

Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Moskvada yaşayan tanınmış həkim Tahir Tahirzadənin doğum günüdür

details

CƏMİYYƏT, SAĞLAMLIQ

07.04.2024, 13:58 Oxunub: 3494

Bu gün Rusiyanın payxtaxtı Moskva şəhərində yaşayan məşhur həkim Tahir Tahirzadənin ad günündür. Bununla bağlı Moskvada yaşayan digər həmyerlimiz, iş adamı Salman Ramazanov sosial şəbəkə hesabında  status paylaşıb və həkimin ünvanına xeyli xoş sözlər yazılıb.

Əslən Qərbi Azərbaycandan olan Tahir Tahirzadə sənətinin məsuliyyətini bilən, insanların sağlamlığının keşiyində layaqətlə dayanan həkimlərdəndir.

Qeyd edək ki, 50 ilə yaxındır gənc yaşlarından Moskvada yaşayıb fəaliyyət göstərən  Tahir həkim Rusiya Urologiya Cəmiyyətinin, Avropa Uroloqlar Assosiasiyasının üzvüdür, urologiyanın aktual problemlərinə dair resenziyalı jurnallarda bir- çox nəşrlərin müəllifi, "Həyat Formulu" tibb festivalının 2014-cü il üçün "Peşənin ən yaxşısı" müsabiqəsi ixtisası üzrə I yer laureatı və Moskva Hökumətinin Mükafatı laureatıdır.
Urologiyada açıq və endoskopik rekonstruktiv plastik, radikal və minimal invaziv əməliyyatların həyata keçirilməsində yüksək səviyyədə ixtisaslaşmış uroloqdur.
Uzun illərdir 31 saylı Moskva şəhər Kliniki Xəstəxanasının Urologiya şöbəsinin müdüri olan Tahir həkim bu sənəti  seçən onlarla  gənc soydaşımıza  müəllimlik edib, yol göstərib, onların savadlı həkim kimi yetişməsində böyük rol oynayıb. 
Tahir Tahirzadəni dostları yüksək səviyyəli tibb işçisi olmaqla bərabər əvəzsiz insan kimi də xarakterizə edirlər.  
Azərbaycandan uzaqlarda azərbaycanlı adını şərəflə doğruldan soydaşımız uroloq Tahir Tahirzadənin əməyi yüksək qiymətləndirilərək  Rusiya prezidenti Putinin sərəncamına əsasən II dərəcəli “Vətənə xidmətə görə” medalı ilə təltif edilib.

1001info.az saytı olaraq  dəyərli insan, savadlı həkim Tahir Tahirzadəni  ürəkdən təbrik edirik, can sağlığı arzulayaraq onunla fəxr etdiyimizi, qürur duyduğumuzu vurgulayırıq. 


 

Digər xəbərlər