usd-1.7000 eur-1.8246 rub-0.0185
Bakı 14°C 5.87 m/s
Son xəbərlər
01-05-2024
30-04-2024
29-04-2024

ŞƏHİDLƏR -Qazilər

Burdan bir atlı keçdi...

Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Onlar əfv olunmaq istəyir

details

CƏMİYYƏT

23.04.2024, 13:18 Oxunub: 419

28 May - Müstəqillik Günündə Prezident İlham Əliyev tərəfindən əfv sərəncamının imzalanacağı gözlənilir.
1001info.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bir neçə il əvvəl korrupsiya cinayətlərinə görə məhkum edilmiş bir sıra məmurlar da bağışlanmaq istəyir.
Belə ki, əfv ərizəsi yazanlar arasında ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun (KİVDF) rəhbəri olmuş Vüqar Səfərli, Biləsuvar Rayon İcra Hakimiyyətinin sabiq icra başçısı Mahir Quliyev və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması - Bərpası və İnkişafı İdarəsinin keçmiş rəhbəri Zakir Sultanov da var.
Mahir Quliyevin vəkili Ceyhun Yusifov saytımıza bildirib ki, 4 ildir həbsdə olan müvəkkili ağır xəstəlikdən əziyyət çəkir. Xüsusilə bu səbəbdən onun ailəsi tərəfindən də əfv olunması üçün müraciət edilib.
Məlumat üçün bildirək ki, 2021-ci ildə həbs edilən Vüqar Səfərli Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il 6 ay azadlıqdan məhrum olunub. Mahir Quliyev və Zakir Sultanov isə 2020-ci ildə həbs ediliblər. Eks-icra başçısına 11 il, Xidmət rəisinə isə 5 il 6 ay azadlıqdan məhrumetmə cəzası verilib.
Xatırladaq ki, Əfv Məsələləri Komissiyasının üzvləri müraciətlərə baxarkən ağır cinayətdə ittiham olunan şəxslərin cəzasının yarı hissəsini çəkməsi əsas götürülür. Buna baxmayaraq, cəzasının yarısını çəkməyən şəxslər də əfv edilə bilər. Əvvəllər bu cür hallar olub.
Qeyd edək ki, əfv hüququ Prezidentin müstəsna səlahiyyətləri sırasına daxildir.

Digər xəbərlər