usd-1.7000 eur-1.8255 rub-0.0174
Bakı 10°C 2.88 m/s
Son xəbərlər
09-11-2024
08-11-2024
05-11-2024
04-11-2024
03-11-2024
01-11-2024
24-10-2024

ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir.  1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Əziz Ələkbərli: Tarixi torpaqlarımıza qayıdış bizim beynəlxalq hüquqa söykənən təməl hüququmuzdur

details

CƏMİYYƏT

23.04.2024, 11:57 Oxunub: 2095

Qərbi azərbaycanlıların öz yurduna qayıdışı erməni vandalizmini üzə çıxaracaq

Əqli Mülkiyyət Agentliyi uzun illərdir ki, Azərbaycan xalqının maddi və mənəvi dəyərlərinin qorunması yolunda yorulmadan çalışır. Azərbaycan həqiqətlərinin, o cümlədən Qərbi Azərbaycan həqiqətlərinin dünyaya çatıdılrması istiqamətində Agentlik əlindən gələni edir. Professor Kamran İmanovun bu mövzuda xarici dillərdə nəşr edilən əsərləri stolüstü kitablara çevrilib. Onu da qeyd edim ki, bu sahədə problemlərdən biri məhz xarici dillərdə kitabların olmamasıdır. Professor Kamran İmanovun bu kitabları ilə həmin boşluq aradan qaldırılır.
1001info.az AZƏRTAC-a istinadən  xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə keçirilən “Qədim mətnlər və klassik mənbələr erməni saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya Qərbi Azərbaycan torpaqları nədən bəhs edir” mövzusunda konfransda söyləyib.
O bildirib ki, tarixi torpaqlarımıza qayıdış bizim beynəlxalq hüquqa söykənən təməl hüququmuzdur. Qərbi Azərbaycana Qayıdış Konsepsiyasında indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların könüllü şəkildə, təhlükəsiz şəraitdə və ləyaqətlə öz yurdlarına qayıda bilmələri üçün müvafiq verifikasiya və zəmanət mexanizmi olan və hüquqi baxımdan məcburi olan beynəlxalq razılaşmanın əldə edilməsi öz əksini tapıb. Konsepsiyada, həmçinin Ermənistan adlanan ərazidə azərbaycanlılara məxsus tarixi və mədəni irsin, məscidlərin və qəbiristanlıqların kütləvi şəkildə dağıdıldığı, yer adlarının dəyişdirildiyi öz əksini tapıb.
Əziz Ələkbərli vurğulayıb ki, Qərbi azərbaycanlıların öz yurduna qayıdışı erməni vandalizmini üzə çıxaracaq.

Digər xəbərlər