usd-1.7000 eur-1.7519 rub-1.7036
Bakı 6°C 11.39 m/s
Son xəbərlər
30-01-2025
28-01-2025
24-01-2025
23-01-2025
22-01-2025
20-01-2025

ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir.  1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

İradə Əlilinin “Xocalı: Şahidlər danışır” kitabı daha bir dildə nəşr olunub

details

MƏDƏNİYYƏT, ƏDƏBİYYAT

23.02.2024, 12:37 Oxunub: 3643

Xocalı soyqırımının 32-ci ildönümü ərəfəsində “Xocalı: Şahidlər danışır” kitabı urdu dilində nəşr edilib.
1001info.az  xəbər verir ki, bu barədə kitabın müəllifi, tarix elmləri üzrə fəlsəfə doktoru İradə Əlili məlumat verib. O bildirib ki, Azərbaycan həqiqətlərinin tanıdılmasında hər bir azərbaycanlı fəal olmalıdır. Dünyaya həqiqətlərimizi tanıtmaq, haqlı olduğumuzu göstərmək, doğru olanı anlatmalıyıq. Xocalı soyqırımı bəşəriyyətin ən ağır vəhşətidir.


“Xocalı: Şahidlər danışır” kitabı 11 dilə (Azərbaycan, rus, ingilis, türk alman, ispan, italyan, fransız ərəb, fin, holland dillərində) tərcümə olunaraq çap edilib. Kitabda Xocalıda o qanlı gecənin şahidlərinin xatirələri yer alıb.
Kitabın “Ön söz”ünü professor Elmira Süleymanova yazıb. Redaktoru isə şairə-publisist Azadə Novruzovadır.


Qeyd edək ki, kitabı urdu dilinə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin Orta Şərq dilləri və ədəbiyyatı kafedrasının baş müəllimi Amalya Paşayeva tərcümə edib.

Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunun təsisçilərindən biri, İsveç Azərbaycanlıları Konqresinin sədri Emil Mirzəyev bu kitabı İsveç dilinə tərcümə etməklə bağlı fikirlərini  müəlliflə  bölüşüb.


 

Digər xəbərlər