usd-1.7000 eur-1.9612 rub-2.0928
Bakı 18°C 5.45 m/s
Son xəbərlər
07-11-2025
23-10-2025
22-10-2025

ŞƏHİDLƏR -Qazilər

Burdan bir atlı keçdi...

Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Mən elə küsərəm səndən əzizim... - Xuraman Muradovanın şeiri

details

ƏDƏBİYYAT

14.02.2024, 12:46 Oxunub: 10811


1001info.az “Günün şeiri” rubrikasında Azərbaycan Yazıçılar Birliyinin və Türkiyə Yazarlar Birliyinin üzvü Xuraman Muradovanın  “SƏNDƏN ELƏ  KÜSƏRƏM” şeirini təqdim edir. 


SƏNDƏN ELƏ  KÜSƏRƏM

Mən elə küsərəm səndən, əzizim,
Bir daha üzümü görə bilməzsən.
Mən elə küsərəm səndən əzizim, 
İstəsən də geri dönə bilməzsən.

Sənə olan sevgim sonsuz olsa da, 
Danışa bilməzsən, dinə bilməzsən.
Yanarsan qəlbində sən için- için, 
Dərdini kimsəylə bölə bilməzsən.

Mən elə küsərəm səndən əzizim,
Durnalar ağlayar göyün üzündə.
Gözü yaşlı qalan bu sevdamızın,
Zülmətə çevrilər dünya gözündə.

Son payızda  əsənsoyuq küləklər, 
Aparar sevgimi cox uzaqlara.
Fikrin bir nöqtədə ilişib qalar, 
Gözlərin tikilər uzaq yollara.

Mən elə küsərəm səndən əzizim, 
Bulud tək hönkürər sevda yağışın.
Qalarsan hicranın ümidlərində, 
Dikilər yollara həsrət baxışın.

 

Digər xəbərlər