ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır
İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir. 1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...
DÜNYA ƏDƏBİYYATDAN

16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
Hüseynbala Mirələmovun "Gəlinlik paltarı" romanından bir hissə...

ƏDƏBİYYAT
25.04.2025, 13:01 Oxunub: 1302Onu anası qarşıladı:
- Boy, qızılgüllərin içində itmisən ki!.. Bunları kim verdi sənə?
Fənayə övladdan daha çox bir dost, rəfiqə ovqatıyla:
- Axır ki, mənə də bir gül verən olacaqdı, ya yox? - dedi və çiyinlərini oynada-oynada şaqqanaq çəkib güldü. Sonra boynunu qucaqlayıb anasının üzündən öpdü.
Zinayə məhz indi, onun isti nəfəsi üzünə toxunanda anladı ki, qızı yetkin bir xanımdır, özü də çox yaraşıqlıdır. Od kimi qaynar, həyat eşqi ilə dolu...
Fənayənin bir qadın kimi yetişməyi anaya xoş gəldi. Gül söhbətini təzələmədi.
Fənayə neçə gün öncə öz bağçalarından dərilən, güldanda büzüşüb soluxmuş çiçəkləri atdıqdan sonra qabın bulanıq suyunu dəyişdi. Təzə güllərin saplağını ehmalca suya saldı, güllər onu dərib verənə - Harisə oxşayırdı, şux, təravətli və məftunediciydi. Oğrun-oğrun qızma göz qoyan Zinayə gülümsədi; canı yanmış qəşəngdi, Allah qismətini versin!..
Zinayənin atası Yəmən azərbaycanlı, anasının anası erməniydi.
Partiya işçisi olan Yəmən ayrı-ayrı rayonlarda məsul vəzifələrdə çalışmış, Qarabağda təlatümlü hadisələr başlayan zaman qəflətən vəfat etmişdi. Bunun ardınca anası Zinaida da ömrünü başa vurmuşdu. «Anası çıxan ağacı balası budaq-budaq gəzər», - deyiblər. Zinayə anasına çəkmişdi. Açıq-saçıq qız idi, sərbəstliyi xoşlayırdı. Cəzbedici görkəmi, şirin danışığı oğlanların ürəyinə sarı yağ kimi yayılan Zinay ə, xoşladığı kişilərlə heç nəyi vecinə almadan əylənir, bəzən isə onları tərəddüd etmədən bir günün içində atır, unudurdu. Cavan-cavan oğlanların onun arxasınca sürünmələrindən qürrələnir, ləzzət alırdı. Ağıllı, ciddi oğlanlara rast gələndə barmağını dişləyir, «yox, əzizim, bizimki tutmaz, məndən kölə olmaz sənə» fikriylə ondan uzaqlaşırdı. Ancaq necə oldusa, Qadirə ilişdi. Məsələ belə olmuşdu; məclislə-rin birində rastlaşdığı ucaboylu Qadiri görəndə gülüb göz vuraraq demişdi:
- Ay oğlan, başını azca aşağı əy, tavana dəyməsin, həm də de görək, yuxarılarda hava necədir?..
Qadir həqiqətən ucaboylu olduğu üçün yetərincə qız pərəstişkarı vardı. Qadirin cavabı çox yubanmadı:
- Heç siz də boydan kasıb deyilsiniz...
Zinayə də boydan yarımışdı. Bu sözə bənd imiş kimi ürəkdən güldü.
-Boy, aa... heç fikir verməmişəm, mən də uca boyam ki, ancaq sən lap Qulliversən, - Zinayənin filoloji təhsili köməyinə gəldi.
Qadir gözlərilə onu oxşadı.
- Bu məclisdən Qulliverə bir Liliput qismət olsa, dünya dağılar?
Zinayə dəqiq bilirdi ki, təptəzə macəra başlayır və indiyə qədər baş verən eşq dastanları bu macəranın yanında heç nədir. Əlini sonsuz bir lütfkarlıqla ona tərəf uzatdı.
- Zınayə ...
- Qadir ...
Qadir qızın əlini əlinə alıb buraxmadı.
- Qəribə adınız var, indiyə qədər belə ad eşitməmişəm, mənası nədir?
- Çox bilsən, tez qocalarsan...
- Elə mənalar var, onu anlamaq üçün qocalmaq nədi, lap ölməyə də dəyər, Zinayə xanım.
Zinayə yenə güldü.
- Yox aa? Sözə bax ey!..
Ucaboy oğlan onun «saqqızını oğurlaya» bildi. Məhz həmin gün Zinayəyə elə gəldi ki, o hər zaman olduğundan ucadır, yüksəklikdə gəzib-dolaşır. Sanki ilk görüşdə «Qulliver» deyə zarafatlaşdığı Qadir, şanabarmaqlı əlləri ilə yupyumşaq qoltuğu altından yapışıb onu yuxarı, başı üzərinə qaldırmışdı. O, bu dünyaya həmin ucalıqdan baxırdı. Sonralar qəribə də olsa, gündə bir oğlanla gəzib-dolaşan Zinayə, Qadirə xüsusi hörmət bəslədi. Bu ucaboy oğlanı başqalarından uca tutdu. Onunla evlənməyə razılıq verdi.
Zinayənin valideynlərinin canı sağ olsun! Toyları təmtəraqlı keçdi, məclisdə çox hörmətli adamlar, böyük mənsəb sahibləri iştirak etdi. Zinayəni seçməkdə Qadirin məqsədi vardı; imkanlı yerə söykənmək istəyirdi. Cəmiyyətdə yer və mövqe qazanmağın yolunu «adamın imkanına» bağlayırdı. İnsafən, Zinayənin gözəlliyi də bu evlilikdə az əhəmiyyət daşımırdı. Ailənin imkanlı olması oğlanı əməllicə təmin edirdi. Belə yerdə deyiblər ki, doşab aldım, bal çıxdı. Zinayə macəranın əvvəlindən Qadirin qısqanc olmadığını duydu. Amma hər necə olsa da, bəzən Zinayənin həddini aşması, başqa sözlə, onu adam yerinə qoymaması Qadirin beynini oynadır, təbdən- təbə salırdı.
Ancaq görünür, ləyaqət qanda olur. Bəzi adamlar bu ali keyfiyyətin varlığından xəbər tutmadan dünyanı tərk edib gedir.
Qadir qoşulduğu mühitin qaydalarını tez mənimsədi. Onsuz da uzun olan bədəni üstündən arıq boğazını bir az da irəli uzadaraq qayınatasının hesabına irəlilədi, vəzifə pillələri ilə qalxdıqca, quzuya döndü. Zinayənin bir sözünü iki eləmədi. İki övladı oldu: Fənayə və Nadir. Fənayə ilə Nadirin arasında iki yaş fərq vardı.
Qadir torpaq sahəsi aldı, ev tikdirdi. Fənayənin on yaşının tamamında mülk evinə köçdülər. Əslinə qalsa, bu, Zinayənin istəyi idi.
Ümumi yaşayış evinin ikinci mərtəbəsindəki mənzilin dörd divarı arasında bağrı çatlayırdı, elə bil uçmaq istəyən quşun qanadlarını iplə sarımışdılar...
* * *
...Həmin gün Fənayə havalı kimi gəzdi. Hara baxdısa, Harisin ona zillənən qaynar baxışlarını gördü. Otağına çəkildi - Haris burada idi. Əli ilə gözünü bağladı - Haris gözlərinin içindəydi.
Qız əslində Harisin xəyalının gözü önündən çəkilib getməsini istəmirdi də. Elə bil ki, illərdən bəri həsrətini çəkdiyi adam birdən-birə peyda olmuşdu. Harisin yaşı, ailə vəziyyəti vecinə deyildi.
Kəmfürsət qüvvə inanılmaz bir inadkarlıqla onun gözlərini, dodaqlarını, bədəninin bütün əzalarını Harisə tərəf dartıb aparırdı. Yerə-göyə sığmırdı qız. Soyunub yatağına girmək istədi. Açıq qolları, yarıçılpaq parlaq sinəsi, allanmış çöhrəsi ilə güzgü önündə durdu. Gözləri sinəsini güclə örtən köynəyin altında qaralan iki nöqtəyə zilləndi. Yumşaq barmağı ilə qurumuş üzüm dənəsini, kişmişə oxşayan gilələri sıxdı. Qapını bağlayıb-bağlamadığını yoxlamadı, çarpayının üstünə sərildi. Ona elə gəldi ki, yorğan-döşək istidir. Əslində isə bu onun öz bədəninin hərarəti, öz canının odu, atəşi idi.
Fənayə yumşaq yatağın üstündə ilan kimi qıvrılıb açıldı. Könlünün gözü Harisin surətindən savayı bir kimsəni görmürdü. Arabir qrup yoldaşları Zaurun, Faiqin sifətləri xəyalında zəif bir şam kimi işarıb sönsə də, Harislə bağlı düşüncələrindən saçan gur işığın yanında onlar kölgə kimi görünürdülər.
Xəyallar ürəyini üzdü, üzdü... Nə zaman yuxuya getməyindən xəbər tutmadı. Yuxuda da Harisi gördü. Gördü ki, Haris onu qucaqlamaq istəyir, ancaq çəkinir. Pıçıltılı həzin səsini də eşitdi. Haris ona deyirdi:
- Yetişmiş nar kimisən, Fənayə, sıxsam, əzilərsən...
Sübh tezdən oyandı. Gördüyü yuxudan yadında elə həmin cümlə qalmışdı. Bu sözləri o, neçə il əvvəl eyvanda anasını hərarətlə sinəsinə sıxan yad adamdan da eşitmişdi. O vaxt anası həmin yad adama demişdi ki, qorxma, sıx, hələ indiyəcən şirəmi çıxaran olmayıb.
Fənayə heç vəchlə anasını qınamırdı. Başqa zəruri tələbatlar kimi, insanın intim istəyi də ödənilməlidir. İnsan bioloji varlıqdır, o bir çox irsi keyfiyyətlərin da-şıyıcısıdır. Ailə ona görə qurulmur ki, insanın istək və arzularının qarşısına sədd çəksin. Yaxşı olar ki, qadın elə ailədə rahatlıq tapsın. Əgər ər bu zövqü ona vermirsə və onu bir başqa ünvanda tapmaq mümkündürsə...
O, aşiq olmuşdu, düşünürdü ki, göydə yazılan qismət yerdə yaşanır.
Pəncərənin önünə gəldi. Cikkildəşə-cikkildəşə bir-birinə məhəbbət izhar edən sərçələrə baxdı. Fə- nayəyə elə gəldi ki, yer üzündə nə qədər canlı varsa, hamısını sevgi yaşadır...
Hamama keçib üzünə su vurdu. Mətbəxdən qab- qacaq səsi gəlirdi. Anası orada idi. Hamamın qapısını çəkib bağladı. Soyunub duşu açdı. İlıq suyun altına girdi. Gur çilənən su saçlarını islatdı, çiyinlərindən, kürəyindən, sinəsindən axıb bədəninin bütün məsamələrinə ləzzətli bir dinclik payladı. Üz-gözünü, boyun-boğazını, balaca və qəşəng qulaqlarının içini, sinəsini şampunladı. Şampun bahalıydı, xoş ətri vardı. Əli ayrı-ayrı əzalarına toxunduqca, bədəninin hamarlığından və yumşaqlığından xoşhallanır, varlığından zövq alırdı. Sinəsini qabağa verdi. Su döşlərinin arasından süzülüb göbəyinin üstündən axdı, mərmər kimi baldırlarına toxundu, incə ayaqlarının ucundan fasiləsiz şoralandı. Elə bil bu qənirsiz pəri bədəninin parlaq çılpaqlığı ilə təbiətin yaratdığı bütün gözəlliklərə meydan oxuyurdu. Fənayə ilıq su içində alışıb-yanırdı, elə bil atlasa bürümüşdülər onu, işıq saçan atlasa. Özü-özünə vurulan bu gözəlin indiki görkəminin özgə bir bənzətməsi ola bilməzdi. Sadəcə, əfsanəvi ilahə dağ şəlaləsinin altında yuyunurdu, şəlalə «yonduğu» bu qiymətli «heykəli» öz paklığma qərq edirdi. Fənayə güzgüdən gözünü ayıra bilmirdi, öz gözəlliyinə dönə-dönə valeh olurdu, bədəni ilahi rəssamın fırçası ilə yaradılmış kimi qənirsiz idi. Kiçik, yumru, şux döşlərinin giləsi palıdı rəngə çalırdı. Həmin o palıdı rəngə çalan gilələrdən də su damcılayırdı. Əllərini döşlərində, göbəyində gəzdirib seyrək tükə bürünmüş «zöhrə dağcığı»nın üstündə saxladı. Və... Ona elə gəldi ki, Harislə birləşib artıq. Bu təmas az qala Fənayənin huşunu başından aldı. Bu duyğu elə bil özünün yox, Harisin idi. Hələ də başına, bədəninə gur su çilənən qız, bütün varlığını titrədən sonsuz bir həsrətin, qəhərin təsiri altında dözə bilməyib, ağladı. Bu, bəxtiyarlıq, vüsal qəhəri idi. Qız xoşbəxtliyin astanasında dayanmışdı. Tale bu qapını onun üzünə açacaqdımı? Harisə qovuşa biləcəkdimi?..
Qurulanıb hamamdan çıxanda, üzü qaymaq kimi yumşaq, bədirlənmiş ay kimi işıqlı idi. Pəncərədən həyətə boylandı. Bu yarım saatın, qırx dəqiqənin içində dünya sanki bir az da dəyişmişdi, fəsillər gözəli yazın ecazkar ruhu dörd yanı bürümüşdü. Qısaca zaman içində bu boyda dəyişmə baş verə bilərdimi? Yoxsa, Fənayəyə elə gəlirdi? Nə bilmək olar, bəlkə elə qəfil sevgi də qəfil ölüm kimidir - qaşla göz arasında olur?..
Düşüncələr onu hara aparır? Bu yolun sonunda nə var? Üzünə təzə gülümsəyən bu həyat ona nə vəd edir? Görəsən, doğrudanmı bu onun düşündüyü xoşbəxtlikdir? Bilmirdi, sadəcə olaraq, bilmirdi... Yazla birgə gələn dəli sevda şair qızın köksündəki ən incə titrəyişlərlə birgə söz çələngini də oyatdı:
Gör nə qədər sevinc, qəm
Dalğalanır üzümdə,
Yuyunmaq istəyirəm
Bir sevgi dənizində.
Yuyarmı günahımı
Bu dənizin suları?
Varsansa, ey İlahi,
Yetir mənə baharı.
Sevirəm dalğaları
Vüsalın səsi kimi,
Həsrət batır sularda
Dəniz ləpəsi kimi...
Fənayə xəyalən öz Harisinin obrazının adda-budda cizgilərini bir araya gətirməklə, tam bir surət yaratmağa cəhd etdi. Hələlik bu obrazın görüntüləri Rahibənin dediklərinə əsaslanırdı: «Əmim onu dedi, əmim belə elədi...» və sair və ilaxir...
Xəyalmdakı güclü, qətiyyətli, bir anda qadınların qəlbini ovlamağı bacaran fövqəl kişi ilə yenicə meydana çıxan Harisi tutuşdurdu. Fənayəyə görə, bənzəyişlər az deyildi.
Artıq bütün varlığını sarsıdan düşüncələr Fəna- yənin yuxusunu ərşə çəkmişdi. Onu dünyaya bağlayan duyğu, fikir qapılarının hamısı qapanmışdı, bircə qapı açıq idi və o açıq qapmm önündə yalnız Haris dayanmışdı.
Bir yandan da saysız-hesabsız suallar, suallar... Fikri dağınıq olsa da, həmin suallara tələsmədən, bircə-bircə, məntiqi ardıcıllıqla cavablar axtarırdı. Fənayə özünü nə zamansa oxuduğu müxtəlif əsərlərin ədəbi qəhrəmanları ilə, daha çox da qadın obrazları ilə müqayisə edirdi. Və sonda belə qənaətə gəlirdi ki, düzünə qalsa, indiki zamanın tələbləri çərçivəsində yarı Şərq, yarı Avropasayağı yaşayan bu şəhərin qadınları ayrı cür yox, elə onun kimi olmalıdır. Fənayə durduğu yerdə «əti pişiyə yedizdirən» qızlardan deyildi. Bu məsələlərdə anasını təkrarlamaq fikrindən çox uzaqdı. Yaddaş isə gur sulu bulaq kimi axır, ötən illərin sanki kino kadrlarını sürətlə ötürə-ötürə indiyə gətirirdi. Budur, anasının gizli görüşdüyü adamlar. Anası Fənayəni uşaq sandığı üçün qızını nəzərə almadan onlarla görüşür, min oyundan çıxırdı...
(ardi var)

Digər xəbərlər
