usd-1.7000 eur-1.9345 rub-2.0578
Bakı 9°C 3.37 m/s
Son xəbərlər
28-04-2025
27-04-2025
25-04-2025

ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir.  1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Hüseynbala Mirələmovun "Gəlinlik paltarı" romanından bir hissə...

details

ƏDƏBİYYAT

27.04.2025, 20:20 Oxunub: 2674

  "Gəlinlik paltarı" romanından bir hissə...

...Səhər yuxudan oyananda, Fənayəni yanında görməmişdi. Dəniz geyimini əyninə keçirib məxsusi çimərliyə sarı getmişdi və görmüşdü ki... Çimərlik taxtına uzanıb dincələn, sol ayağını düppədüz, tər-pənməz uzadaraq, o biri ayağını dizdən büküb nazik belinə tərəf yığan dəniz mələyi, su pərisi Fənayə...

Haris, sanki bu əfsanəvi görüntünün qarşısında donmuşdu, bacardığı şey yalnız qıza heyran-heyran tamaşa etməkdi. «İlahi, bu nə möcüzədi, bu nə gö-zəllikdi?!..»

Elə bu an günəş də qəfildən peyda oldu, kəpənək qanadı kimi zərif, tül pərdənin arxasından çıxırmış kimi mübarək üzünü göstərdi. Əlçimə dönmüş bəyaz, pəmbə buludlar bir göz qırpımında dağılıb getdi. Nəhəng kürəşəkilli günəş, yerində gərnəşdi, boy göstərdi, gözlərini qıyaraq yerə - arxası üstə uzanıb dincələn, sol ayağını düppədüz, tərpənməz uzadaraq, o birisini dizdən büküb nazik belinə tərəf yığan dəniz mələyi, su pərisi Fənayəyə baxdı. Buna bəlkə də «baxmaq» demək olmazdı, məftun-məftun tamaşa elədi. Su pərisi öz gözəlliyi ilə günəşin varlığını sehrlədi, ofsunladı...

Günəş bir an çaşıb qaldı, allanmış, alışıb-yanan sifətini gizlətmək istədi. Sonra bir az üşüdü də, hətta yüngül titrətmə keçdi canından. O, yerdən boylanan möcüzənin, gözəlliyin qarşısında sanki çaşdı, sanki utandı... Beləsini indiyə qədər görməmişdi. Bu gözəlliyin önündə hətta bir an təslim də oldu. Bəyaz buludlar çöhrəsini bürüdü... Hər tərəfə zəif kölgə çökdü...

Özünü zorla ələ aldı. Bircə anda yer-göy məhvərindən qopdu, qəribə, ecazkar bir cazibə hislərinə qalib gəldi. Bütün varlığı ilə qızı ağuşuna çəkdi...

Bu zaman günəş günəşliyini unutdu. Qızın içi yanırdı. Sahil qumlarından incə bədəninə hopmuş, bütün əzalarını yanar közə döndərmiş hərarət, od-alov günəşi qızdırdı, coşdurdu, əbədi səngiməyən odunu dəmirçi kürəsinə döndərdi. Günəş, sanki bu məstedici, bihuşedici mənzərədən məst oldu, sövqi-təbii cismindəki istilik, xumarlanmış qızın canındakı istiliyə qovuşdu. Qızın gözəl, zərif, mərmər kimi bəmbəyaz qamma, şux, təravətli döşlərinə, tuncdan tökülmüş kimi ağ, uzun ayaqlarına təzə-tər hərarət gəldi.

Fənayə bu təmasdan xoşhal oldu. O, belə isti təmas, belə xoş qılıq, belə hərarət heç kəsdən heç vaxt görməmişdi. Elə bil aylı bir ziyafət gecəsiydi və əlçim buludlar az sonra üstünü duvaqla örtəcəkdi ki, bu mənzərənin müqəddəsliyi bir sirr kimi qalsın. Canında bir yüngüllük duydu, dərindən nəfəs aldı.

Qeyri-ixtiyari sağ əlini qarnının üstünə qoydu, elə bil bətnində nəsə titrədi, hərəkətə gəldi, nəsə tərpəndi və bu hal qızı səksəndirdi. Ona elə gəldi ki, günəş bu an özünün əsrarəngiz işığını, həyatverici nurunu onun bətninə doldurdu. O, günəşdən hamilə qaldı...

Bu hal qızı ehtizaza gətirdi, sanki içini çölə çevirib bu işığı, bu nuru təkrar-təkrar görmək istədi. Bir qədər çaşdı, tamam özünə gəlib toxtayandan sonra, günəşin ümidverici simasına utana-utana baxıb, xoşbəxt-xoşbəxt gülümsündü...

Ayna üzlü dənizdən sərinlik daşıyan yumşaq meh Fənayənin ipək tellərini oxşayırdı. Günəşin qəhvəyi rəngə boyadığı qeyri-adi biçimli, mütənasib bədəni, demək olar çılın-çılpaqdı. Yalnız zəndlə baxanda, bənövşəyi rəngli, hədsiz dərəcədə mini olan çimərlik paltarı qızın batıq göbəyindən bir az aşağıya «qonmuş kəpənəyi» xatırladırdı. Dik döşlərinin üstü açıqdı, məmələrinin ucundakı qara gilələr qaymaq üstünə düşən bir cüt iri qara kişmiş dənəsinə bənzəyirdi. Tərpənməz uzanan bu dəniz pərisi sanki bir az əvvəl sulardan qopub gəlmişdi. Suyu qurumamış bədənində yenicə doğulan bu səhər günəşinin qırmızımtıl-sarı işığı alışıb-yanırdı. Qıza vurulmuş günəşin, sanki lap ürəyinin başından qopub gələn ən parlaq, ən gur bir şüa, bu islaq mələyin bükülü dizindən başlayaraq, batıq göbəyinin lap aşağısına «qonmuş bənövşəyi kəpənəyə», qaymaq-kişmiş məmələrə, ayaq barmaqlarının ucundan başlayaraq, saçma qədər uza-nır, bəlkə də dizin-dizin sürünərək yalvara-yalvara, qızın xoşbəxt, ilahi bir təbəssümə bələnən dodaqlarına çataraq yox olurdu. Günəş sevgisi qızın dodaqlarından axıb qəlbinə dolurdu.

İki nəfərlik çimərlik... «Vallah xoşbəxt adamam», - pıçıldayırdı Haris. Ona görə yox ki, bu mələk qızılı qumlardan, ləpəli-dalğalı dənizdən, gözlərini gen- gen açaraq yatmış qıza heyrətlə baxan göy üzündən, sulardan qopub gələn sərin mehdən, gözəl, parlaq, zərif dərisini «öpüşlərə qərq edən» günəşə yox, ona, məhz ona məxsusdur.

Bu ilahi gözəllik Harisi sanki ovsunlamışdı, dil-siz-ağızsız, cansız bir heykələ döndərmişdi.

...Təbiətin özü qədər əbədi olan bu qumlu, dənizli, günəşli günün xatirəsi Harisin qəlbindən uzun müddət silinmədi...

Maşından düşüb qaça-qaça sahilə doğru yüyür-dülər. Haris son aylar daha çevik, daha şux görünürdü. Yaşadığı günlərin əhvalı sanki onun ömründən otuz ili götürüb atmış, gəncliyinə qaytarmışdı. Aralarındakı yaş fərqi də silinib getmişdi.

Harisin evindəki həmin söhbətdən sonra onlar hər həftənin bir axşamını dənizdə, «Satir» restoranının qarşısında lövbər salaraq ləpələr qucağında eh-mal-ehmal yırğalanan qayıqda keçirirdilər.

Qayığın saxlanılan həndəvərində soyunub-ge-yinmək yeri var idi. Fənayə bilirdi ki, o balaca çimərlik parçası kimi bu qayıq da, elə bu guşə də məxsusi Haris üçündür. Həmin sahə dekorativ hasarla, bəzəkli gül kolları ilə çimərliyin o biri hissələrindən demək olar ki, təcrid olunmuşdu.

Haris cəld soyunub qayığı açdı. Fənayə nisbətən hündür qayanın üstündən qayığa tullandı. Qayıq az qala çevriləcəkdi. Haris avarları buraxıb Fənayəni tutdu. Qızın bütün bədəni, dərisi, sanki dilə gəlib onu çağırırdı. Ləngər vuran qayıq sakitləşdi. Haris Fənayəni öpüb-oxşadı, sonra avarları çəkib qayığı idarə eləmək üçün yerinə keçdi. Onlar sahildən yavaş- yavaş uzaqlaşdılar. Şəffaf su damcıları üz-gözlərinə çilənirdi.

Fənayə də hərdən dolub ağlayanda gözlərindən bax, bu dənizin inciləri kimi göz yaşları tökürdü. Bəli, Fənayənin belə ağlamaqları olmuşdu; Harislə ilk tanışlıqdan sonra, öz evlərində - duşun altında. Bir dəfə də haçansa...

Sahildən uzaqlaşıb adamların nəzərində qara bir xala döndülər. İlim-ilim itdiklərinə ikisi də əmin idi. Haris avarları buraxdı. Fənayə durduğu yerdən Harisə tərəf quş kimi uçdu. Həftə nədi, deyirdin bəs, illərin ayrısı idilər.

Haris Fənayəni bağrına basdı. İndi Fənayə onun bədəninin bir hissəsi idi. Fənayədən özgə heç kim, heç nə yox idi yer üzündə, su üzündə, göy üzündə...

Kimsəsiz səhradakı axşam sərinliyində yuvasın-dan çıxan ilanlar kimi bir-birilərinə sarıldılar. Ağırlıq qayığın bir tərəfinə düşdü. Taxta tənəkə ləngərlədi. Az qala suya yıxılacaqdılar. Fənayə Harisin qollarının arasından çıxan kimi, əynindəki çimərlik paltarını çıxarıb qayığın arxa ucuna sarı atdı.

Sakit, küləksiz havada qısa təkanlardan ləngər vu-ran qayıq, insan hislərinin sonsuzluğuna, zənginliyinə şahidlik edirdi.

Zəif dalğaların qayığı yırğalaması, əfsanəvi ehtiras ilahəsinin - Erosun laylasını xatırladırdı...

 

(ardi var)

Digər xəbərlər