usd-1.7000 eur-1.9277 rub-2.0509
Bakı 19°C 2.82 m/s
Son xəbərlər
23-04-2025
22-04-2025
21-04-2025

ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir.  1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

43 nəfərin qatili ilə Nazım Hikməti birləşdirən nə idi?

details

ƏDƏBİYYAT

21.04.2025, 13:31 Oxunub: 92

1001info.az Kulis.az Malik Atilayın "Nazım Hikmətin qatil dostu" adlı yazısını təqdim edir.

Böyüdüyüm məhəllədə illər-illər əvvəldən danışılarkən bizim küçədə, bizim tində yayın isti günlərində pivə içə-içə hansısa "qanuni oğru" ilə professorun nərd oynamasından bəhs edilirdi həmişə. Bu səhnə məhəlləmizin içində dünyadan başqa bir aləm qurduğunun kiçik nümunələrindən sadəcə biri idi.

Nazım Hikmətin qatil dostu barədə oxuyanda, məhəlləmiz yadıma düşdü. Bir tərəfdən isə "Nazım kimi bir şairlə 43 nəfərin qatili hansı ortaq nöqtədə görüşə bilərdilər?", - deyə düşünməyə başladım.

Abdullah Palaz - Bursa Həbsxanasında Nazımla tanış olan, 43 nəfəri öldürüb, bəlkə də, yüzlərlə insanı yaralayan bir cani. Törətdiyi bütün cinayətlərdə özünü haqlı görən, ətrafındakılar tərəfindən "dayı" olaraq, Türkiyə tarixində isə "Antep Canavarı" kimi bilinən Nazımın dostu.

Həbsxanın qorxulu qanunlarını yazanlardan biri olan Abdullah "dayı" bir gün yeni "yatap" olunan məhbusların gözünü qorxutmaq üçün onlara bıçaqla hücum edir. Bu hücum zamanı məhbuslardan birini öldürür və əlləri zəncirlənərək Konyadan Bursaya sürgün edilir. Bununla da Palazın ömründə qan-bəladan arınmış bir neçə səhifənin ilk cümlələri yazılmağa başlayırdı. "Antep Canavar"ının "Mavi gözlü dev"lə yolları kəsişirdi.

İndiyədək yatdığı həbsxanalarda yeni gələn məhbuslara yaşatdığı şeyləri yaşamağa hazırlaşarkən Bursada onu daha fərqli şeylər gözləyirdi. Həbsxana rəhbərinin göstərişi ilə Abdullah Palaz və dostlarını boğaza qədər kanalizasiya çuxuruna salıb, "xoş gəlmisən" demişdilər onlara. Hələ bir neçə il əvvəl Nazım da bu çuxurda səhərə qədər azadlıq nəğmələri oxuyub insanın verə biləcəyi ən dəhşətli mübarizəsini vermişdi.

Bu işgəncədə üç dostunu itirən Palaz kanalizasiya çuxurundan çıxarılıb həbsxana otaqlarından birinə gətirilir. İşgəncə, əslində, daha da şiddətli bir hal almağa davam edirdi. Palaza və sağ qalan dostlarına nə hamamdan istifadə etməyə icazə vermişdilər, nə də az da olsa, su vermişdilər ki, yuyunsunlar. Dəmir barmaqlıqlar arasından bir cüt mavi göz görən Palaz pəncərənin digər tərəfindəki cəsarətli adamın əlindəki səhəngdən suyu götürüb əvvəlcə dostlarının, sonra öz əl-üzünü yudu. Nazım cibindəki siqaret paketindən özünə üç siqaret götürüb paketi heç tanımadığı, amma onunla eyni əziyyətlərdən keçən dustaqlara ötürdü və gözdən itdi.

Bu hadisənin üstündən günlər keçdikdən sonra, Abdullah Palaz ilk dəfə həbsxana rəisi ilə görüşür və həyatını az da olsa, dəyişəcək söz verir. Əgər o mavi gözlü adamın, yəni Nazım Hikmətin onların kamerasına köçürüləcəyi təqdirdə problem yaratmayacağına söz verir.

Abdullah Palaz Nazıma ikinci görüşlərində uşaqca bir maraqla dayanmadan suallar verir:

- Qardaş, sənin nə günahın var? Niyə burada yatırsan? Nə qədər iş kəsiblər sənə?

- Mənim günahım qələmimdir, şeirlərimdir, insanlara sevgimdir və ölkəmi çox sevirəm.

- Yaxşı, qardaş, yazmağı bilmirik, amma insanları da sevirik. O qədər işlər görmüşük ki, insanlara pislik gəlməsin. Mənim dədə-babam da bu vətən uğrunda vuruşub. Onlar da vuruşublar. Onda biz də bu işlərə görə günahkar olmalıyıq?

- Yox, bu işlərdə sənin günahın yoxdur. Bu barədə sənə heç nə deməyəcəklər, bizə deyirlər.

- Nəyə görə bizə yox, sizə deyirlər ki?

- Çünki mənə "kommunist" deyirlər.

- Kommunist nə deməkdir, qardaş?

- Millətimi sevirəm. Hər şeyin onların yaşayışı üçün yaxşı, ədalətli olmasını istəyirəm.

- "Kommunist" sözünü indicə eşidirəm, amma onda elə çıxır ki, mən də kommunist imişəm, bilmirdim.

- Yox, bu, mümkün deyil. Çünki haqsızlığın dalınca silahla gedirsən. Haqsızlıq edənləri öldürməklə insanlığa sevgini göstərirsən. Mən bu işi qələmimlə görürəm. Qorxurlar ki, mənim qələmim bir gün bu sistemi partladacaq.

Bir neçə müddət Nazımla eyni kameranı bölüşən adamlar necə böyük bir şair olduğunu başa düşmürdülərsə belə, onun necə yaxşı insan olduğuna bütün varlıqları ilə inanırdılar. Bu müddət ərzində Abdullah "dayının" babasından danışdığı xatirələr əsasında Nazım "Kuvvayi-Milliye"ni yazır, hər kəsin cani olaraq bildiyi Palaz isə bu vaxt ərzində heç kimə heç nə etmir.

Bir gün Nazımın başqa həbsxanaya köçürülmə qərarı gəlir. Bundan sonra isə Palaz yenə də həyatının əvvəlki rənginə bürünərək "Feriköylü" İbrahim adlı birini öldürür, daha sonra isə Sinop həbsxanasına sürgün edilir.

"43 nəfərin həyatına son verən bir qatillə Nazımı birləşdirən nə idi?" sualına cavabı şairin şeirlərində tapa bildim. Xəyalpərəst bir idealist olan Nazım bir daha sübut etmişdi ki, ən cani insanın belə yaxşılıqla, gözəlliklə içindəki təmiz qalan yerləri üzə çıxarmaq olar.

"İlk dəfə həbsxana qapısından 12 yaşında içəri girən Palaz bəs o yaşlarda Nazımı tanıya bilsəydi, həyatı necə şəkillənərdi?", - deyə düşünürəm...

Digər xəbərlər