ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır
İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir. 1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...
DÜNYA ƏDƏBİYYATDAN

16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
Yazıçı-publisist Hacı Qəni Camalzadə ilə görüş keçirilib

GÜNDƏM
22.04.2025, 17:25 Oxunub: 516
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Nərimanov rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı-publisist, I Qarabağ müharibəsi iştirakçısı Hacı Qəni Camalzadə ilə görüş keçirilib.
Tədbirdə yazıçı-publisist, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, “Ədəbiyyat” qəzetinin şöbə müdiri Aydınxan Əbilov, şair, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü
Şahin Həmidli, Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri, kitabxananın fəal oxucuları iştirak ediblər.
İlk öncə vətənimizin azadlığı uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan aparıcı yazıçının həyat və yaradıcılığı haqqında geniş məlumat verib. O vurğulayıb ki, tarixi romanların və çoxsaylı hekayələrin müəllifi Hacı Qəni Camalzadə özünəməxsus yazı üslubu, xüsusi dəsti xətti ilə sayılıb-seçilən yazıçılardan biridir.
Daha sonra çıxış edən yazıçı yaradıcılıq planlarından danışıb, yazmaq istədiyi yeni əsərlər və hekayələr haqqında məlumat verib.
Tədbir zamanı çıxış edən qonaqlar yazıçının şəxsi keyfiyyətləri,qələmə aldığı əsərləri, bu əsərlərdə cəmiyyətə çatdırmaq istəyi mesajlar haqqında danışıblar. Qeyd ediblər ki, yazıçı real həyat həqiqətlərinə söykənən maraqlı əsərləri ilə oxucularının xüsusi rəğbətini qazanıb.
Tədbirdə yazıçının həyat və yaradıcılığına həsr olunmuş videoçarx nümayiş etdirilib.

Digər xəbərlər
