usd-1.7000 eur-1.9277 rub-2.0509
Bakı 21°C 2.11 m/s
Son xəbərlər
23-04-2025
22-04-2025
21-04-2025

ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir.  1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Öpülməkdən gözəl dünyada nə var...- Günün şeiri

details

ƏDƏBİYYAT

23.04.2025, 13:38 Oxunub: 60

1001info.az "Günün şeiri" rubrikasında Zəlimxan Yaqubun şeirini təqdim edir.

 

DAĞ OLMAQ, SAĞ OLMAQ

Ölümdən sonra da tapıb həyatı,

Dirilməkdən gözəl dünyada nə var.

Qoy səni dərsinlər bar ağacı tək,

Dərilməkdən gözəl dünyada nə var.

              

Minbir ətir kimi, min bir rəng kimi,

Səpilməkdən gözəl dünyada nə var.

Qoy səni öpsünlər bir bulaq kimi,

Öpülməkdən gözəl dünyada nə var.

              

Bir başı dumanlı, qoynu çiçəkli,

Dağ olmaqdan gözəl dünyada nə var.

Ağrıdan aralı, dərddən uzaqda,

Sağ olmaqdan gözəl dünyada nə var.

              

Dağ olmaq, sağ olmaq bir şeydi məncə,

Nə tufan, nə boran apara bilmir.

Yerin zəlzələsi, göyün şimşəyi,

Səni öz köksündən qopara bilmir.

Digər xəbərlər