usd-1.7000 eur-1.7938 rub-1.6915
Bakı 14°C 7.53 m/s
Son xəbərlər
20-11-2024
15-11-2024
09-11-2024
08-11-2024
05-11-2024
04-11-2024
03-11-2024
01-11-2024

ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir.  1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Müasir dövrdə Azərbaycançılıq məfkurəsi - Sona Vəliyeva yazır

details

TARİX, ƏDƏBİYYAT

11.12.2023, 11:54 Oxunub: 3005

 Azər­bay­ca­nın müa­sir ədə­bi-es­te­tik
və ic­ti­mai fik­rin­də azər­bay­can­çı­lıq məf­ku­rə­si

 

Bu gün azər­bay­can­çı­lıq ideo­lo­gi­ya­sı Ya­şar Qa­ra­ye­vin tə­bi­rin­cə söy­lə­sək, özü­nün növ­bə­ti – üçün­cü sə­viy­yə­si­nə yük­səl­mək­də­dir. Gör­kəm­li ali­min fik­rin­cə: “Mil­li ide­ya döv­lət­çi­lik hü­du­dun­da mil­li məf­ku­rə­yə o za­man çev­ri­lir ki, bu ide­ya­ya sa­hib­lik­də, üs­tə­lik, döv­lət ər­lə­ri və ön­dər­lə­ri ilə zi­ya­lı eli­ta və bü­töv əha­li ara­sın­da mo­no­lit həm­rəy­lik hökm-fər­ma olur. Əzə­li, əbə­bi Azər­bay­ca­nı bir yum­ruq­da bir­ləş­di­rən mə­nə­vi ca­zi­bə mə­ka­nı da in­di yal­nız bu bü­töv­lü­yün məh­və­rin­də ya­ra­na bi­lər”.

Azər­bay­can­çı­lıq ideo­lo­gi­ya­sı Hey­dər Əli­yev ki­mi müd­rik bir si­ya­si li­de­rin şəx­sin­də özü­nün qüd­rət­li qa­ran­tı­nı tap­mış­dır. Di­gər tə­rəf­dən, azər­bay­can­çı­lıq ideo­lo­gi­ya­sı­nın öz in­ki­şa­fın­da­kı üçün­cü sə­viy­yə­yə keç­mə­si baş­qa bir cə­hət­lə də əla­mət­dar­dır. Bu da on­dan iba­rət­dir ki, bu ideo­lo­gi­ya ar­tıq müa­sir el­min nai­liy­yət­lə­ri­nə əsas­la­na­raq, özü­nün el­mi-nə­zə­ri əsas­la­rı­nı da tək­lif edir, nə­zə­riy­yə və təc­rü­bə­nin vəh­də­ti­ni də tə­cəs­süm et­di­rir. Bu mə­na­da, Ra­miz Meh­di­ye­vin, Ya­şar Qa­ra­ye­vin, Sə­la­həd­din Xə­li­lo­vun, Ni­za­mi Cə­fə­ro­vun, Ya­qub Mah­mu­do­vun, Ana­rın, Azad Nə­bi­ye­vin... on­lar­ca fi­lo­loq, fi­lo­sof, so­sio­loq, psi­xo­loq və po­li­to­lo­qun azər­bay­can­çı­lı­ğa da­ir təd­qi­qat iş­lə­ri təq­di­rə­la­yiq­dir.

Bu araş­dır­ma­lar içə­ri­sin­də fəl­sə­fə elm­lə­ri dok­to­ru, pro­fes­sor Sə­la­həd­din Xə­li­lo­vun çox­say­lı əsər­lə­ri xü­su­si qeyd olun­ma­lı­dır. Onun “Fəl­sə­fə­dən si­ya­sə­tə” (Ba­kı, 1998), “Li­der, döv­lət, cə­miy­yət” (Ba­kı, 2001), “Hey­dər Əli­yev və azər­bay­can­çı­lıq məf­ku­rə­si” (Ba­kı, 2002) ki­tab­la­rı bu mə­na­da xü­su­si əhə­miy­yət kəsb edir.

S.Xə­li­lo­vun ge­niş və əha­tə­li tu­tu­mu ilə fərq­lə­nən əsər­lə­rin­dən bi­ri “Hey­dər Əli­yev və azər­bay­can­çı­lıq məf­ku­rə­si” ki­ta­bı­dır. Ki­tab Hey­dər Əli­ye­vin ide­ya­la­rı əsa­sın­da for­ma­la­şan müa­sir azər­bay­can­çı­lıq tə­li­mi­nin el­mi-nə­zə­ri və ideo­lo­ji bir sis­tem ki­mi şər­hi­nə həsr olun­muş­dur. Mü­əl­lif Hey­dər Əli­ye­vin ha­ki­miy­yə­tə qa­yı­dı­şın­dan son­ra Azər­bay­can­da for­ma­laş­ma­ğa baş­la­yan mil­li in­ki­şaf stra­te­gi­ya­sı­nın ide­ya-si­ya­si əsas­la­rı­nı təh­lil edir, azər­bay­can­çı­lıq ide­ya­sı­nın bir­ləş­di­ri­ci ro­lu­nu el­mi cə­hət­dən araş­dı­rır. Əsə­rin baş­lı­ca ide­ya­sı bun­dan iba­rət­dir ki, bə­şə­ri də­yər­lə­rin qiy­mət­lən­dir­mə me­yar­la­rı­nın mil­li səd­lə­ri aş­dı­ğı qlo­bal­laş­ma şə­rai­tin­də bir mil­lə­tin məf­ku­rə­si ol­maq eti­ba­ri­lə yal­nız res­pub­li­ka və­tən­daş­la­rı­nın, döv­lə­tin de­yil, bü­tün dün­ya­da ya­şa­yan azər­bay­can­lı­la­rın, ha­be­lə bir ne­çə nə­sil Azər­bay­can­da ya­şa­mış və bu­ra­nı öz Və­tə­ni sa­yan di­gər et­nik və mil­li az­lıq­la­rın ma­raq­la­rı­nı ifa­də edən müa­sir azər­bay­can­çı­lıq kon­sep­si­ya­sı­nı müs­tə­qil döv­lə­ti­mi­zin stra­te­ji in­ki­şaf xət­ti ki­mi ilk də­fə Hey­dər Əli­yev irə­li sür­müş­dür.

Əsər­də azər­bay­can­çı­lı­ğın əsas­la­rı ki­mi söh­bət tək­cə mil­li dil­dən, din­dən, adət-ənə­nə­dən, mə­də­ni-mə­nə­vi də­yər­lər­dən, ha­be­lə bu də­yər­lə­rin rəs­mi döv­lət fər­man­la­rı ilə təs­bit olun­ma­sın­dan get­mir. Mü­əl­li­fin möv­qe­yi be­lə­dir ki, bu mil­li sər­vət­lə­rin ay­rı-ay­rı­lıq­da öy­rə­nil­mə­si, də­yər­lən­di­ril­mə­si, sa­də­cə qo­ru­nub sax­lan­ma­sı az­dır, bu də­yər­lər ic­ti­mai miq­yas­da, Və­tən miq­ya­sın­da məhz di­na­mik bir pro­ses ki­mi, ic­ti­mai var­lı­ğı­mı­zın ay­rıl­maz tər­kib his­sə­si ki­mi sax­la­nıl­ma­lı və in­ki­şaf et­di­ril­mə­li­dir.

S.Xə­li­lo­vun fik­rin­cə, əsas və­zi­fə prob­le­mə tək­cə mil­li-et­nik müs­tə­vi­də de­yil, həm də ic­ti­mai-si­ya­si müs­tə­vi­də bax­maq, mil­li-mə­nə­vi də­yər­lə­ri ye­ni qu­ru­lan cə­miy­yə­tin bi­la­va­si­tə struk­tu­ru­na da­xil et­mək… mil­li şü­ur­la döv­lət­çi­lik şüu­ru­nu bir­ləş­dir­mək­dir.

S.Xə­li­lo­vun ki­ta­bın­da Hey­dər Əli­ye­vin ana di­li, mil­li-mə­nə­vi də­yər­lə­ri­miz və mə­də­niy­yə­ti­miz­lə bağ­lı fi­kir­lə­ri əsa­sın­da dün­ya azər­bay­can­lı­la­rı və azər­bay­can­çı­lıq ide­ya­sı, va­hid mil­li-mə­nə­vi mə­kan, mil­li-et­nik və mil­li zi­ya­lı­lıq, mə­nə­viy­yat və döv­lət­çi­lik, müa­sir­lik ki­mi ak­tu­al prob­lem­lər üz­rə ge­niş fəl­sə­fi təh­lil apa­rıl­mış­dır.

Mü­əl­lif azər­bay­can­çı­lı­ğın el­mi­li­yi­nin özü­nə­məx­sus struk­tu­ru­nu aç­mış, mil­li mün­də­ri­cə­dən çı­xa­raq mil­li­lik və ümum­bə­şə­ri­li­yin vəh­də­tin­dən çı­xış edən bir məf­ku­rə ki­mi onu for­ma­laş­dı­ran amil­lə­ri gös­tər­miş­dir. Hə­min kom­po­nent­lər bun­lar­dır: 1) Azər­bay­can mil­li-et­nik ger­çək­li­yi; 2) di­li­miz; 3) is­lam di­ni; 4) mil­li mən­şə­yin hə­yat tər­zin­də, məi­şət­də, mə­ra­sim­lər­də sax­la­nı­lan ümu­mi əla­mə­ti olan et­noq­ra­fi­ya; 5) to­po­ni­mi­ka; 6) ar­xeo­lo­gi­ya və mad­di mə­də­niy­yət nü­mu­nə­lə­ri; 7) mil­li-mə­nə­vi mə­də­niy­yət.

Hər han­sı bir xal­qın mil­li kim­lik mə­sə­lə­si tək­cə onun di­li, di­ni, adət-ənə­nə­lə­ri ilə mü­əy­yən olun­mur. Mil­lət ki­mi for­ma­laş­ma­ğın bir şər­ti də spe­si­fik dün­ya­gö­rü­şü və mil­li-fəl­sə­fi fi­kir­dir. Bir sı­ra xalq­lar bö­yük fəl­sə­fi tə­lim­lər ya­rat­maq­la dün­ya­ya el­mi ba­xı­şın mil­li mo­del­lə­ri­ni iş­lə­yib ha­zır­la­mış və bu­nu bü­tün baş­qa xalq­la­ra qə­bul et­dir­mə­yə na­il ola bil­miş­lər. An­tik fəl­sə­fə­nin, XVI­II əsr fran­sız maa­rif­çi fəl­sə­fə­si­nin, ya­xud klas­sik al­man fəl­sə­fə­si­nin tək öz xalq­la­rı­na de­yil, bü­töv­lük­də Av­ro­pa­ya, hət­ta bü­tün dün­ya xalq­la­rı­nın el­mi dün­ya­gö­rü­şü­nə bö­yük tə­si­ri ol­muş­dur.

Pro­fes­sor S.Xə­li­lo­vun gös­tər­di­yi ki­mi, ne­çə əsr­lər ər­zin­də Azər­bay­can­da da nis­bi müs­tə­qil dün­ya­gö­rü­şü, mil­li-fəl­sə­fi fi­kir for­ma­laş­mış­dır. “Ki­ta­bi-Də­də Qor­qud”da, mil­li na­ğıl və das­tan­la­rı­mız­da tək­cə bə­dii dü­şün­cə de­yil, həm də spe­si­fik dün­ya­gö­rü­şü­nün və bir in­san-dün­ya mü­na­si­bət­lə­ri­nin özü­nə­məx­sus mo­de­li­nin tə­za­hü­rü du­yul­maq­da­dır. Ar­tıq bu du­yum­la­rın el­mi-fəl­sə­fi təh­li­li­nə bö­yük eh­ti­yac ya­ran­mış­dır. Azər­bay­can­da fəl­sə­fi fi­kir çox vaxt ədə­bi-bə­dii fi­kir kon­teks­tin­də üzə çıx­dı­ğın­dan biz azər­bay­can­çı­lı­ğın fəl­sə­fi tə­mə­li­ni də məhz şi­fa­hi xalq ədə­biy­ya­tın­da, bö­yük ya­zı­çı və şa­ir­lə­ri­mi­zin ya­ra­dı­cı­lı­ğın­da ax­tar­ma­lı­yıq.

S.Xə­li­lo­vun fik­rin­cə, mil­li-fəl­sə­fi fik­rin qay­naq­la­rı Bəh­mən­yar və Sü­hrə­ver­di ki­mi bö­yük fi­kir adam­la­rı­nın əsər­lə­rin­dən da­ha çox, o döv­rün poe­zi­ya­sın­da ax­ta­rıl­ma­lı­dır. Çün­ki Aris­to­tel fəl­sə­fə­si­nə əsas­la­nan və onun da­va­mı ki­mi or­ta­ya çı­xan fəl­sə­fi trak­tat­lar da­ha çox an­tik dü­şün­cə tər­zi­nə əsas­la­nır­dı.

Or­ta əsr­lər­də ya­şa­mış Azər­bay­ca­nın ta­nın­mış fi­lo­sof­la­rı, əsa­sən, ümum­bə­şə­ri fəl­sə­fi fik­rin in­ki­şa­fı­na xid­mət et­miş­lər. Mil­li-fəl­sə­fi fik­rin qay­naq­la­rı isə ilk növ­bə­də Də­də Qor­qud­da ax­ta­rıl­ma­lı­dır. La­kin mil­li-fəl­sə­fi fi­kir həm də ya­zı­lı ədə­biy­yat­da Ni­za­mi, Nə­si­mi, Fü­zu­li ki­mi şa­ir-fi­lo­sof­la­rın ya­ra­dı­cı­lı­ğın­da öz ək­si­ni ta­pır­dı.

Mə­həb­bət fəl­sə­fə­si fər­di-mə­nə­vi dün­ya­nın ali­li­yi, in­sa­nın mə­nə­vi ka­mil­li­yi­nin ön pla­na çə­kil­mə­si, qey­rət, mərd­lik, sə­da­qət, na­mus ki­mi ka­te­qo­ri­ya­la­rın prio­ri­tet­li­yi azər­bay­can­çı­lı­ğın fəl­sə­fi-etik əsas­la­rı­nı təş­kil edir­di.

Qərb fəl­sə­fi dü­şün­cə­sin­dən fərq­li ola­raq ic­ti­mai təş­ki­lat­lan­ma, ic­ti­mai ola­nın fər­di olan­dan üs­tun tu­tul­ma­sı ki­mi key­fiy­yət­lə­rin ar­xa plan­da qal­ma­sı azər­bay­can­çı­lı­ğın bir məf­ku­rə ola­raq zə­if cə­hət­lə­ri idi.

Çağ­daş Azər­bay­can fəl­sə­fi fik­rin­də azər­bay­can­çı­lıq mə­sə­lə­lə­ri­nə həsr olun­muş cid­di el­mi əsər­lər­dən bi­ri, yu­xa­rı­da qeyd et­di­yi­miz ki­mi, pro­fes­sor Sə­la­həd­din Xə­li­lo­vun “Hey­dər Əli­yev və azər­bay­can­çı­lıq məf­ku­rə­si” əsə­ri­dir. Tə­sa­dü­fi de­yil­dir ki, bu ki­tab­da­kı müd­dəa­lar mət­bu­at­da ge­niş mü­za­ki­rə olu­nur. Aka­de­mik Bu­daq Bu­da­qov ya­zır: “Pro­fes­sor Sə­la­həd­din Xə­li­lo­vun “Hey­dər Əli­yev və azər­bay­can­çı­lıq məf­ku­rə­si” ki­ta­bı azər­bay­can­çı­lı­ğın in­teq­ra­tiv məz­mu­nu­nun açıl­ma­sı­na, türk mən­şə­li xalq­lar­la ya­na­şı tat, ta­lış, kürd və s. et­nik mən­şə­li qrup­la­rın da azər­bay­can­çı­lı­ğın for­ma­laş­ma­sın­da iş­ti­rak et­mə­si­nin əsas­lan­dı­rıl­ma­sı­na həsr olu­nub. Bu əsər Azər­bay­ca­nın bü­töv­lü­yü­nü, res­pub­li­ka­mız­da ya­şa­yan bü­tün xalq­la­rın sar­sıl­maz bir­li­yi­ni tə­cəs­süm et­dir­mək­lə ya­na­şı, bu sa­hə­də ya­zıl­mış ilk el­mi-fəl­sə­fi mo­noq­ra­fi­ya­dır”.

Mü­əl­lif gös­tə­rir ki, Azər­bay­can Res­pub­li­ka­sı­nın Kons­ti­tu­si­ya­sın­da döv­lət di­li­nin Azər­bay­can di­li ki­mi təs­bit olun­ma­sı da tə­sa­dü­fi de­yil. Azər­bay­can di­li öl­kə­miz­də ya­şa­yan yer­li xalq­la­rın bö­yük ək­sə­riy­yə­ti tə­rə­fin­dən qə­bul olun­du­ğu­na və bu­ra­da hər han­sı bir et­no­sun adı­na üs­tün­lük ve­ril­mə­di­yi­nə gö­rə bir­ləş­di­ri­ci sə­ciy­yə da­şı­yır.

Pro­fes­sor S.Xə­li­lo­vun ki­ta­bın­da Azər­bay­can di­li­nin in­teq­ra­tiv möv­qe­yi ilə ya­na­şı, həm də is­lam di­ni­nin bü­tün et­nik qrup­lar üçün oy­na­dı­ğı ro­la ge­niş yer ve­ri­lib.

Ki­tab­da va­hid mə­də­ni-mə­nə­vi mə­kan kon­sep­si­ya­sı iş­lə­nib ha­zır­la­nıb. Bü­tün bun­lar azər­bay­can­çı­lı­ğın məhz in­teq­ra­tiv bir tə­lim ol­du­ğu­nu əsas­lan­dır­maq üçün­dür. Bu məq­səd­lə mü­əl­lif dün­ya təc­rü­bə­si­ni nə­zə­rə al­mış və mil­li­li­yin el­mi-fəl­sə­fi qay­naq­la­rı­nın araş­dı­rıl­ma­sı­na ge­niş yer ver­miş­dir. Aka­de­mik Bu­daq Bu­da­qov S.Xə­li­lo­vun di­gər əsər­lə­rin­də də azər­bay­can­çı­lıq ide­ya­la­rı­na ge­niş yer ayır­dı­ğı­nı, “Ca­vid və Cab­bar­lı. Müx­tə­lif­li­yin vəh­də­ti” ki­ta­bın­da hər iki mü­əl­li­fin ya­ra­dı­cı­lı­ğı­na məhz azər­bay­can­çı­lıq kon­teks­tin­də qiy­mət ver­di­yi­ni gös­tə­rir.

Azər­bay­can­çı­lıq ide­ya­sı­nın prak­tik mə­na­sı Azər­bay­can döv­lət­çi­li­yi­nin, Azər­bay­can di­li­nin, mə­də­niy­yə­ti­nin, mil­li-mə­nə­vi də­yər­lə­rin, mü­tə­rəq­qi adət-ənə­nə­lə­rin qo­ru­nub sax­lan­ma­sı­nı, əbə­di ya­şa­ma­sı­nı özü­nün mil­li və və­tən­daş bor­cu he­sab edən in­san­la­rın ye­tiş­di­ril­mə­si­dir; elə in­san­la­rın tər­bi­yə edil­mə­si­dir ki, bu in­san­lar sa­da­la­dı­ğı­mız də­yər­lər­lə fəxr edə­rək, on­la­rın qo­run­ma­sı mis­si­ya­sı­nı nə­sil­dən-nəs­lə ötür­sün. Bu mə­na­da Ra­miz Meh­di­ye­vin “Azər­bay­can­da si­ya­sət: dü­nən, bu gün və sa­bah” ad­lı əsə­ri xü­su­silə diq­qəti cəlb edir.

Mü­əl­lif son 9 il­də (1993-2002) Azər­bay­can­da hə­ya­ta ke­çi­ri­lən döv­lət si­ya­sə­ti­ni məhz bu kon­tekst­dən təh­lil edə­rək gör­kəm­li li­der Hey­dər Əli­ye­vin 2001-ci il no­yab­rın 21-də Ye­ni Azər­bay­can Par­ti­ya­sı­nın II qu­rul­ta­yın­da öl­kə­nin XXI əsr­də in­ki­şaf ideo­lo­gi­ya­sın­dan da­nı­şar­kən gəl­di­yi fik­ri xa­tır­la­dır: “Biz elə nə­sil ye­tiş­dir­mə­li­yik ki, tək­cə bi­zim vax­tı­mız­da yox, biz­dən son­ra da on­lar Azər­bay­ca­nın xə­ta­la­ra düş­mə­si­nə im­kan ver­mə­sin­lər. On­lar düz yol­la, doğ­ru yol­la, mil­li his­siy­yat­lar yo­lu ilə get­mə­li­dir­lər”. Da­ha son­ra bu fik­ri ət­raf­lı şərh edən R.Meh­di­yev ya­zır: “Məhz mil­li his­lə­rə, mil­li ənə­nə­lə­rə də­rin sə­da­qət, mil­li ey­niy­yə­ti, öz­gür­lü­yü bər­qə­rar et­mək və qo­ru­yub-sax­la­maq niy­yə­ti, Qərb və Şər­qin ta­ri­xi nai­liy­yət­lə­ri ilə zən­gin­ləş­mə əsa­sın­da cə­miy­yə­tin mo­dern­ləş­di­ril­mə­si, güc­lü və müs­tə­qil Azər­bay­can qur­ma­ğa qa­dir mil­li çox­lu­ğun for­ma­laş­dı­rıl­ma­sı son 8 il­də hə­ya­ta ke­çi­ri­lən möh­kəm və uğur­lu döv­lət qu­ru­cu­lu­ğu­nun rəh­ni­dir”.

“Bü­tün kor­po­ra­si­ya­la­rı bir­ləş­di­rən ali qüv­və, hət­ta de­mək olar ki, mü­qəd­dəs qüv­və döv­lət­dir. Mü­ha­fi­zə­kar­lıq bə­ra­bər­li­yə de­yil, cə­miy­yə­tin vəh­də­ti­nə ça­lı­şır ki, ora­da hər bir şəx­siy­yət mü­əy­yən ni­za­mın iş­ti­rak­çı­sı ol­sun. Çün­ki güc­lü döv­lət ol­ma­sa, cə­miy­yət anar­xi­ya­nın hök­mü al­tın­da qa­la bi­lər”.

S.Xə­li­lo­vun “Hey­dər Əli­yev və azər­bay­can­çı­lıq məf­ku­rə­si” ki­ta­bı­na yaz­dı­ğı ön söz­də bu ide­ya­nı da­ha da ge­niş­lən­di­rən R.Meh­di­yev azər­bay­can­çı­lı­ğın möv­cud­lu­ğu­nun iki mü­hüm şər­ti­ni gös­tə­rir və eti­raf edir ki, bu ideo­lo­gi­ya­nın ay­rı-ay­rı ele­ment­lə­ri ailə­lər­də, müx­tə­lif in­san və top­lum­la­rın mə­nə­vi alə­min­də ya­şa­ya bi­lir. La­kin əl­bət­tə ki, azər­bay­can­çı­lı­ğın in­ki­şa­fı onun yal­nız bir mil­li-et­nik də­yər ki­mi dar müs­tə­vi­də, bir et­no­sun için­də de­yil, müs­tə­qil döv­lə­tin xü­su­si hi­ma­yə­si al­tın­da ic­ti­mai-si­ya­si və mə­də­ni hə­ya­tın bü­tün sa­hə­lə­rin­də tət­biq olun­ma­sı­nı tə­ləb edir. Be­lə­lik­lə, R.Meh­di­yev azər­bay­can­çı­lı­ğın ye­ni dövr­də da­ha bö­yük in­ki­şaf yo­lu­na ke­çə­cə­yi­ni proq­noz­laş­dı­rır və bu­nu dün­ya xə­ri­tə­sin­də müs­tə­qil, su­ve­ren Azər­bay­can döv­lə­ti­nin möv­cud­lu­ğu ilə bağ­la­yır. Bu nöq­te­yi-nə­zər­dən azər­bay­can­çı­lı­ğa va­hid, bö­lün­məz Azər­bay­ca­nı qo­ru­yub sax­la­maq və möh­kəm­lən­dir­mək üçün va­si­tə ki­mi ba­xan R.Meh­di­yev ya­zır: “Bu gün “azər­bay­can­çı­lıq” mil­li hə­ya­tın, kon­fes­si­ya­la­rın har­mo­ni­ya­sı­nın ço­xəsr­lik ənə­nə­si, öl­kə­də ya­şa­yan bü­tün mil­lət­lə­rin və et­nik qrup­la­rın qar­daş­lı­ğı, qar­şı­lıq­lı əla­qə və tə­si­ri­nin ta­ri­xi, on­la­rın ümu­mi ta­le­yi və müs­tə­qil Azər­bay­ca­nın bü­töv­lü­yü uğ­run­da bir­gə mü­ba­ri­zə­si­nin ta­ri­xi təc­rü­bə­si­dir”.

R.Meh­di­ye­vin “Azər­bay­can­da si­ya­sət: dü­nən, bu gün və sa­bah” mə­qa­lə­sin­də ha­zır­da dün­ya­ya hökm edən qlo­bal­laş­ma ilə mil­li ideo­lo­gi­ya­nın qar­şı­lıq­lı mü­na­si­bət­lə­rin­dən də hər­tə­rəf­li bəhs olun­muş­dur. Mü­əl­lif ya­zır ki, qlo­bal­laş­ma şə­rai­tin­də for­ma­la­şan hər han­sı ideo­lo­gi­ya özün­də həm cə­miy­yə­tin mo­derləş­di­ril­mə­si­ni, həm də va­hid ümum­bə­şə­ri də­yər­lə­rin və əx­laq prin­sip­lə­ri­nin ya­yıl­ma­sın­dan do­ğan qütb­ləş­mə­ni tə­cəs­süm et­di­rir. Möv­cud və­ziy­yət­də azər­bay­can­çı­lıq mil­li ide­ya­nın əsas for­ma­sı ki­mi tə­səv­vür edi­lir və ona in­teq­ra­tiv ide­ya ki­mi ya­naş­maq la­zım­dır. Bu ide­ya­nın əsa­sın­da si­vil Av­ra­si­ya bir­li­yi­nin bir his­sə­si – özü­nə­xas mil­li öz­gür­lü­yə, ənə­nə­yə, mil­li ey­niy­yə­tə və men­ta­li­te­tə ma­lik Azər­bay­can haq­qın­da tə­səv­vür da­ya­nır.

Ra­miz Meh­di­ye­vin bu mə­qa­lə­si azər­bay­can­çı­lı­ğın müs­tə­qil Azər­bay­can döv­lət­çi­li­yi kon­teks­tin­də möh­kəm kök sal­dı­ğın­dan və əsr­lər ­bo­yu ya­şa­ya­ca­ğın­dan xə­bər ve­rir. Mə­qa­lə­də bu­nun mil­li-psi­xo­lo­ji və so­sio­lo­ji as­pekt­lə­ri də­qiq kon­tur­lar­la for­mul­laş­dı­rıl­mış­dır. Mü­əl­lif göstərir ki, bir hal­da ki qə­dim mə­də­niy­yət qay­naq­la­rın­dan və ta­rix­dən gə­lən ənə­nə­lə­rə mən­sub­luq bü­tün həm­və­tən­lə­ri­mi­zin ri­fa­hı na­mi­nə döv­lə­tin möv­cud ol­ma­sı­nın əsa­sı­nı təş­kil edir, de­mə­li, bu döv­lət mə­na­fe­lə­rin me­xa­ni­ki məc­mu­su de­yil, ək­si­nə, ümu­mi mə­na­fe­lə­rin tə­cəs­sü­mü­dür. O mə­na­fe­lə­rin ki, və­tən­daş­lar bun­la­rın na­mi­nə nə­in­ki öz mül­kiy­yə­ti­ni, həm də hə­yat­la­rı­nı qur­ban ver­mə­yi ba­car­ma­lı­dır­lar. “Və­tən, onun ta­ri­xi, di­li və adət-ənə­nə­lə­ri ilə fərd və­tən­da­şa çev­ri­lir, çün­ki ba­şa dü­şür ki, və­tə­nə olan təh­lü­kə onun özü­nə, bü­töv­lük­də onun var­lı­ğı­na olan təh­lü­kə­dir. Döv­lə­tin tə­rəq­qi­si­ni, təh­lü­kə­siz­li­yi­ni, əra­zi bü­töv­lü­yü­nü və mil­li ru­hun va­ris­li­yi­ni tə­min et­mək səy­lə­rin­də və­tən­daş baş­lı­ca ami­lə çev­ri­lir. Azər­bay­can xal­qı­nın da­xi­li po­ten­sia­lı­nı, in­tel­lek­tu­al fe­no­me­ni­ni və mə­də­ni ir­si­ni özün­də cəm­ləş­di­rən, on­la­rı gə­lə­cə­yə ötü­rən və bu za­man mil­lə­tin bir­li­yi­nə, so­siu­mun ru­hu­nun əzə­mə­ti­nə və fəa­liy­yə­ti­nin məq­səd­yön­lü­lü­yü­nə ça­lı­şan azər­bay­can­çı­lıq da bu mə­na­da tə­səv­vür edi­lir”.

Azər­bay­can­çı­lı­ğın ye­ni dövr­də mo­dern­ləş­mə­sin­də, el­mi-nə­zə­ri kon­sep­si­ya ki­mi for­ma­laş­ma­sın­da gör­kəm­li ədə­biy­yat­şü­nas, pro­fes­sor Ya­şar Qa­ra­ye­vin xid­mət­lə­ri xü­su­si qeyd edil­mə­li­dir. O, bir tə­rəf­dən is­te­dad­lı ədə­biy­yat ta­rix­çi­si ki­mi ədə­bi-bə­dii fik­ri­mi­zin in­ki­şa­fı kon­teks­tin­də azər­bay­can­çı­lı­ğın yük­sə­liş xət­ti­ni diq­qət­lə iz­lə­miş, ay­rı-ay­rı ya­zı­çı və mü­tə­fək­kir­lə­ri­mi­zin ya­ra­dı­cı­lı­ğın­da bu xət­tin tə­za­hür­lə­ri­nə də­rin­dən diq­qət ye­tir­miş, o bi­ri tə­rəf­dən isə tə­əs­süb­keş bir və­tən­daş yan­ğı­sı ilə müa­sir döv­rü­mü­zün ən ağ­rı­lı hə­qi­qət­lə­ri­ni üzə çı­xar­mış­dır. “Ta­ri­xin Qa­ra­bağ yad­da­şı – dü­nən və bu gün” mə­qa­lə­sin­də mü­əl­li­fi azər­bay­can­çı­lı­ğın so­si­al ba­za­sı na­ra­hat edir.

Y.Qa­ra­yev ürək ağ­rı­sı və tə­əs­süf his­si ilə ya­zır­dı ki, ta­le­yük­lü, ulu­sal bir sər­vət ki­mi mil­li vəh­dət ide­ya­sı əra­zi­dən də əv­vəl əha­li­yə aid bir ide­ya­dır. Mil­lə­ti loğ­ma-ti­kə et­mə­yə ha­zır bir cə­miy­yət (et­nos, tay­fa, qrup, ti­rə, qövm) gec-tez tor­pa­ğın bö­lün­mə­si­nə, əra­zi­nin it­mə­si­nə də gə­ti­rib çı­xa­ra bi­lər. Əra­zi vəh­də­ti­ni bir prob­lem ki­mi ümum­mil­li vəh­dət ide­ya­sın­dan ayır­maq qey­ri-müm­kün­dür. “Azər­bay­can” sö­zü Azər­bay­can­da­kı bü­tün qövm­lə­rin vəh­dət və bir­li­yi de­mək­dir. Bu­nu göz bə­bə­yi ki­mi qo­ru­maq, qəd­ri­ni-qiy­mə­ti­ni bil­mək la­zım­dır. Tək­cə qöv­mi yox, sin­fi va­hid­lə­ri və qütb­lə­ri də (tə­bə­qə, qrup, qat, silk, fir­qə…) mən ey­ni, bü­töv mil­li vəh­də­tin tər­kib his­sə­lə­ri he­sab edi­rəm. Mü­xa­li­fət dinc döv­rün cah-ca­la­lı­dır. Ay­rıl­ma­ğı, bö­lün­mə­yi hərb vax­tı elan et­mir­lər. Ya­xın beş il­də ne­çə də­fə tək­rar et­di­yi­miz bu səh­vi (mü­xa­li­fət-tə­til-is­te­fa sind­ro­mu­nu) gə­lin, heç ol­ma­sa, in­di tək­rar et­mə­yək. Be­lə qütb­ləş­mə­lər, şaq­qa­lar, ay­rıl­ma­lar hə­mi­şə bi­zim­lə vu­ru­şan ci­na­ha xid­mət edib və ye­nə də edir”.

Y.Qa­ra­ye­vin bu fi­kir­lə­ri­ni tək­par­ti­ya­lı­lı­ğa qa­yı­dış ça­ğı­rı­şı ki­mi qiy­mət­lən­dir­mək yan­lış olar­dı, çün­ki bu sə­tir­lə­rin qə­lə­mə alın­dı­ğı dövr Azər­bay­can tor­paq­la­rı­nın er­mə­ni se­pa­rat­çı­la­rı tə­rə­fin­dən bir-bi­ri­nin ar­dın­ca iş­ğal olun­du­ğu, min­lər­lə həm­və­tə­ni­mi­zin öz doğ­ma ev-eşik­lə­rin­dən di­dər­gin düş­dü­yü bir dövr idi. Bu, si­ya­si par­ti­ya və küt­lə­vi təş­ki­lat­lar­da, ay­rı-ay­rı si­ya­sət­çi­lər­də mis­li gö­rün­mə­miş ha­ki­miy­yət eh­ti­ra­sı­nın ya­ran­dı­ğı, hə­mi­şə eh­ti­ra­sın kor dik­tə­si ilə on­la­rın öl­kə­də ic­ti­mai sa­bit­li­yin po­zu­cu­su ki­mi çı­xış et­dik­lə­ri və de­mə­li, ümum­mil­li mə­na­fe­lər­dən son də­rə­cə uzaq­laş­dıq­la­rı bir dövr idi. Gör­kəm­li alim ta­ri­xi­mi­zin bu əca­ib döv­rü­nü “Yad­daş­sız­lıq və za­man­sız­lıq – ba­zar döv­rü” ad­lan­dı­rır­dı. Mü­əl­lif bir ne­çə il da­vam et­sə də, acı nə­ti­cə­lə­ri ar­tıq uzun za­man­dır Azər­bay­can xal­qı­nı tə­qib elə­yən bu ba­şı­po­zuq­luq mər­hə­lə­si­nin ic­ti­mai bə­la­la­rı­nı ürək ağ­rı­sı ilə be­lə təs­vir edir: “Şüb­hə­siz, di­dər­gin­lik, qaç­qın­lıq, od-ocaq sön­mə­si bö­yük mü­si­bət­dir, fə­la­kət­dir. La­kin on­dan da bö­yük bə­la odur ki, elm, sə­nət, təd­ris oca­ğı, mək­təb və mu­zey­lər qaç­qın dü­şür, tor­pa­ğın folk­lor qa­tı və ör­tü­yü, ta­rix, yad­daş gi­rov gö­tü­rü­lür; tək­cə tə­biə­tin yox, mə­də­niy­yə­tin land­şaf­tı də­yi­şir”.

Su­ve­ren­li­yi və hür­riy­yə­ti Nov­ru­zə­li və Məhəmmədhəsən ki­mi ba­şa dü­şən­lər, mil­li is­tiq­la­lın mə­na­sı­nı və məz­mu­nu­nu dərk elə­yə bil­mə­yən­lər Azər­bay­ca­nın döv­lət müs­tə­qil­li­yi­nin bər­pa olun­du­ğu ilk dövr­də, hə­qi­qə­tən də, cə­miy­yə­tin bö­yük bir his­sə­si­ni təş­kil edir­di və Y.Qa­ra­yev də bu zid­diy­yə­tin tez­lik­lə ara­dan qal­dı­rıl­ma­sı zə­ru­rə­ti­ni di­lə gə­ti­rə­rək ya­zır­dı: “…Bil­mə­di­lər ki, is­tiq­lal bi­zi nə­dən azad edir: kö­lə­lik­dən, yox­sa əx­la­qi də­yər­lər­dən və mə­nə­vi sər­vət­lər­dən, tor­paq və və­tən üçün mə­su­liy­yət və ca­vab­deh­lik­dən, mil­li borc və vic­dan duy­ğu­sun­da­n? Ba­zar mü­na­si­bət­lə­ri­ni er­mə­ni ilə tor­paq, me­yit, gi­rov, ben­zin al­ve­ri ki­mi, əx­laq­la, na­mus­la, şə­rəf­lə alış-ve­riş ki­mi ba­şa dü­şən­lər ta­pıl­dı”.

Ma­raq­lı­dır ki, bir çox so­si­al tən­qid­çi­lər­dən fərq­li ola­raq Y.Qa­ra­yev və­ziy­yət­dən çı­xış yo­lu­nu da gös­tə­rir, döv­lət su­ve­ren­li­yi­nin su­ve­ren, müs­tə­qil hu­ma­ni­tar şü­ur­dan baş­lan­dı­ğı­nı və onun if­la­sı ilə də bit­di­yi­ni Azər­bay­can Xalq Cüm­hu­riy­yə­ti­nin ta­ri­xi təc­rü­bə­sin­dən yax­şı bil­di­yi üçün uzaq­gö­rən­lik­lə ya­zır­dı ki, kon­sep­tu­al-nə­zə­ri işi, me­to­do­lo­gi­ya­nı bü­töv­lük­də su­ve­ren əsas­lar­da ye­ni­dən qur­maq la­zım­dır. Bu mə­na­da təh­sil, əlif­ba is­la­ha­tın­dan tut­muş Azər­bay­can ta­ri­xi və onun tər­kib his­sə­si ki­mi ədə­biy­yat ta­ri­xi kon­sep­si­ya­sı­nın ye­ni­ləş­mə­si mə­sə­lə­lə­ri­nə diq­qət ye­tir­di­yi “Ta­rix: ya­xın­dan və uzaq­dan” ki­ta­bın­da mü­əl­lif di­nin ic­ti­mai ro­lu prob­le­mi­nə də to­xu­nur: “Təh­sil, ideo­lo­gi­ya, sə­nət­lə ya­na­şı, din də mə­nə­viy­yat, əx­laq və fəl­sə­fə sə­viy­yə­sin­də bu və­zi­fə­ni hə­ya­ta ke­çir­mək üçün öz səy­lə­ri­ni di­gər maa­rif-tər­bi­yə tə­si­sat­la­rı­nın fəa­liy­yə­ti ilə bir­ləş­dir­mə­li­dir”… “Yal­nız məs­cid­lə­ri tə­mir et­mək və mol­la­la­rın şə­bə­kə­si­ni ar­tır­maq göy­lər­lə və Al­lah­la mü­na­si­bət­lə­ri sah­ma­na sal­maq­da bi­zə çə­tin ki kö­mək et­sin. Əgər di­ni əqi­də hə­qi­qə­tən id­rak işı­ğı­nı, ürək­də sev­gi is­ti­si­ni ar­tı­rır­sa, o yal­nız bu za­man əsl və­zi­fə­si­ni ye­ri­nə ye­ti­rir. Yer­də­ki Tan­rı evi­nin rəm­zi heç də tək­cə məs­cid de­yil. Al­la­hın ya­şa­dı­ğı meh­rab və mə­kan, hər şey­dən əv­vəl, mə­nə­viy­yat və ruh­dur. Odur ki ən bö­yük işi daş­da-di­var­da yox, ürək­də və dü­şün­cə­də gör­mək la­zım­dır. Vic­dan, mə­nə­viy­yat və din ye­ni­dən həm mil­li, həm fər­di, şəx­si əx­laq və də­yər ha­lı­na yal­nız bu yol­la çev­ri­lə bi­lər”.

Ya­şar Qa­ra­ye­vin azər­bay­can­çı­lıq sa­hə­sin­də­ki fəa­liy­yə­ti ay­rı­ca təd­qi­qat ob­yek­ti­nə çev­ril­mə­yə la­yiq­dir və Qur­ban Bay­ra­mov­la Ja­lə Qur­ban­qı­zı­nın “Ya­şar Qa­ra­yev: mil­li yad­daş tə­li­mi – azər­bay­can­çı­lıq” ki­ta­bı bu cə­hət­dən ilk ad­dım­dır. Bu­ra­da mü­əl­lif­lər azər­bay­can­çı­lıq ideo­lo­gi­ya­sı­na iki as­pekt­dən ya­na­şır­lar. Bi­rin­ci as­pekt­də on­lar bu ideo­lo­gi­ya­nı ümum­mil­li ideo­lo­gi­ya ki­mi xa­rak­te­ri­zə edir və onu ədə­bi-bə­dii fi­kir ta­ri­xi ilə bağ­la­yır­lar. İkin­ci bir tə­rəf­dən mü­əl­lif­lər azər­bay­can­çı­lı­ğı rəs­mi döv­lət ideo­lo­gi­ya­sı ki­mi sə­ciy­yə­lən­di­rə­rək, onu Azər­bay­can Xalq Cüm­hu­riy­yə­ti­nin ideo­loq­la­rın­dan Əli bəy Hü­seyn­za­də, Məm­məd Əmin Rə­sul­za­də və Nə­ri­man Nə­ri­ma­no­vun ya­ra­dı­cı­lı­ğı ilə bağ­la­yır­lar. Bu mə­na­da Q.Bay­ra­mov və J.Qur­ban­qı­zı Azər­bay­can Xalq Cüm­hu­riy­yə­ti hö­ku­mə­ti­nin “türk­çü­lük” ideo­lo­gi­ya­sı­nı “azər­bay­can­çı­lıq” ki­mi təq­dim edir­lər. Be­lə bir əsas­la ki, “türk­çü­lük” ideo­lo­gi­ya­sı­nın apa­rı­cı tər­kib his­sə­si məhz “azər­bay­can­çı­lıq” is­ti­qa­mə­ti ol­muş­dur.

Yu­xa­rı­da da qeyd et­miş­dik ki, Azər­bay­can­çı­lıq ideo­lo­gi­ya­sı is­tər ədə­bi-bə­dii fi­kir for­ma­sı, is­tər­sə də rəs­mi döv­lət ideo­lo­gi­ya­sı ki­mi bir­dən-bi­rə ya­ran­ma­mış, əsr­lə­rin sı­na­ğın­dan ke­çə­rək, mil­li şü­ur, mil­li id­rak sa­hib­lə­ri­nin fi­kir və əqi­də süz­gə­cin­dən sü­zü­lə­rək, va­hid ümum­mil­li dü­şün­cə və ba­xış sis­te­mi­nə çev­ril­miş­dir. Odur ki azər­bay­can­çı­lı­ğı ümum­mil­li ideo­lo­gi­ya ki­mi yal­nız bir ya­ra­dı­cı­lıq sa­hə­si – ədə­bi-bə­dii fi­kir ta­ri­xi ilə ey­ni­ləş­dir­mək “ümum­mil­li ideo­lo­gi­ya” an­la­yı­şı­nın ma­hiy­yə­ti­ni xey­li də­rə­cə­də sa­də­ləş­dir­mək olar­dı. Doğ­ru­dur, azər­bay­can­çı­lıq ide­ya­sı­nı onun il­kin tə­za­hür­lə­ri­nin əks olun­du­ğu “Ki­ta­bi-Də­də Qor­qud” boy­la­rın­dan baş­la­ya­raq, Şah İs­ma­yı­lın ya­ra­dı­cı­lı­ğın­dan ana xətt ki­mi ke­çən, XIX əs­rin so­nu – XX əs­rin əv­vəl­lə­rin­də fəa­liy­yət gös­tər­miş mil­li maa­rif­çi­lə­rin ya­ra­dı­cı­lı­ğı­na qə­dər da­vam edən uzun bir ta­rix çər­çi­və­sin­də iz­lə­mək müm­kün­dür. La­kin onun ümum­mil­li ideo­lo­gi­ya­ya, mil­lə­tin küt­lə­vi dü­şün­cə və ba­xış sis­te­mi­nə çev­ril­mə­si­ni ədə­bi fi­kir ta­ri­xi­nin heç bir döv­rü ilə bir­mə­na­lı bağ­la­maq müm­kün de­yil­dir. O ki qal­dı Azər­bay­can Xalq Cüm­hu­riy­yə­ti ideo­loq­la­rı­nın “türk­çü­lük” ideo­lo­gi­ya­sı­nın (bu ideo­lo­gi­ya da­ha çox et­nik və dil bir­li­yi­nə əsas­la­nır­dı) bi­zim bu gün an­la­dı­ğı­mız müa­sir “azər­bay­can­çı­lıq”la ey­ni­ləş­di­ril­mə­si­nə, bu da mü­əy­yən qə­dər qü­sur­lu­dur. Biz bu mə­sə­lə­yə yu­xa­rı­da azər­bay­can­çı­lı­ğın türk­çü­lük, tu­ran­çı­lıq və is­lam üm­mət­çi­li­yi ilə qar­şı­lıq­lı əla­qə­lə­rin­dən bəhs edər­kən to­xun­mu­şuq.

Azər­bay­can­çı­lıq ideo­lo­gi­ya­sı­nın müa­sir an­lam­da əsas­la­rı Azər­bay­can Pre­zi­den­ti Hey­dər Əli­ye­vin çı­xış­la­rın­da, R.Meh­di­ye­vin, Y.Qa­ra­ye­vin, S.Xə­li­lo­vun və baş­qa­la­rı­nın əsər­lə­rin­də ge­niş şərh edil­miş­dir.

Azər­bay­can­çı­lıq ideo­lo­gi­ya­sı­nın, Azər­bay­can xal­qı­nın mil­li-et­nik in­ki­şa­fı­nın, ana di­li­mi­zin təd­qi­qi və ümu­miy­yət­lə, azər­bay­can­şü­nas­lı­ğın öy­rə­nil­mə­si ba­xı­mın­dan pro­fes­sor Ni­za­mi Cə­fə­ro­vun araş­dır­ma­la­rı xü­su­si qeyd olun­ma­lı­dır. Son il­lər onun bu səp­ki­də bir ne­çə ki­ta­bı çap­dan çıx­mış­dır. Hə­min ki­tab­lar­da bir qə­dər pə­ra­kən­də, ya­xud bu və ya di­gər is­ti­qa­mət­də ək­si­ni tap­mış ide­ya­lar mü­əl­li­fin bu gün­lər­də nəşr olun­muş fun­da­men­tal “Azər­bay­can­şü­nas­lı­ğa gi­riş” (Ba­kı, 2002) ki­ta­bın­da, de­mək olar ki, kon­sep­tu­al şə­kil­də təq­dim olu­nur. Əsər­də bir su­peret­nos ol­maq eti­ba­ri­lə Azər­bay­can xal­qı­nın for­ma­laş­ma­sı ta­ri­xi araş­dı­rı­lır, hə­min ta­ri­xin et­nik, so­si­al-si­ya­si və ədə­bi-bə­dii as­pekt­lə­ri, mil­li bir­lik və mi­lli mü­tə­şək­kil­lik prob­lem­lə­ri­nin el­mi-si­ya­si, so­sio­lo­ji və fəl­sə­fi tə­rəf­lə­ri təh­lil edi­lir.

Mü­əl­li­fin el­mi möv­qe­yi­ni qı­sa şə­kil­də be­lə mü­əy­yən­ləş­dir­mək müm­kün­dür: Azər­bay­can xal­qı­nın et­no­ge­ne­zi­si­nin, onun bir mil­lət ki­mi for­ma­laş­ma­sı və mü­tə­şək­kil bir var­lı­ğa çev­ril­mə­si ta­ri­xi­nin araş­dı­rıl­ma­sı yal­nız o za­man tam, dol­ğun və ob­yek­tiv he­sab olu­na bi­lər ki, bu pro­ses Azər­bay­can di­li, ədə­biy­ya­tı, mə­də­niy­yə­ti… ilə sıx əla­qə­li şə­kil­də öy­rə­nil­sin.

Azər­bay­can di­li­nin in­ki­şaf ta­ri­xi­ni də­rin­dən araş­dır­maq­la ya­na­şı, N.Cə­fə­rov cid­di el­mi ax­ta­rış­lar əsa­sın­da o qə­naə­tə gə­lir ki, mil­li mə­də­niy­yət – mil­lə­tin, xal­qın mə­nə­vi xa­rak­te­ri­ni mü­əy­yən edir və mil­lət o za­man ya­şa­maq sə­la­hiy­yə­ti­nə ma­lik olur ki, onun mü­kəm­məl mə­də­niy­yə­ti ol­sun. Müa­sir Azər­bay­can mə­də­niy­yə­ti­nin ta­ri­xi pers­pek­tiv­lə­ri­ni tə­yin et­mək üçün bu gün dü­şün­mək, özü də də­rin­dən dü­şün­mək la­zım­dır. Mü­əl­lif öz əsər­lə­rin­də həm­çi­nin mil­li mə­də­niy­yə­ti­mi­zin kök­lə­ri­ni araş­dı­rır, onun for­ma­laş­ma pro­se­si­nin 3 mü­hüm mər­hə­lə­dən keç­di­yi­ni gös­tə­rir:

1. Azər­bay­can mə­də­niy­yə­ti­nin türk-mü­səl­man ideo­lo­gi­ya­sı əsa­sın­da tə­şək­kü­lü mər­hə­lə­si (I mi­nil­li­yin so­nu – II mi­nil­li­yin əv­vəl­lə­rin­dən II mi­nil­li­yin or­ta­la­rı­na qə­dər);

2. Azər­bay­can mə­də­niy­yə­ti­nin de­mok­ra­tik­ləş­mə­si, mil­li əsas­lar üzə­rin­də ye­ni­dən for­ma­laş­ma­sı mər­hə­lə­si (II mi­nil­li­yin or­ta­la­rın­dan XIX əs­rin so­nu – XX əs­rin əv­vəl­lə­ri­nə qə­dər);

3. Müa­sir Azər­bay­can mə­də­niy­yə­ti mər­hə­lə­si (XIX əs­rin so­nu – XX əs­rin əv­vəl­lə­rin­dən son­ra).

Mü­əl­lif Azər­bay­can xal­qı­nın şah əsə­ri olan “Ki­ta­bi-Də­də Qor­qud” epo­su­nun for­ma­laş­ma­sı ta­ri­xini Azər­bay­can et­nik-mə­də­ni sis­te­mi­nin ümum­türk et­nik-mə­də­ni sis­te­min­dən fərq­lə­nə­rək ay­rıl­ma­sı (dif­fe­ren­sia­si­ya­sı) ta­ri­xi he­sab et­mək­lə Azər­bay­can xal­qı­nın tə­şək­kü­lü pro­se­si­nin əsas mə­də­ni-ideo­lo­ji mən­bə­lə­rin­dən bi­ri­ni (bəl­kə də, bi­rin­ci­si­ni) mü­əy­yən­ləş­di­rir.

Azər­bay­can xal­qı­nın mə­də­ni-et­nik in­ki­şa­fı, onun ay­rı-ay­rı tə­rəf­lə­ri qə­dim za­man­lar­dan müx­tə­lif dil­lər­də – al­ban, türk, fars, ərəb­dil­li ya­zı­lı mə­xəz­lər­də öz ək­si­ni tap­mış­dır və döv­rü­mü­zə qə­dər təd­qi­qat­çı­lar tə­rə­fin­dən müx­tə­lif məq­səd­lər üçün araş­dı­rıl­mış­dır. Bu mə­na­da, N.Cə­fə­rov ta­ma­mi­lə haq­lı­dır ki, hə­min mən­bə­lər azər­bay­can­şü­nas­lıq və xal­qı­mı­zın mə­də­ni-et­nik in­ki­şa­fı­nın təd­qi­qi ba­xı­mın­dan öy­rə­nil­mə­li və azər­bay­can­çı­lı­ğın təs­nif­ləş­di­ril­mə­sin­də əsas mən­bə ki­mi müt­ləq nə­zə­rə alın­ma­lı­dır.

N.Cə­fə­rov mil­li mə­də­niy­yət ta­ri­xi ilə məş­ğul olan bə­zi mü­əl­lif­lər­dən fərq­li ola­raq da­ha irə­li ge­dir və şi­mal­lı-cə­nub­lu Azər­bay­can mə­də­niy­yə­ti­ni vəh­dət şək­lin­də, da­xi­li dia­lek­ti­ka­da gö­tü­rə­rək ya­zır: “Azər­bay­can mə­də­niy­yə­ti, xü­su­si­lə ədə­biy­ya­tı Azər­bay­can döv­lə­ti­nin əra­zi­sin­də (və si­ya­si-ideo­lo­ji nə­za­rə­ti al­tın­da) ya­ran­ma­mış­dır, ümu­miy­yət­lə, hər bir xal­qın ədə­biy­ya­tı nə qə­dər müx­tə­lif so­si­al-si­ya­si, mə­nə­vi-ideo­lo­ji, kul­tu­ro­lo­ji (mə­də­ni) mü­hit, ya­xud re­gi­on­lar­da tə­za­hür et­sə də, ge­no­ti­pi­nə (et­nik ti­po­lo­gi­ya­sı­na) gö­rə va­hid, bü­töv bir ha­di­sə­dir... İki al­man, iki Ko­re­ya, iki Vyet­nam və iki Azər­bay­can ədə­biy­ya­tı ba­rə­də bəhs et­mə­yin heç bir el­mi-me­to­do­lo­ji əsa­sı yox­dur. La­kin bu­nu da in­kar et­mək ol­maz ki, ey­ni bir xal­qın ədə­biy­ya­tı iki müx­tə­lif so­si­al-si­ya­si, mə­nə­vi-me­to­do­lo­ji mə­kan­da fəa­liy­yət gös­tə­rir­sə, is­tər-is­tə­məz fərq­li ide­ya-es­te­tik xü­su­siy­yət­lər­lə yük­lə­nir”.

N.Cə­fə­ro­vun el­mi-ideo­lo­ji xid­mət­lə­rin­dən bi­ri də azər­bay­can­şü­nas­lıq el­mi­nin for­ma­laş­ma­sın­da azər­bay­can­çı­lıq ideo­lo­gi­ya­sı­nın nə də­rə­cə­də rol oy­na­ma­sı, ümu­miy­yət­lə, bu el­min (azər­bay­can­şü­nas­lı­ğın) me­to­do­lo­gi­ya­sı üzə­rin­də həm­kar­la­rı­na nis­bə­tən da­ha ar­dı­cıl araş­dır­ma­lar apar­ma­sın­dan iba­rət­dir. Təd­qi­qat­çı­la­rın də­rin ina­mı­na gö­rə, “Azər­bay­can xal­qı­nın ta­ri­xi də­rin­dən öy­rə­nil­dik­cə tür­ko­lo­gi­ya azər­bay­can­şü­nas­lı­ğın nə­in­ki me­to­do­lo­ji “qi­da mən­bə­yi”nə, bü­töv­lük­də kon­teks­ti­nə çev­ri­lir”. O ya­zır: “Bi­zim fik­ri­miz­cə, azər­bay­can­şü­nas­lıq get­dik­cə da­ha çox tür­ko­lo­gi­ya­nın üz­vi tər­kib his­sə­si ola­caq­dır. Bu­nun­la be­lə, nə iran­şü­nas­lı­ğı, nə se­mi­to­lo­gi­ya­nı, nə qaf­qaz­şü­nas­lı­ğı azər­bay­can­şü­nas­lıq­dan ay­rı tə­səv­vür et­mək müm­kün de­yil. Azər­bay­can­şü­nas­lı­ğın elə prob­lem­lə­ri var­dır ki, hə­min elm sa­hə­lə­ri­nin bi­la­va­si­tə iş­ti­ra­kı ol­ma­dan ke­çin­mək ol­maz… La­kin o, nə se­mi­to­lo­gi­ya, nə iran­şü­nas­lıq, nə də qaf­qaz­şü­nas­lıq, xü­su­si­lə or­ta əsr­lər Azər­bay­can mən­bə­lə­ri üzə­rin­də iş­lə­yər­kən mətn­şü­nas­lıq işin­də kə­na­ra çıx­ma­mış­dır”.

Pro­fes­sor Azad Nə­bi­yev azər­bay­can­şü­nas­lı­ğın mil­li döv­lət­çi­li­yi­mi­zin apa­rı­cı is­ti­qa­mə­ti­nə çev­ril­mə­si, bü­tün cə­miy­yət üzv­lə­ri­ni tam əha­tə et­mə­si, mə­nə­vi bir­lik və həm­rəy­lik rəm­zi­nə çev­ril­mə­si ki­mi mə­sə­lə­lə­ri müs­tə­qil döv­lət­çi­lik­lə bağ­la­yır və əsas­lan­dı­rır.

 

Sona Vəliyeva

 filologiya üzrə fəlsəfə doktoru

 

Digər xəbərlər