ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır
İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir. 1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...
DÜNYA ƏDƏBİYYATDAN

16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
Peşiman olsan da axtarma məni... Odlanıb yansan da axtarma məni... - Günün şeiri

ƏDƏBİYYAT
06.06.2022, 22:31 Oxunub: 73941001info.az "Günün şeiri" rubrikasında unudulmaz şairə Rüzgar Əfəndiyevanın "Axtarma məni" şeirini təqdim edir.
Axtarma məni
Gəzdiyin yerləri çox dolanmışam,
Eşqinin oduna gizli yanmışam.
Artıq bahar deyil qarlı bir qışam.
Peşiman olsan da axtarma məni
Odlanıb yansan da axtarma məni
Çıxıram sevgilim dağlara sənsiz
Dağ da qəribsəyər dumansız, çənsiz
Gəz dolan dünyanı, gəz dolan mənsiz
Peşiman olsan da axtarma məni
Odlanıb yansan da axtarma məni
Sənsiz harda olsam səninləyəm mən
Ətrini alıram gülün ətrindən
Sürətin qəlbimdə nəğmən dilimdə
Peşiman olsan da axtarma məni
Odlanıb yansan da axtarma məni

Digər xəbərlər
