usd-1.7000 eur-1.8227 rub-0.0185
Bakı 21°C 2.47 m/s
Son xəbərlər
26-04-2024
25-04-2024
24-04-2024
23-04-2024

ŞƏHİDLƏR -Qazilər

Burdan bir atlı keçdi...

Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Qohum evliliklər

details

CƏMİYYƏT

28.03.2024, 14:37 Oxunub: 550

Qohum evliliklər


Xəbər verdiyimiz kimi, əmi, xala uşaqları arasında evlilik qadağan oluna bilər.  Prezident Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin Qanunvericiliyin inkişafı sektorunun müdiri Rüstəm Qasımov "Qohum nikahları" ilə bağlı ictimai müzakirə zamanı bildirib ki, qanunvericilik səviyyəsində üçüncü və dördüncü dərəcəli qohum evliliklərinin qarşısının alınması müzakirə olunur: "Bu, əmi, xala uşaqları arasında olan nikahları ehtiva edir. Uzun illərdir maarifləndirmə, izahedici işlər aparılır. Hətta nikah zamanı tibbi müayinədən keçmə də müsbət addım idi. Amma bütün bu işlərə baxmayaraq, problem hələ də qalır. Buna görə də dövlətin addım atması önəmlidir".
 
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Taliyə İbrahimovanın sözlərinə görə, qohumlar arasında nikahlar Ailə Məcəlləsində qadağan edilir. Nazirlər Kabinetinin "Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması, möhkəmləndirilməsi məqsədi ilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası" var: "Qaydaya görə, baba və nənələri eyni olan gənclər arasında bağlanan nigah qohumlar arasında nikah hesab edilir. Qohumlar arasında nikah qohum evliliyi deyil, onun statistikası aparılsa, çox fərqli rəqəmlər çıxar. Qohum evliliklərinin səbəbləri arasında bir çox sosial və mədəni amillərin olduğu müşahidə olunur. Dünyadakı nikahların təxminən 20 faizi qohum evlilikləridir. Belə nikahların nisbəti cəmiyyətdən cəmiyyətə fərqlidir. Məsələn, ABŞ və Avropa ölkələrində qohum evlilikləri 0,1-0,4 faiz arasında dəyişir. Şimali Afrika, Yaxın Şərq və Qərbi Asiya ölkələrində belə nikahlar 50 faizdən çoxdur. Türkiyədə qohum evliliklərinin nisbəti bölgələrə görə 20-40 faiz arasında dəyişir. MDB ölkələrində qohum nikahlarına daha çox Azərbaycanda və Mərkəzi Asiya dövlətlərində rast gəlinir. Bakı, Ağsu, Astara, Beyləqan, Cəbrayıl, Daşkəsən, Gəncə, İmişli, İsmayıllı, Lənkəran, Mingəçevir, Qazax, Qobustan, Salyan, Şamaxı, Şirvan, Tovuz, Xızı, Yevlax, Ağdam, Qəbələ rayon və şəhərlərinin sakinlərinin iştirak etdiyi 1354 respondenti əhatə edən sorğuda 67,4 faiz qadın, 32,6 faiz isə kişilər olub. Qohum evlilikləri arasında dayıoğlu-bibiqızı, bibioğlu-dayıqızı arasında olan nikahların xüsusi çəkisi (37,4 faiz) əmioğlu və əmiqızı (22,1 faiz), xala oğlu və xala qızı (23,2 faiz), eləcə də qohum şəxslərin (əmi, bibi, dayı, xala) nəvələri (17,3 faiz) arasında olan nikahlardan daha çoxdur".
O qeyd edib ki, Azərbaycanda xəstə doğulan uşaqların statistikası narahatlıq doğurur. Əliliyini rəsmiləşdirənlərin sayı 70 minə yaxındır. Qohum evliliyinin ən ağır fəsadlarından biri belə nikahlardan doğulan uşaqların sağlamlıq vəziyyətidir. Mütəxəssislər bildirirlər ki, əgər yad insanların evliliyi zamanı onların uşaqlarının qüsurlu olması riski 2-4 faizdirsə, qohum evliliklərdə bu göstərici 4-8 faizdir. Yəni bu risk 2 dəfə artır: "Genetik xəstəliklərlə doğulan uşaqların 8,4 faizi bu ailələrin payına düşür. Əgər dünyada əngəlli doğulan uşaqlar 1 faizdirsə, qohum evlilklərində 9 faizdir. Bu ailələrdə ölü və yarımçıq doğuşların sayı digər evliliklərə nisbətən 2 dəfə çoxdur. Qohum evliliklərində ən çox rast gəlinən qan xəstəlikləri, göz, qulaq, əzələsinir, ürək-damar və şəkər xəstəlikləri, ağıldankəmlik və s.-dir. Qan xəstəlikləri arasında isə talassemiya, hemofiliya və başqa qan xəstəlikləri daha çox yayılıb".
Taliyə İbrahimova qeyd edib ki, bu cür ailələr adətən onlara aid var-dövlətin dağılmaması, ailə böyükləri arasındakı bağları qorumaq, qohumların evlilik və sosial-iqtisadi baxışlarının eyni olması səbəblərindən qurulur. Bəzən valideynlər belə evliliyin qurulması üçün övladlarına təzyiq göstərirlər. Bəzən qızlarının təhlükəsizliyi baxımından qohumla evlənməsini məsləhət bilirlər. Amma onu da düşünmək lazımdır ki, ailəyə, cəmiyyətə sağlam uşaq lazımdır.
Millət vəkili Zahid Oruc deyir ki, risklərə rəğmən, qohum evlilikləri zamanı sabit nikah münasibətləri, ailənin maddi problemlərinin azaldılması, nikahın asanlığı, qadın müstəqilliyinin yaxşılaşdırılması, qayınata, qayınana ilə daha yaxşı uyğunlaşma, daha az məişət zorakılığı, daha az boşanma nisbətləri və gizli imkanların azaldılması kimi sosial və mədəni faydalara malik olduğuna inanılır. Qohumluq mədəni ötürülmə və mədəni davamlılıq üçün imkanlar təmin edir. İqtisadi faydalara cehizlərin azaldılması və torpaq sahələrinin saxlanması daxildir. Bəzi dini və siyasi anlayışlar dindarları qohum evliliklərinə cəlb edir. Qohum evlilikləri ailənin genetik tədqiqatlarını asanlaşdırır, çünki populyasiyada genofond tarazlığı sabit qalır. Qohum ailələr əlaqə analizindən istifadə edərək yeni xəstəlik genlərini müəyyənləşdirirlər: "Ailə kiçik dövlət, dövlət böyük ailədir. Ailə milli varlığın qoruyucusudur. Ailə institutu xüsusi transformasiyaya uğrayır, ona yalnız xaricdən basqı edilmir, eləcə də tarixi ənənələr, dini, digər amillər ailələrin dayanıqlıq və möhkəmliyinə təsir göstərir. Bu prinsipdən çıxış edərək, yaxın qohumlar arasında nikahın ən mühüm fəsadlarından biri məhz bu nikahların sağlamlıq problemlərinə səbəb olmasıdır. Belə ki, bu tip evliliklər qan qohumluğuna əsaslanır və bu, həmin nikahdan doğulan şəxslərə müəyyən genetik xəstəliklərin ötürülməsi riskini artırır. Tədqiqatlar göstərir ki, valideynlər arasında bioloji qohumluq nə qədər yaxın olarsa, onların övladlarına bir və ya daha çox zərərli genin eyni nüsxələrinin keçməsi ehtimalı bir o qədər yüksək olur. Dördüncü dərəcəli qohumların genlərinin 12,5 faizinin ortaq olacağı ehtimal olunur, bununla da orta hesabla onların birgə nikahdan olan övladları 6,25 faiz iki eyni gen cütünə (homoziqot) malik olur".
Millət vəkili Fazil Mustafanın dediyinə görə, qohum nikahlarının qarşısının sərt şəkildə alınması isə müsbət nəticələrə gətirib çıxarmayacaq. Çünki bizim cəmiyyətdə qadağan olunan məsələ daha çox diqqət və maraq cəlb edir. Qadağanın alternativi maarifçilikdir. Azərbaycanda maarifçilik mexanizmləri çox aşağı səviyyədədir. KİV vasitəsilə qohum nikahların zərərləri barədə maarifləndirmə aparmaq olar. Əslində, biz qohum nikahların nəticələrini müzakirə etməliyik, problemin mahiyyətinin müzakirəsi insan hüquqları ilə ziddiyyət təşkil edən məsələdir: "İnsanın seçim hüququ var, qohumunu seçə bilər. Buna görə də, bu məsələdə müdaxilə insan hüquqlarının qorunması baxımından doğru deyil. Amma nəticə kontekstindən dövlət bu məsələyə mütləq müdaxilə etməlidir. Qeyd olundu ki, kənd yerlərində bu məsələdə artım səviyyəsi daha çoxdur. Səbəb nədir? Səbəb şəhərə gələnlərdə mədəni sosiallaşma səviyyənin aşağı olmasındadır. Bu gün məktəbdə şagirdə bu ideya təbliğ olunmur ki, sənin qohum evliliyindən şikəst övladın dünyaya gələcək. Ona görə də, biz bu məsələni sosiallaşma problem üzərinə gətirməliyik".
"Təmiz Dünya" İctimai birliyinin sədri Mehriban Zeynalovanın sözlərinə görə, qohum evliliyi bəzi irsi xəstəliklərin kəsişməsi ilə müşahidə olunur: "Uşaq dünyaya gələn zaman fəsadlar özünü büruzə verir. O baxımdan gələcək nəsillər üçün ciddi problemdir. Əgər uşaq dünyaya gətirmək planları yoxdursa, o halda elə bir təhlükə yoxdur. İkinci tərəfdən qohum evliliyində kifayət qədər yaxın olduqları üçün münasibətlərdə nəzarət mexanizmi güclü olur. Bu həm dəstək, həm də neqativ müdaxilə baxımından münaqişələrə rəvac verə bilər. Bu zaman qohumluq münasibətlərini düşmənçiliyə keçməsi qohumluq əlaqəsini pozur".
Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun mamaginekoloqu, tibb üzrə fəlsəfə doktoru Kifayət Adıgözəlova bildirib ki, onlara qohum nikahların fəsadı kimi xəstələrlə bağlı çox müraciətlər edilir. Hər insanda DNK-nı formalaşdıran 23 cüt xromosom var. DNK-nın funksiyalarını müəyyənləşdirən, kodlaşdıran genlərdir. Həmin genlər bizim bütün həyat tərzimizin divarlarını hörür. Qohumla evlənəndə zərərli genlərin qarşılaşma ehtimalı yüksək olduğundan doğulan uşaqların müəyyən xəstəliklərə tutulması riski yüksək olur: "Qohum evliliklər zamanı yaranan bəzi genetik xəstəlikləri uşaq ana bətnində olarkən aşkarlamaq mümkündür. Məsələn, akondoplazia (cırtdan boyluluq) xəstəliyi autosomal dominant xəstəlikdir. Hamiləliyin bəlli bir həftəsində perinatoloq ultrasəs müayinəsi ilə sümüklərin qısalığından şübhələnib xəstəliyi genetik diaqnozla təsdiqləyə bilər. Skrininq testi ilə hamiləliyin 11-14-cü həftəsi arasında hər hansı patologiya aşkarlanırsa, ya da ananın yaşı 35-dən çoxdursa, bu zaman Daun, Edwards, Patau sindromu üçün risklər olur. Hamilədə diaqnoz genetik analizlə təsdiqlənsə, bu, ana bətnində müəyyənləşdirilən xəstəlik sayılır. Bəzi xəstəliklər isə uşaqlıq, gənclik dövründə aşkarlanır".

525.az

Digər xəbərlər