usd-1.7000 eur-1.8227 rub-0.0185
Bakı 19°C 4.32 m/s
Son xəbərlər
26-04-2024
25-04-2024
24-04-2024
23-04-2024

ŞƏHİDLƏR -Qazilər

Burdan bir atlı keçdi...

Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Ramiz Mehdiyev ittihamlara cavab verib

details

CƏMİYYƏT

09.09.2022, 12:32 Oxunub: 1964

“Hər kəs əməlinə görə cavab verəcək” - Mehdiyevdən Rasim Məmmədova cavab

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev “Baku Steel Company” şirkətinin (poladəritmə zavodu) Müşahidə Şurasının sədri, 1 il 8 aydır həbsdə olan Rasim Məmmədovun onun haqqında səsləndirdiyi müxtəlif ittihamlara cavab verib.
1001info.az  xəbər verir ki, R. Mehdiyev “Unikal”a açıqlamasında deyib ki, bu məsələ barədə nəsə danışmaq istəmir:
“Mənim ona sözüm yoxdur. Kim nə danışır, danışsın. Əsas odur ki, mən özüm yaxşı bilirəm ki, hərəkətim və mənəviyyatım nədən ibarətdir. Biz hüquqi dövlətdə yaşayırıq. Hər kəs törətdiyi əmələ görə cavab verəcək”.
Qeyd edək ki, “Baku Steel Company” şirkətinin sabiq rəhbəri Rasim Məmmədov sentyabrın 5-də keçirilən məhkəmə iclasında Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayətin predmeti ilə bağlı əlavə şahid kimi dindirilməsini tələb edib.
Rasim Məmmədovla Mehdiyevlər ailəsi biznes ortağı, əsasən “Baku Steel Company”də birgə pay sahibi olublar. R.Məmmədov daha çox Ramiz Mehdiyevin yaxın adamı kimi tanınıb.

Digər xəbərlər