ŞƏHİDLƏR -Qazilər

Burdan bir atlı keçdi...
Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...
DÜNYA ƏDƏBİYYATDAN

16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
"Seçkilərdə böyük ruh yüksəkliyi müşahidə etdik" - İƏT PA nümayəndəsi

GÜNDƏM
08.02.2024, 11:12 Oxunub: 506
İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının (İƏT PA) direktor müavini Salma Koveyra Azərbaycanda seçki prosesində heç bir problemin şahidi olmadıqlarını bildirib.
1001info.az "Report"a istinadən verdiyi məlumata görə, o, seçkilərin çox demokratik şəkildə həyata keçirildiyini və böyük ruh yüksəkliyi müşahidə etdiklərini söyləyib.
S.Koveyra deyib ki, bu seçkilər ölkənin inkişafına töhfə verəcək: "Bu əməkdaşlığı daha da genişləndirməklə ölkələrimiz regiondakı sülh və əmin-amanlığa böyük töhfə verə və aparıcı rol oynaya bilərlər. Azərbaycan rəhbərliyinə və Milli Məclisinə müşahidəçilik üçün dəvət göndərdiyinə görə təşəkkür edirəm".
Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilib. Mərkəzi Seçki Komissiyasının (MSK) son açıqlamasına görə, məntəqələrdən bülletenlərin 93,3 faizinin nəticəsi təqdim edilib. Seçki bülletenlərinin sayı 4 659 967, səs vermiş seçicilərin sayı isə 4 660 025-dir.
Azərbaycanın hazırkı Prezidenti İlham Əliyev səslərin 92,05% faizini qazanmaqla növbədənkənar prezident seçkilərində liderlik edir.

Digər xəbərlər

