usd-1.7000 eur-1.8912 rub-0.0186
Bakı 22°C 7.24 m/s
Son xəbərlər
17-09-2024
16-09-2024
15-09-2024
08-09-2024
04-09-2024
30-08-2024
29-08-2024
21-08-2024

ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir.  1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Üsyandı, divandı İlahi Eşqdi O Vətənin adı... - Məlahət İsmayılqızı yazır

details

ƏDƏBİYYAT

03.09.2023, 11:28 Oxunub: 1717


                              İÇİMİZDƏKİ “ MƏN”,   İÇİMİZDƏKİ ÜSYAN,   İÇİMİZDƏKİ HƏSRƏT...

       Kimsələrin daxil ola bilmədiyi- mübhəm, skral duyğuların, hamıdan gizlin saxladığı, saxlanılan daxili dünya- sevdiyimiz və hatta sevmədiklərimiz, yalnız özümüzə məxsus olan , özümüzün dəyər verdilyimiz, Xoşbəxt, ya bəd- bəxt olduğumuzu bilən yeganə,  yeganə dünya, hətta özümüzə belə etiraf etməkdə çətinlik çəkdiyimiz , hamıdan gizlin bir dünya... İçimizdəki “MƏN”...
     Eqo- izm özünüsevməklik, bəzənsə ədəbiyyatda yunan mifologiyasına söykənən əsasən narsiszm- özünədüşgünlük, özünüsevmə, Ovidiyə görə əslində bu ifadə, bu iddialılıq, - təmənna, bir tənhalıq və sükut yatır bu təmənna, iddialıqda. Kimsəyə xətər yetirmədən özünə vurğun ! Və sonda bu özünəvurğunluq da məhv edir bu gözəllikləri, Özündən Gözəlini görməyən, öz mənəvi dünyasına, könül- qəlb aynasında öz gözəlliyinə vurulan ... və yenə də  vurulan gözəllik  tənhalıqdan da məhv olur... Axı ö Gözəl elə O Özüdür, Əslində özünə sevginin içində böyük bir bədbəxtlik yatır, bir ÜSYAN yatır, o qiymətləndirilmədiyi üçün üsyan edir... Yəni belələrini cəmiyyət qəbul etmir, nədən bəs... paxıllıq deyək. Çünki, qarşıdakının təkcə gözəlliyinə deyil mənən zəngiliyinə heyranlıq elə özü yaradır bu  paxıllıqları. Axı mənəvi zənginlik və Tanrı verdiyi Gözəlliklər plastik əməliyyatlarla mümkün deyil. İndiki halların təbirincə desək artıq buralrda paranın önəmi yox, milyardlarda olsa mənən zənginliyi, mənəvi ruh aləmini heç bir var- dövlətlə satın almaq mümkün deyil. Buna Yaradan- Tanrı- Allah bəxşişi, Allah vergisi  deyək. 
     “Xırda adamların böyük kölgələri əmələ gələndə Günəş batıt”... bəlkə də qürub edir. 
  Şopenhauerə görə, həsəd- paxıllıq çox neqativ emosiya, belə ki, bu İnsanın xoşbəxtliyini oğurlayır.  Bu günlər balıq olduğunu iddia edən yüzlərlə ilan var ki, əslində balıq olsalar da içləri İlandır ... Belə bir zamanda və mühitdə nədən qınayaq bu narsistləri...  Onlar ki, çirkinliklərdən uzaq dünya qurub, öz dünyalarında özlərinə saf mənəviyyat güzgüsündən baxaraq ancaq Gözəl bir Gözəllik, Gözəl bir Üz görürlər . O gözəl Gözəlllik onların təkcə üz- simaları deyil, könül- qəlb adlı mənəviyyat dünyasıdır ! Alqışlar belə Gözəlliyə, belə Gözəlliklərə ! Və saf sularda gördükləri öz gözəlliklərinə vurğundurlar...
   Deyirlər ki, özünəvurğun olan adamın düşməni olmaz, əksinə belə zərif, incə qəlbli, işıqlı İnsanların düşməni daha çox olur... Həsəd, daha dəqiq desək paxıllıq həddindən pis bir haldır və hətta gözəl bir İnsanın həyatını məhv edə bilir. Lakin nə edirsən et, “fərqli olan Qələbəlikdə, İşıqlı olan qaranlıqda gizlənə bilməz”…
 Yenə də alman filosofu Şopenhauerə müraciət edirəm : Ya Mən zəmanəyə layiq deyiləm, ya da zəmanə Mənə layiq deyil ... Uca könüllü, prinsiplərlə yaşayan əqidə yolçuları, zəmanə İnsanlığa layiq deyil...Hətta gözəlliyin kriteriyaları belə dəyişib, hamı özünü uzun çənə, göyə baxan burunlar, sallaq – yekə eybəcər ağızlar dəbdədir. Hələ cırıq şalvarlar, yarı lüt geyimlər, saqqallı üzlər- nə cavanı bilinir, nə qocası, qırxılmış başlar. Bir ürəyə bu qədər neqativ halı necə yığmaq olar... 
 İçimizdəki həsrətdə yatır- nisgildə yatır O Vətən, Üsyandı, divandı İlahi Eşqdi O Vətənin adı...
 İçimizdəki “Mən”də yatır gözəlliyə bürünmüş Atalı- Analı dünyam, və uşaqlığımın yaşanmamış nisgil qoxulu Göyçə həsrəti... Ən acısı o ki, Vətənsizlik adlı bir həsrət yandırıb- yaxmaqdadır:


                                                  Uşaqlıq illərim Güney olaydı ...                                                                              

Hər başımızı qaldıranda dağ zirvələrini görərdik. Dikbaşlığı, əyilməzliyi O Dağlardan öyrəndik. Göylərə tamaşa edərdik, göylərdə idi işimiz. O Göyçə adlı Vətəndə yaşadığım illərdə kökslərə baş əyildiyini görmədim.


        Bu başlar Vətən tərk ediləndə enmişdi kökslərə...


              MƏLAHƏT İSMAYILQIZI 
       AYB- nin və AJB- nin üzvü
 03. 09. 23. Bakı


 

Digər xəbərlər