usd-1.7000 eur-1.9573 rub-2.1384
Bakı 24°C 5.62 m/s
Son xəbərlər
11-06-2025
10-06-2025
05-06-2025
04-06-2025

ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir.  1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Xaricdə bağlanan nikah Azərbaycanda keçərlidirmi?

details

CƏMİYYƏT

27.05.2022, 10:24 Oxunub: 3927

Hər il onlarla Azərbaycan vətəndaşı xaricdə evlənir.
Bu hallar adətən əcnəbi şəxslərlə ailə quran zaman baş verir. Hər bir ölkənin qanunları isə yalnız həmin ölkənin daxilində keçərli olduğundan iki fərqli ölkədən olan şəxsin evliliyi digərinin ölkəsində rəsmi olaraq dərhal təsdiqlənmir.
Xaricdə bağlanan nikahın hüquqi əsasının olub-olmadığı necə müəyyən edilir?
Ailə Məcəlləsinin 148-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan Respublikasının vətəndaşları arasında, Azərbaycan Respublikasının vətəndaşları ilə əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər arasında həmin xarici ölkənin qanunvericiliyinə əməl etməklə bağlanan nikah, həmin Məcəllənin 12-ci maddəsində nəzərdə tutulan hallar (nikahın bağlanmasına mane olan hallar) olmadıqda, Azərbaycan Respublikasında etibarlı hesab edilir.
Azərbaycandan kənarda əcnəbilər arasında onların ölkəsinin qanunvericiliyinə əməl etməklə bağlanan nikah Azərbaycan Respublikasında tanınır.
Bunun üçün hansısa məlumat bazası var?
Ədliyyə Nazirliyinin informasiya sistemində ölkə ərazisində dövlət qeydiyyatına alınmış vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinə dair məlumatlar əks olunur.
Azərbaycan Respublikasının vətəndaşı xarici ölkənin səlahiyyətli qurumunda nikaha daxil olduqda isə o, həmin nikaha dair məlumatın Ədliyyə Nazirliyinin informasiya sistemində əks olunması üçün onu müəyyən olunmuş qaydada leqallaşdıraraq yaşayış yeri üzrə Ədliyyə Nazirliyinin rayon (şəhər) və ya “ASAN xidmət” mərkəzindəki qeydiyyat şöbəsinə təqdim edə bilər.
 

Digər xəbərlər