usd-1.7000 eur-1.8227 rub-0.0185
Bakı 21°C 4.11 m/s
Son xəbərlər
25-04-2024
24-04-2024
23-04-2024
22-04-2024

ŞƏHİDLƏR -Qazilər

Burdan bir atlı keçdi...

Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Açıq Günəş altında qaralmaq zərərli nəticələr verə bilər

details

SAĞLAMLIQ

15.07.2022, 17:14 Oxunub: 2077

 

Sərt qaralma dəridə problemlər yaradır, ləkələrə, qabıqlara, hətta bədxassəli şişə də səbəb ola bilər. Günəşdən qoruyucu kremlərdən, başqa sözlə desək, SPF-lərdən istifadə edilməməsi nəticəsində dəri yanır.

AZƏRTAC xəbər verir ki, dermatoloq-kosmetoloq Günay Mikayılovanın dediyinə görə, açıq Günəş altında qaralmaq qəti qadağandır: “Birbaşa Günəş altında olduqda ultrabənövşəyi günəş spektri dəriyə mənfi təsir göstərir. Lakin qaralmada iştirak edən ultraaçıq və görünən spektr kölgədə də yayılır. Ona görə də Günəş altında olmadıqda, hətta ev şəraitində də SPF kremlərdən də istifadə etmək lazımdır. Həmin günəş şüaları pəncərədən də keçir, yayılır və melanin sintezinə təsirini hər yerdə göstərir. Ona görə Günəşin altında qalıb yanmaqdansa kölgədə mülayim qaralma daha faydalıdır”.

Qaralmadan əvvəl yeyilən qidalara da fikir vermək lazımdır. B5 və C vitamini olan qidaların tərkibində beta-karotin olduğuna görə dərini Günəşin zərərli təsirindən qoruyur. Həmin qidalara pomidor, yaşıl bilər, ərik, kivi, ispanaq, çiyələk və s. daxildir. Daha tez qaralmaq üçün təbii vasitələrin dəriyə çəkilməsi tövsiyə olunmur. ”Həmin vasitələrin çəkilməsi zamanı ləkə əmələ gəlmək ehtimalı yüksəkdir. Məsələn, kök yağının içində A vitamini yüksək dozada olur və dərinin Günəşə həssaslığını artıran vitamin olduğuna görə dəridə fotodermatoz əmələ gətirə bilər. Müalicə zamanı həmin vitamin təyin olunduğu təqdirdə də Günəşdən qorunmağı tövsiyə edirik”,- deyə dermatoloq-kosmetoloq bildirib.

Qaralmağa hazırlaşan zaman ən azı bir həftə pilinq, epilyasiya və bu kimi dərinin üst qatını zədələyə bilən prosedurların edilməməsi lazımdır. Unutmaq olmaz ki, qaralmaq nə qədər gözəl görünsə də, bir o qədər də ziyandır. Qaraldıqdan sonra təsirin uzun müddət qalması üçün dərini səhər və axsam nəmləndirmək lazımdır. Bundan əlavə sauna və hamamlardan imtina edilməlidir. Həmin prosedurlar qan dövranını gücləndirdiyinə görə hüceyrələrin yenilənməsini də stimullaşdırır.

Digər xəbərlər