usd-1.7000 eur-1.7708 rub-1.7061
Bakı 8°C 8.53 m/s
Son xəbərlər
22-01-2025
20-01-2025
16-01-2025
15-01-2025
14-01-2025

ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir.  1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Şərəfli 95 il: Pediatriya sahəsində effektiv müalicə strategiyaları qabaqcıl təcrübənin rolu müzakirə edildi

details

SAĞLAMLIQ

20.01.2025, 11:48 Oxunub: 142

Vətən müharibəsi qaziləri və şəhid ailələri üçün tibbi aksiya keçirildi

Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİBSumqayıt Şəhər İcra Hakimiyyətinin təşkilatı dəstəyi ilə Azərbaycan Pediatrlar Assosiasiyası (APA) 95 illik yubileyi ərəfəsində Sumqayıt şəhərində yeni istidadəyə verilən Muğam Mərkəzində gerçəkləşdirdiyi nüfuzlu bir konfransla həkim və mütəxəssisləri bir araya gətirdi.

“Pediatriyanın aktual problemləri” mövzusunda konfransda  milli pediatriyanın qarşılaşdığı çətinliklər, ana və uşaq sağlamlığının mühafizəsi və müalicə sahəsində yeniliklər üzərində dayanılı, uşaqların sağlamlıq vəziyyətini yaxşılaşdırmağa yönəldilmproqramlara dair əhəmiyyətli müzakirələr aparıldı.

200-dən artıq iştirakçının qatıldığı tədbir şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.

Azərbaycan Pediatrlar Assosiasiyasının sədri, Avrasiya Uşaq Həkimləri Federasiyasının vitse-prezidenti, Azərbaycan Tibb Universitetinin II Uşaq xəstəlikləri kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Təranə Tağı-zadə tədbirin əsas açılış nitqini edərək, Assosiasiyanın tarixi uğurları haqqında danışdı: "95 illik tarixi müddətində APA ana və uşaq sağlamlığı sahəsində ölkə miqyasında əhəmiyyətli tədbirlər həyata keçirmişdir. Bu illər ərzində Assosiasiya çoxsaylı təlimlər təşkil edərək fəaliyyətinin bir istiqamətini mütəxəssislərin bilik və bacarıqlarını artırmağa yönəltmişdir. Eyni zamanda, təşkilat tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə standartların yaradılması və tətbiqində mühüm rol oynamış, ictimai maarifləndirmə kampaniyaları təşkil etmiş və cəmiyyət arasında bu mövzuda məlumatlılığın artırılmasına töhfə vermişdir. Bu gün APA Azərbaycanda tibb sahəsində həyata keçirilən fundamental islahatları dəstəkləyir, tibbi xidmətlərin keyfiyyətinin artırılması və elmi-təcrübi biliklərin tətbiqi sahəsində fəal iştirak edir".

Konfransda çıxış edənlər - millət vəkilləri Hicran Hüseynova, Müşfiq Məmmədli, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Ülviyyə Müzəffərova, tibbi qurumların rəhbərləri alimlər ana və uşaq sağlamlığı sahəsində mövcud problemləri vurğulamaqla yanaşı, yeni yanaşmalar təklif etdilər.

Müzakirələr zamanı pediatrik diaqnostikanı optimallaşdırmaq və effektiv müalicə metodlarının təmin edilməsi üzrə innovativ yanaşmalar üstün istiqamətlər kimi qəbul edildi. Mütəxəssislər uşaq sağlığını təhlükə altına alan faktorlara diqqət çəkdi və bu faktorların aradan qaldırılması istiqamətində konkret tövsiyələr irəli sürüldü.

Sonda konfransın əhəmiyyətinə toxunan APA sədri təşkilatın pediatriya sahəsin beynəlxalq əhəmiyyətli təcrübələrə inteqrasiya üzrə tədbirlərini və strategiyalarını davam etdirəcəyini qeyd etdi.

Konfrans Azərbaycan pediatriyasının mövcud problemlərinə və yeniliklərinə işıq salaraq, gələcək inkişaflara təkan vermək baxımından mühüm platforma kimi qiymətləndirildi.

Sağlamlıq və rifahın qorunması naminə humanist təşəbbüs

Azərbaycan Pediatrlar Assosiasiyası növbəti dəfə tibbi aksiya keçirdi. Konfransın ardından Sumqayıtda "Boulevard Medical Center"də Vətən müharibəsi qazilərinin və şəhidlərin ailə üzvləri üçün təmənnasız kompleks tibbi baxış təşkil edildi.

Aksiya qəhrəman qazilərimizin və şəhid ailələrinin sağlamlığını qorumaq və onların gündəlik həyat keyfiyyətini artırmaq məqsədi daşıyırdı. Tibbi müayinə zamanı aksiya iştirakçıları peşəkar pediatrlar tərəfindən hərtərəfli müayinə edildi, sağlamlıq vəziyyətləri ilə bağlı tövsiyələr verildi və ehtiyac duyulan istiqamətlərdə dəstək göstərildi.

Assosiasiya bu cür aksiyalarla həm tibbi dəstək, həm də mənəvi dayaq olmağa davam edir.

 

Digər xəbərlər